Gundemxeber.az » İqtisadiyyat » Dollara tələb kəskin artdı – MB reaksiya vermir
Bu gün keçirilən hərracda rekord məbləğdə dollar satılıb.
Bankların bugünki sifarişi 151.1 milyon dollar olub...
Gundemxeber.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bütövlükdə bu ayın ilk 13 günündə keçirilən hərraclarda 370.9 milyon dollar satılıb:
"Bugünkü hərracda dolların rekord məbləğdə satışı valyuta bazarında dollara tələbin artdığını bir daha təsdiq edir. Valyutadəyişmə məntəqələrində manatın mövcud məzənnəsi də məhz dollara tələbin kəskin artmasından xəbər verir. Rəsmi məzənnənin stabil qalmasına baxmayaraq, aktiv valyutadəyişmə məntəqələri dolların satış deyil, alış kursunu manata nisbətən 1.70 müəyyənləşdiriblər. Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən Azərbaycan valyuta bazarında volatillik artıb. Bununla belə, aparılan təhlillər göstərir ki, tələbin artması yalnız psixoloji faktorlarla bağlı deyil.
Dollara yüksək tələbin müşahidə olunmasına baxmayaraq, Mərkəzi Bankın bu məsələyə münasibət bildirməməsi də diqqəti cəlb edir. Bu dönəmdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vaicbdir".
Gundemxeber.az
15-03-2019, 14:17
22-12-2023, 19:27
13-01-2022, 12:51
8-07-2017, 16:16
7-05-2015, 11:56
Sorğu
Yeni dizaynımız necədir?