Gundemxeber.az » İqtisadiyyat » Azərbaycanda taxılla bağlı böyük problem - NƏ ETMƏLİ?
Biləsuvar rayonunda bəzi taxıl sahələrində pas xəstəlikləri müşahidə edilib.
Bu barədə Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Belə ki, mərkəzin Bitkiçilik Sektorunun mütəxəssisləri rayon ərazisində fermerlərə məxsus taxıl sahələrində monitorinqlər keçirib. Monitorinq zamanı bəzi taxıl sahələrində pas xəstəlikləri müşahidə edilib. Bununla əlaqədar fermerlərə taxıl sahələrində pas xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması ilə bağlı bəzi tövsiyələr hazırlanıb. Bu xəstəlik taxıl sahələrinə ciddi ziyan vurmaqla məhsuldarlığı xeyli aşağı salır. Qeyd edək ki, ölkəmizdə əsasən sarı pas və qonur pas xəstəlikləri daha geniş yayılıb. Bu xəstəliyə qarşı aqrotexniki, eyni zamanda kimyəvi mübarizə tədbirləri aparılır.
Maraqlıdır, bu xəstəlik məhsuldarlığa nə qədər zərər vuracaq?
Sözügedən mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, pas xəstələyi olduğca təhlükəlidir:
“Pas xəstəliyi yoluxucu xəstəlikdir və məhsuldarlığı aşağı salır. Adıçəkilən xəstəlik məhsul dövrünə qədər aradan qaldırılmalıdır. Əks halda, məhsuldarlığı aşağı salmağla yanaşı, məhsulu tamamən istifadəyə yararsız hala gətirəcək”.
Ekspert vurğulayıb ki, pas xəstəliyi yayılan taxıldan çox pis qoxu gəlir:
“Xəstəliyə yoluxan taxılların üzəri qara və qonur rəngdə olan təbəqə ilə örtülür. Kənardan baxarkən bunu anlamaq çətin deyil. Azca anlayışı fermer bunu başa düşülür”.
Ekspert qeyd edib ki, pas xəstələyi olan taxıldan istifadə etmək olmaz:
“Bəzən pas xəstələyi olan taxıldan istifadə ilə un məhsulları hazırlanır. Lakin həmən taxıldan hazırlanan undan çox pis qoxu gəlir. Həmən taxılı nə kəpək, nə qomqor, nə də digər yem məhsulu kimi heç heyvanların istifadəsinədə vermək olmaz”./cebhe.info
9-07-2013, 18:50
31-07-2017, 11:50
18-07-2013, 17:29
10-03-2018, 17:25
13-06-2019, 11:34
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?