Həyat tərzi İnsan sağlamlığına zərər gətirən səbəblərdən biri də natəmizlikdir. İctimai nəqliyyatdan hər birimiz gündəlik istifadə edirik. Həyatımızın ayrılmaz hissəsinə çevrilən avtobuslar amma həmişə heç də bizi razı salmır. Məsələn, marşrutların çirkli halda idarə edilməsi buna əyani misaldır.
Avtobusların hamısı olmasa da, çoxu natəmizlik mənbəyidir. Marşrutlara ayaq qoyar-qoymaz toz-torpaq ərşə qalxır. Bunun üçün sadəcə ilk olaraq nəqliyyat vasitələrinin pəncərələrinə, qapılarına nəzər salmaq kifayətdir. Aparılan müşahidələr zamanı içərisi təmiz olmayan avtobuslar da nəzərdən qaçmır. Sürücülər isə hər gün bildirir ki, avtobuslar yuyulub təmizlənir. Avtobusların içərisinə gəldikdə isə sürücülər bunun səbəbini sərnişinlərdə gördülər. Sərnişinlərin təmizlik qaydalarına riayət etməmələri avtobuslarda natəmizliyə gətirib çıxarır.
Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, avtobuslar hər gün yuyulur və ondan sonra xəttə buraxılır. Təmiz olmadan xəttə buraxılan avtobus sahibkarları isə cəzalandırılır: “Biz o qədər sürücünü cərimələyə bilmərik. Biz sahibkarları cəzalandırırıq. Onların marşrutları belə əlindən alınır”.
Amma unutmayaq ki, həm ətraf mühitin çirklənməsində, həm də marşrutlarda təmizliyə riayət olunmamasında məhz elə insanların özləri günahkardır. Odur ki, sağlamlığımızı qoruyaq.
Sorğu
Yeni dizaynımız necədir?