GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Daha bir parlament rüsvayçılığı

Daha bir parlament rüsvayçılığı

Tarix: 25-12-2012, 13:20 Bölmə :İqtisadiyyat Baxış: 1 094
Daha bir parlament rüsvayçılığı
Milli Məclis hakim ailəyə aid biznesi vergidən azad etdi

gundemxeber.az Azərbaycanda yaradılan sənaye və texnologiyalar parklarında fəaliyyət göstərən şirkətlərə vergi tətilləri veriləcək. Vergi Məcəlləsinə edilən əlavəyə əsasən, ölkədə yaradılan sənaye və texnologiya parklarının idarəedici təşkilatı və ya operatorunun mənfəətinin parkın infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi vergidən azad ediləcək. Bundan başqa, parkın rezidenti olan, yəni burada fəaliyyət göstərən hüquqi şəxslərin parkdakı fəaliyyətindən əldə edilən gəlirlər 7 il müddətinə vergiyə cəlb edilməyəcək.
Vergi Məcəlləsinə edilən bu əlavə və dəyişikliklər əslində Ilham Əliyevin şəxsi biznesinə edilən güzəşt kimi dəyərləndirilməlidir. Hər halda Azərbaycanda 17 zavodu özündə birləşdirən Sumqayıt Texnologiyalar Parkı Ilham Əliyevin ailəsinə məxsusdur. Bu fakt tanınmış jurnalist Şahvələd Çobanoğlunun bir müddət əvvəl apardığı araşdırma ilə təsdiqini tapıb. Həmin araşdırmadan bir hissəni təqdim edirik: “Vergilər Nazirliyinin 6 aprel 2012-ci il qeydiyyat məlumatında ”Sumqayıt Texnologiyalar Parkı”nın sahibinin adı da göstərilib: “AZENCO GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti. AZENCO-nun rəsmi məlumatlarında isə göstərilir ki, onun payının 97,5 faizinin sahibi “Interenerji” şirkətidir. “Interenerci”nin əsas – 70 faizlik payının sahibi isə “Ador” MMC-dir.
“Ador” MMC Bakıda Səməd Vurğun küçəsi 7 ünvanında qeydiyyatdan keçib. Contact.az saytının və “Turan” agentliyinin əməkdaşı iki il öncə həmin ünvanda bir neçə bankın qeydiyyatının izinə düşmüş və müəyyən etmişdi ki, bu ünvanda 3 seçici qeydə alınıb – Mehriban Arif qızı Əliyeva, Leyla Ilham qızı Əliyeva, Arzu Ilham qızı Əliyeva.
Araşdırmaçı jurnalist Xədicə Ismayılova “BAKU CRYSTAL HALL”un sirləri” adlı araşdırmasında “Interenerji” şirkətinin və onun sahibi “ADOR” MMC-nin izini də həmin ünvanda tapır və qeyd edir ki, “Azadlıq” radiosunun 2010-cu ildə apardığı araşdırma zamanı ölkə başçısının sözçüsü Azər Qasımov Silkwaybank-ın səhmlərinin sahibi və S.Vurğun küçəsi 7 ünvanın sakinlərindən birinin – Arzu Əliyevanın Ilham Əliyevin övladı olduğunu təsdiqləmişdi. “ADOR” MMC həm də “Express” bankın təsisçisidir. Bankın illik hesabatlarında da bu şirkətin ünvanı Səməd Vurğun küçəsi 7 olaraq göstərilir.
Bütün bunlardan bəlli olur ki, prezident ailəsinin qeydiyyatda olduğu S.Vurğun küçəsi 7 ünvanında hüquqi qeydiyyatdan keçmiş “ADOR” MMC şirkəti “Interenerji”nin sahibi olduğu üçün, o həm də “Interenerji”nin 70 faiz paya sahib olduğu “AZENCO GROUP” MMC-nin əsas sahibidir. “AZENCO GROUP” MMC isə, Vergilər Nazirliyinin 6 aprel 2012-ci il məlumatına görə, 17 zavodu birləşdirən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin sahibidir. Deməli, prezident ailəsinin qeydiyyatda olduğu S.Vurğun küçəsi 7 ünvanında qeydiyyatdan keçmiş “ADOR” MMC “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin əsas sahibidir”.
Görünür, biznes sahələrinin əhəmiyyətli hissəsini ələ keçirən, ölkənin sərvətini talayan hakim ailə bununla kifayətlənmək istəmir. Öz bizneslərini də vergidən azad etməklə sərvətlərini daha da artırmağa çalışır.

“İqtisadiyyat şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sənaye və texnoloji parklar üçün vergi “tətilləri”

    Sənaye və texnoloji parklar üçün vergi “tətilləri” ...

    9-01-2013, 11:14

  • 
  • Bağça və uşaq evləri vergidən azad edildi- Sərəncam

    Bağça və uşaq evləri vergidən azad edildi- ...

    4-02-2014, 21:37

  • 
  • Vergi sanksiyalarının 50%-i vergi əməkdaşlarına çatacaq

    Vergi sanksiyalarının 50%-i vergi əməkdaşlarına ...

    9-06-2016, 16:42

  • 
  • Azərbaycanın mərc oyunları bazarındakı milyonlar

    Azərbaycanın mərc oyunları bazarındakı milyonlar ...

    16-10-2015, 23:21

  • 
  • Çıxış qadağası olanların siyahısı yeniləndi

    Çıxış qadağası olanların siyahısı yeniləndi ...

    29-04-2016, 01:42


Təqvim

«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2022 (65)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu