2024-cü ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 31 milyon barel (4 milyon ton) və ya gündə orta hesabla 339 min barel neft hasil edilib.
Bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.
Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2023-ci ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 16,8% və ya 4 milyon barel az olub. 12 il əvvəl – 2012-ci ilin eyni dövrü ilə müqayisədə isə hasilat 2,1 dəfə aşağı düşüb.
2024-cü ilin ilk rübündə AÇG-də ümumilikdə 139 neft hasilat quyusu və 51 qaz və su injektor quyusu istismarda olub.
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (25%), MOL (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib - 9,57%), İNPEKS (9,31%), “Equinor” (keçmiş “Statoil” - 7,27%), “EksonMobil” (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.
Son 13 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı:
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?