Yaxın vaxtlarda Azərbaycanda Aİ-92 markalı benzin və dizelin qiymətinin qalxacağına dair informasiya yayılıb.
Bu barədə “Bakinski Burila” Teleqram kanalında məlumat dərc olunub.
Teleqram kanalı yazır ki, mənbələrdən ldə etdiklərə məlumata əsasən, yaxın vaxtlarda Aİ-92 markalı benzin və dizelin qiyməti bahalaşacaq, lakin bu bahalaşma çox olmayacaq.
“Qafqazinfo” da mənbələr vasitəsilə cüzi qiymət artımının olacağına dair məlumat əldə edib.
Sayt yazır ki, mənbənin sözlərinə əsasən, hökumət bu qərarın neqativ yükünü qəbul edir, ancaq zəruri olduğunu düşünür.
“Belə ki, “Aİ-92” və dizel bir tərəfdən ciddi ekoloji problemlər yaradır, digər tərəfdən isə dünyada geniş vüsət almış elektrik mühərriklərə Azərbaycanda keçidi ləngidir. Qənaət ondan ibarətdir ki, bu qərar vətəndaşların “Aİ-92” və dizellə çalışan mühərrikli avtomobillərdən imtina etməsini və elektrik avtomobillərə keçidini əsaslı şəkildə stimullaşdıracaq”, - sayt yazır.
Qeyd edək ki, hazırda ölkədə “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?