Bunu GündəmXəbər-ə açıqlamasında kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov ölkəmizdən xaricə aqrar sahə məhsullarının ixracı üzrə vəziyyətdən danışarkən deyib:
“Azərbaycandan xarici ölkələrə əsasən meyvə, faraş kartof, müəyyən qədər də tərəvəz çıxarılır. Bu il fiziki çəkidə meyvə-tərəvəz ixracı 3,6 faizə qədər azalıb. Dəyər ifadəsində isə 5 faiz artım qeydə alınıb. Fiziki çəkidə azalma əsasən də kartofla bağlıdır, 14 faizə qədər. Dəyər ifadəsində də kartof ixracı 12 faiz aşağı düşüb. Pomidor ixracı fiziki şəkidə 4,5 faiz azalıb, dəyər ifadəsində isə 5,7 faiz artıb. 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətdə pomidor ixracımız fiziki çəkidə 45 min ton, yəni 28,3 faiz, dəyər ifadəsində 35,8 milyon dollar, yəni 20,7 faiz azalıb.
Meşə fındığı ixracında fiziki çəkidə 17 faiz, dəyər ifadəsində isə 7,6 faiz artım var. Alma ixracı cəmi 0,5 faiz yüksəlib, dəyər ifadəsində isə bu məhsul üzrə artım 20 faizdir. Xurma ixracımız fiziki çəkidə 21, dəyər ifadəsində isə 12 faiz aşağı düşüb. Nar ixracı fiziki çəkidə 35,6 faiz, dəyər ifadəsində isə 36 faiz aşağı düşüb.
Bütün bunlar ondan xəbər verir ki, son 2-3 ildə kənd təsərrüfatı məhsulları üzrə ixracın ümumi həcmi xeyli azalıb. 2019-cu ilin on ayı ilə müqayisədə cari ilin anoloji dövründə fiziki çəkidə 15, dəyər ifadəsində isə 17 faizlik azalma müşahidə edilib”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?