Gundemxeber.az » İqtisadiyyat » Neft pulları "qeyri-istehsal" sahələrinə "axıdılır"... - Yeraltı "sərvət" yer üstündəki gələcəyi təmin etmir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qeyri-neft sektoru haqqında danışılıb. Fəxrlə qeyd edilib ki, bu istiqamətə indiyə qədər 200 milyard dollar yatırılıb. İnvestisiyanın səmərəliyindən danışılıb.
GUNDEMXEBER.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, son 30 ildə ölkə iqtisadiyyatına yatırılan vəsaitin nəzərəçarpan hissəsi qeyri-neft sektorunun payına düşüb. Milli Məclisdə də bundan söz açılıb. Deyilib ki, son 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb, xarici ticarət dövriyyəsi 10 dəfə artıb.
İndi ölkə iqtisadiyyatının yaxşı günlər yaşamadığı sirr deyil. Necə deyərlər, eyibi neft ört-basdır edir. Dövlət büdcəsindəki vəsaitin təxminən 90 faizini neft gəlirləri təşkil edir. Qalan hissənin də böyük qismi dolayısıyla neftə bağlıdır. Yəni bu sərvət olmasa, ölkə iqtisadiyyatı addım ata bilməz. Bu illər ərzində qeyri-neft sektoru inkişaf etdirilməliydi.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında danışılanlardan belə anlaşılır ki, sektorun inkişafına böyük investisiya qoyulub. Hanı nəticəsi? İstehsal potensialı olmayan iqtisadiyyat hara qədər gedə bilər?
Ortada Norveç nümunəsi var. Skandinaviya ölkəsi neft gəlirlərindən yetərincə səmərəli istifadə edir. Neft gəlirləri məhz qeyri-neft sektorunun inkişafına təkan verir. Bunun nəticəsidir ki, dövlət büdcəsi yeraltı sərvətdən asılı qalmayıb. Neft gəlirləri büdcənini uzağı 30 faizini təşkil edir. Norveçdə ümumdaxili məhsul dayanmadan artır. Ölkədə çox uğurlu iqtisadi siyasət aparılır. Neftlə elə davranılır ki, ölkənin gələcəyi sarsılmasın.
Bəs bizdə? Neft pulları bahalı layihələrə xərclənir. Xüsusilə, qeyri-istehsal istiqamətlərinə. Hökumət özünə hesabat vermir ki, birdən qiymətlər uzun müddət aşağı olsa, ölkə necə ayaqda qalacaq? Neftin barelinin 15 dollara təklif olunduğu günləri də görmüşük. İndiki qiymətlər hökuməti aldadır. Xərclənən pulları fəxrlə səsləndirmək bizə heç nə vermir. Desinlər görək, ortaya hansı iqtisadi konsepsiya qoyulub. Hələ də boş söz yığını eşidirik. Ölkədə iqtisadiyyat əvvəl-axır üzərinə böyük məsuliyyət götürəcək qədər dəqiq mexanizmlə işləməlidir. Başqa bütün yollar uğursuzluğa aparır.
GUNDEMXEBER.AZ
10-01-2016, 16:24
18-11-2013, 12:29
12-11-2013, 13:20
9-06-2018, 11:56
22-12-2012, 12:13
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?