Gundemxeber.az » İqtisadiyyat » Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri müsadirə edilə bilər
Avropa Parlamenti (Aİ) yeni, 12-ci sanksiyalar paketi çərçivəsində Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərini müsadirə etmək niyyətindədir.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, təşəbbüs müəllifləri etiraf edirlər ki, bu qərar münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq.
“İndi sanksiyalar Rusiya Mərkəzi Bankının hazırda Aİ-də dondurulmuş aktivlərinin müsadirəsi üçün hüquqi bazanın yaradılmasına yönəldilə bilər. Mən Rusiya Federasiyası hökumətinə hər hansı belə addıma qarşı indidən məhkəmə iddiası hazırlamasını məsləhət görərdim, çünki Qərb, həqiqətən, bu addımı ata bilər”, - deyə Almaniya parlamentinin deputatı Qunnar Bek bildirib.
Bekin sözlərinə görə, Rusiyanın dondurulmuş vəsaitlərinin müsadirəsi münaqişənin, sadəcə, daha da genişlənməsinə rəvac verəcək addım olacaq. Avropa Parlamentinin məlumatına görə, bu vəsaitin Ukraynanın bərpasına yönəldilməsi nəzərdə tutulur.
Gundemxeber.az
13-04-2023, 17:19
20-02-2023, 13:13
29-04-2014, 10:25
10-05-2022, 11:35
28-02-2023, 13:06
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?