gundemxeber.az Məmurların daha bir maxinasiyası üzə çıxıb. redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, bir qrup işbaz məmur yeni korrupsiya imkanı əldə ediblər. Söhbət bu dəfə də milyonlarla manatın qanunsuz surətdə əldə olunmasından gedir. Bu barədə danışan mötəbər qaynaq bildirir ki, bu ayın əvvəlindən etibarən Bakıda fəaliyyət göstərən bütün marketlərə vergilər nazirliyinin əməkdaşları bir «müjdə» ilə gəliblər: «Bütün obyekt sahiblərinə bildirilib ki, iriliyindən-xırdalığından asılı olmayaraq, alqı-satqı əməliyyatı zamanı postterminaldan (alınan malların ştrixkod (barkod) yazılarını oxuyan aparat) istifadə edilməlidir». Mənbəmiz hətta ümumi sahəsi 4 kvadratmetr olan dükanlara da eyni tələbin qoyulduğunu bildirir: «Təbii ki, bu da artıq başqa bir marağın olması faktını üzə çıxarır». Mənbənin iddia etdiyinə görə, necə ki, bir zamanlar məmurlardan biri maşınlar üçün «aptekça» gətirmişdilər və buna görə də bütün sürücülərə məcburi qaydada «aptekça» alma tələbi qoyuldu, indi də anoloji hal yaşanmaqdadır. «Yenə də iş adamlarının cibinə girilir» deyən mənbəyə görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə yaxın iş adamlarından biri ölkəyə külli miqdarda əsasən, Çində istehsal olan saxta brendli postterminallar gətirib: «İndii də bu aparatlar məcburi qaydada dükan sahiblərinə satdırılır». Əslində sözügedən avadanlığın sahibkarlara pulsuz verilməli olduğunu bildirən mənbəmiz qeyd edir ki, sahib olduğu obyektin miqyasına görə, bu gün iş adamlarına postterminallar 600-1200 manat arası məbləğə satılır: «Hətta guya ki, sahibkarlara bir «torpil» də yapırlar. Nağd ala bilməyənlər üçün bank kreditləri təşkil edirlər ki, burada da araçı kimi öz banklarından istifadə edirlər. Nəticədə Aydın Əliyevin qatıldığı qrupun bankı da faydalanmış olur». Mənbəmiz bildirir ki, burada əsas qazanan DGK sədri Aydın Əliyev olsa da, alət kimi istifadə olunan Vergilər Nazirliyinin rəhbərliyi də payçı kimi çıxış edir. Vüqar
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?