Avqust ayında kənd təsərrüfatı məhsullarının qiyməti artıb.
Dövlət Statistika Komitəsindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, diri heyvanlar və heyvandarlıq məhsullarının qiymətləri 2,3 faiz artıb.
Ay ərzində buğdanın qiyməti 0,8, qarğıdalı 0,2, arpa 2,5, xiyar 2,3, quru ot 5,6 faiz bahalaşdığı halda pomidor 0,6, badımcan 6,8, yaşıl lobya 6,6, kələm 0,5, göyərtilər 0,2, soğan 1, qarpız və yemiş isə 22,6 faiz ucuzlaşıb.
Meyvələrin qiymətində də ucuzlaşma müşahidə edilib. Belə ki, limon 0,9, çiyələk 0,1 faiz bahalaşıb. Amma armud 0,1, şaftalı 2,2, alça 0,1, qoz və fındıq isə 0,3 və 4,8 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,7, süd 0,6, diri qoyun və keçi 0,5, diri ev quşları 2,1, yumurtanın istehsalçı qiymətləri isə 34,4 faiz bahalaşıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?