Nəqliyyat Nazirliyindən isə bildirdilər ki, avtobuslar hər gün səhər saat 6-da qarajlarda yuyulub xəttə buraxılır
Hər gün baxış keçirilən, amma yenə də çirkli vəziyyətdə gözə dəyən nəqliyyat vasitələrimiz var ki, bu da avtobuslardır. Xaricdə natəmiz vəziyyətdə olan bu nəqliyyat vasitələrinin ümumiyyətlə xəttə buraxılması qadağan olunur.
Avtobusların hamısı olmasa da, çoxu natəmizlik mənbəyidir. Marşruta ayaq qoyar-qoymaz toz-torpaq ərşə qalxır. Bunün üçün sadəcə nəqliyyat vasitələrinin pəncərələrinə, qapılarına belə nəzər salmaq yetər. Amma yəqin ki bu natəmizlikdə tək sürücülərin deyil, elə təmiz olmayan ətraf mühitin də rolu danılmazdır.
Aparılan müşahidələr zamanı üstü kimi içərisi də təmiz olmayan avtobuslar da nəzərimizdən yayınmadı. Avtobusların pilləkənlərini boş su qabları bəzəyirdi. Sürücülər isə bildirir ki, hər gün səhər avtobuslar yuyulub təmizlənir. Onların sözlərinə görə, bunun əsas səbəbi sərnişinlərin təmizlik qaydalarına riayət etməməsidir.
Sərnişinlər də bu cür natəmizliklə tez-tez qarşılaşdıqlarını gizlətmədilər.
Nəqliyyat Nazirliyindən isə bildirdilər ki, avtobuslar hər gün səhər saat 6-da qarajlarda yuyulub xəttə buraxılır. Yuyulub təmizlənməyən avtobuslar isə xəttə buraxılmır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?