GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Belimizə minən qiymətlər: Onu mindiyi yerdən düşürə də bilmirik

Belimizə minən qiymətlər: Onu mindiyi yerdən düşürə də bilmirik

Tarix: 16-01-2023, 14:27 Bölmə :İqtisadiyyat Baxış: 209

Azərbaycanın rayonlarında soğanın qiymətinin bir həftə ərzində 35-40 qəpik bahalaşdığı bildirilir.

“Göyərtinin də qiyməti artıb”

Astara rayon bazarından soğan alan yerli sakinlərdən Zabir Ağayev əlindəki bağlamanı göstərib deyir ki, beş-altı gün bundan əvvəl həmin məhsulun 1 kiloqramını 50 qəpiyə alıb: “Bu gün (yanvarın 15-də) həmin soğandan aldım, 1 kilosuna 90 qəpik verdim. Hələ, üstəlik, satıcı ilə mübahisə də etdim. Gördüm ki, günah onda deyil. Göyərtinin də qiyməti artıb. Əvvəl göyərtinin bir dəstəsi 8-10 qəpik idi, indi olub 20 qəpik. Həyət yumurtasının bir ədədi 45-50 qəpiyə satılır. Bahalaşma maaş və pensiya artımını udur”.

“Soğan tədarükçüsü bizə dedi ki…”

Kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan, adının çəkilməsini istəməyən işadamının deməsinə görə, bazarlara soğan, əsasən, Ağdam rayonundan gətirilir: “Gözləmirdik ki, soğanın qiyməti qısa müddətdə bu qədər qalxar. Ağdamdan olan soğan tədarükçüsü bizə dedi ki, anbarlara vurulan soğanın 70-80 faizi çürüyüb. Məhsul tükənir, tükəndikcə qiyməti qalxır. Belə getsə, soğanın qiyməti iki dəfə qalxacaq. Cəlilabaddan, Rusiyadan, İrandan kartof gəlir, ona görə qiyməti sabitdir. Soğan gəlmir. Digər tərəfdən, soğanının bir hissəsi toylara gedir”.

“Hər dəfə görürəm ki, qiymətlər qalxıb”

Marketlərin birinin qarşısında rastlaşdığımız yaşlı bir qadın da qiymətlərin qalxmasından gileylənirdi: “Mən müəllimə işləmişəm, indi pensiyadayam. Yaşlı adamam, gərək indi evdə əyləşib rahatlıqla pensiyamla dolanım. Dolana bilmirəm. Həftədə iki dəfə marketə gəlirəm. Hər dəfə gələndə eyni məhsulları alıram, hər dəfə də görürəm ki, qiymətlər qalxıb. Gördüm ki, kəllə qəndin 800 qramı 3 manat 7 qəpikdir. Qarğıdalı yağı baha, toyuq ətinin 1 kiloqramı 7 manatdan yuxarıdır. Belə iş olar?!”.

Onun sözlərinə görə, dərmanın bahalaşması daha sürətlə gedir: “İran sərhədində satılan ərzaq məhsulları buradakından ucuzdur, 30 faiz fərq edir”.

Un ucuzlaşıb

Mağaza sahiblərindən biri isə deyir ki, ucuzlaşan məhsullar da var: “50 kiloqramlıq unun bir kisəsi 24 manatdan 21 manat 50 qəpiyə düşüb. Sənaye malları ucuzlaşır. Elə konfetlər var qiymətləri aşağı düşüb”.

“Monopoliya var”

İctimai fəal Asən Həşimli deyir ki, rayonlarda istehlak məhsullarının qiymətlərinin qalxmasının səbəbləri çoxdur: “Uzaq dağ kəndində bir mağaza varsa, orda süni şəkildə qiymət artımı ola bilər. Rayon mərkəzlərində bu, mümkün deyil. Monopoliya var. Gedən müharibələrin (Rusiya-Ukrayna) də təsiri var. Mövsümi vaxt kənd təsərrüfatı məhsulları su qiymətinə olur. Yadıma gəlir, mövsüm vaxtı soğanın 1 kiloqramı 20-30 qəpiyə idi. Həmin vaxtı məhsul tədarük olunmalıdır, müəyyən dövrlərə saxlanmaldır. Rayonumuzda yetişdirilən naringinin yarısı bu il batdı”.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında ölkədə inflyasiya 14 faizə yaxın olub. Ərzaq məhsullarının isə 20 faizə yaxın bahalaşdığı bildirilir. Rəsmilər deyir ki, Azərbaycanda bahalaşma, əsasən, xarici amillərlə bağlıdır.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakının ən ucuz bazarında ən baha qiymətlər

    Bakının ən ucuz bazarında ən baha qiymətlər ...

    23-12-2013, 14:08

  • 
  • Bahalaşma bumu bölgələrə də çatdı - Reportaj

    Bahalaşma bumu bölgələrə də çatdı - Reportaj ...

    30-12-2013, 12:11

  • 
  • Maaşlar artmamış qiymətlər qalxdı

    Maaşlar artmamış qiymətlər qalxdı ...

    23-08-2013, 18:31

  • 
  • Bölgələrdə Yeni il öncəsi “qış möcüzəsi” (FOTO)

    Bölgələrdə Yeni il öncəsi “qış möcüzəsi” (FOTO) ...

    25-12-2013, 15:28

  • 
  • Bazarda qiymətlər enmək bilmir - REPORTAJ

    Bazarda qiymətlər enmək bilmir - REPORTAJ ...

    18-07-2013, 00:42


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (91)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu