Gundemxeber.az » İqtisadiyyat » Dünyada qızıla tələbat AZALDI
Birjadankənar (OTC) əməliyyatlar istisna olmaqla, 2024-cü ilin ikinci rübündə dünyada qızıla tələb ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq 929 ton təşkil edib.
GUNDEMXEBER.AZ xəbər verir ki, qızılın qiymətinin yüksək olması səbəbindən zərgərlik məmulatlarına tələbat 19 faiz azalaraq 391 tona, zərgərlik sənayesindən qızıla tələb isə müvafiq olaraq 17 faiz azalaraq 411 tona düşüb.
Zərgərlik bazarındakı azalma digər sənaye sahələrində qızıla tələbatın artması ilə qismən kompensasiya edilib. Xüsusilə texnologiya sektorunda qızılın elektronikada, ilk növbədə süni intellektin getdikcə populyarlaşan sahəsi üçün çiplərdə istifadəsi sayəsində istehlak 11 faiz artaraq 81 tona çatıb. Portfellərini qorumağa və diversifikasiya etməyə çalışan mərkəzi banklar qızıl alışını 6 faiz artıraraq 183 tona çatdırıblar.
Qızıl bazarında təklif 4 faiz artaraq 1258 tona çatıb. O cümlədən hasilat ikinci rübün rekordu olub - 929 ton. 329 ton artıq təklif birjadankənar bazar tərəfindən mənimsənilib və onun rüblük alışlarda payı kifayət qədər əhəmiyyətli olub. Mərkəzi bankların tələbi ilə birlikdə birjadankənar valyuta bazarı qızıl qiymətlərində artımın hərəkətverici qüvvəsinə çevrilib.
GUNDEMXEBER.AZ
16-01-2015, 21:01
3-02-2014, 22:47
16-01-2015, 21:41
14-01-2015, 14:20
27-04-2015, 21:27
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?