Azərbaycanın real həyatında görünən odur ki, son 2-3 il ərzində kənd təsərrüfatı məhsulları üzrə ixracın ümumi həcmi xeyli azalıb. 2019-cu ilin on ayı ilə müqayisədə cari ilin anoloji dövründə fiziki çəkidə 15, dəyər ifadəsində isə 17%-lik azalma müşahidə edilib. Bunun da başlıca səbəbi hakimiyyətin iqtisadi cəhətdən yürütdüyü siyasətin nəticəsidir. Çünki, quru yolların bağlı saxlanması və hava yollarının fantastik dərəcədə baha qiymətə sərnişin daşımaları ölkənin kənd təsərrüfatı məhsullarını kənar ölkələrə çıxışını bağlayır və sürətli şəkildə tənəzzül etməsinə səbəb olur. Budur reallıq. Hər halda yaxşılığa doğru heç bir irəliləyiş yoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?