Statistika komitəsi ötən ay ərzində nəqliyyat sektorunda olan qiymət dəyişiklikləri barədə statistik göstəricini təqdim edib. Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən xəbərdə bildirilir ki, bu ay ərzində nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1 faiz ucuzlaşıb, yükdaşıma tarifləri isə 2,1 faiz bahalaşıb. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,2 faiz ucuzlaşıb. Hava nəqliyyatında da qiymət dəyişiklikləri özünü göstərməkdədir. MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 1,0 faiz, digər xarici ölkələr üzrə isə 1,3 faiz bahalaşıb. Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə isə 1,5 faiz ucuzlaşma müşahidə edilib. Qeyd edək ki, boru kəməri vasitəsilə neftin nəql olunma tarifində də bahalaşma müşahidə olunub. Burada isə artım 4,0 faizdir.
Sorğu
Yeni dizaynımız necədir?