GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Dollarla bağlı yeni xəbər - Kəskin artım...

Dollarla bağlı yeni xəbər - Kəskin artım...

Tarix: 9-08-2024, 11:24 Bölmə :İqtisadiyyat Baxış: 307

bitmap-img6

Azərbaycanda dollara tələbat kəskin artıb. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında 4,1 milyard dollar məbləğində satış olub. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Təkcə bu ilin iyul ayında valyuta satışının məbləği 597,1 milyon dollar təşkil edib. Bu isə ötən ilin iyul ayı ilə müqayisədə 2,2 dəfə çox deməkdir. Qeyd edək ki, Mərkəzi Bankda keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov deyib ki, valyuta hərraclarında tələbatın 2 dəfədən çox artması əsasən dövlət büdcəsində xərcləmələrlə bağlıdır.

 Gundemxeber.az bildirir ki, iqtisadçı-ekspert Xalid Kərimli “Sputnik Azərbaycan”a deyib ki, ölkəmizdə dollara tələbatın artmasının əsas səbəbi məhz dövlət büdcəsində investisiya xərcləri ilə bağlıdır:

“Bu il dövlət büdcəsinin investisiya xərclərində ötən illə müqayisədə əhəmiyyətli artım var. Dövlət həm Qarabağ və Şərqi Zəngəzurun bərpasına, həm də COP29 ilə bağlı layihələrə, tikintiyə ciddi investisiyalar qoyur və bərpa etmədə idxal komponenti mühümdür. Dövlət büdcəsində bu istiqamətlərdə xərclər artdıqca idxal da artır. Çünki yerli istehsal obyektiv və subyektiv səbəblərdən aşağı səviyyədədir. Həm istehlak bazarında, həm də investisiya qoyan zaman istifadə olunan malların əksəriyyəti xaricdən gətirilir. Bu baxımdan, dövlət investisiya layihələri artdıqca idxal da artır. Ölkədə dollara tələbatın artmasının əsas səbəbi budur. Yəni burada əhalinin şəxsi məqsədlər üçün dollar alışının artımından söhbət getmir”. 

Ekspert deyib ki, bu il ölkədə iqtisadi artım ötən illə müqayisədə daha çoxdur. İqtisadi aktivlik idxalın artmasına gətirib çıxardır. İdxalın artması da dollara tələbatı artırır. Ekspert növbəti aylarda ölkədə dollara tələbatın kəskin artacağını gözləmir. 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi də 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Maraqlıdır ki, dollara tələbat artan kimi daha çox aztəminatlı təbəqə narahat olur ki, bu da səbəbsiz deyil. Çünki inflyasiya və manata hər hansı təhlükə ən çox onlara təsir edir.  
 
İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, dollara olan tələbin kəskin şəkildə artmasının əsas səbəbi bilavasitə Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan işlərlə əlaqədardır: 

“Bütün hallarda bunlar da bilavasitə dövlət büdcəsinin xərclərini artırır. Bu da daha çox idxala əsaslanan bir prosesdir. İdxalın kəskin şəkildə artması təbii olaraq dollara olan tələbi də artırır. O ki qaldı aztəminatlı təbəqənin dollara olan tələbin artmasından narahatlığına, bu başa düşüləndir. Çünki dollara artan tələb, eyni zamanda manatın məzənnəsi ilə bağlı ciddi suallar ortaya çıxarır. Nə zaman ki, dollara olan tələbi qarşılamaqda çətinlik yaranacaq o zaman manatın ucuzlaşması məsələsi daha da aktuallaşacaq. Amma hazırkı məqamda dollara olan tələbin artmasına rəğmən onu qarşılamaq üçün hər hansı bir ciddi çətinlik yoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları və neftin qiyməti bu prosesi neytral şəkildə idarə etməyə imkan verir. Bu baxımdan, 2024-cü ilin sonuna qədər hər hansı bir devalvasiya təhlükəsi qəti gözləmirəm. Lakin sonrakı dönəmlərdə   qeyd etdiyim amillərdən asılı olaraq, yəni neftin qiymətinin kəskin aşağı düşməsi və bu aşağı düşmənin uzun müddət davam etməsi, eyni zamanda dollara olan tələbin sistemli artması nəticədə manatın ucuzlaşması üçün ciddi əsas yarada bilər”. 

Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov neftin ucuzlaşmasının məzənnəyə hansı formada təsir edəcəyi məsələsinə münasibət bildirib:

 “Neftin dünya bazar qiymətində azalma davam edir. Brent markalı neft 2024-cü ildə ən aşağı qiymətə təklif olunur. Hazırda 1 barel neftin qiyməti 76 dollardır. Tələbin azalması neft bazarına birbaşa təsir göstərərək volatilliyi artırıb.  Digər tərəfdən, bu il ABŞ-da quyuların sayının azalmasına baxmayaraq neft hasilatında artımlar müşahidə edilir. Hazırda Birləşmiş Ştatlarda gündəlik neft hasilatı 13.3 milyon bareldən çoxdur.

Neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir. Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti bir tərəfdən gəlirlərimiz digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımından əhəmiyyətlidir. 

2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmələrdən sonra əsas maliyyə sənədində neftin qiyməti 60 dollardan 75 dollaradək artırıldı. Hazırda dünya bazarında neftin qiyməti büdcədəki qiymətdən cüzi artıqdır. Doğrudur, 2024-cü ilin geridə qalan ayları üzrə neftin orta qiymətini nəzərə aldıqda mövcud bazar tarazlığı fiskal gəlirlərimiz üçün risk formalaşdırmır. Amma sözsüz neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün bu baxımdan 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi, eləcə də tədiyyə balansımızın vəziyyəti birbaşa neftin dünya bazarının qiymətindən asılı olacaq.

Neftin qiymətinin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında da bu ildə də neft gəlirlərimizin manatın məzənnəsinə təsir edən əsas faktor olacağı vurğulanır. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılıdır. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edilə bilər. Bu isə o deməkdir ki, manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq". 


GUNDEMXEBER.AZ




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dollara "yay hücumu": "Gələn il..." - Ekspert danışır...

    Dollara "yay hücumu": "Gələn ...

    1-05-2024, 22:33

  • 
  • Azərbaycanda dollara tələbat artıb

    Azərbaycanda dollara tələbat artıb ...

    15-03-2019, 14:17

  • 
  • Mərkəzi Bankın valyuta ehtiyatları 271,2 mln. dollar azaldı

    Mərkəzi Bankın valyuta ehtiyatları 271,2 mln. ...

    2-11-2015, 12:18

  • 
  • Mərkəzi Bank bir ayda 1,2 milyard dollar itirdi

    Mərkəzi Bank bir ayda 1,2 milyard dollar itirdi ...

    4-09-2015, 17:28

  • 
  • Azərbaycanın valyuta ehtiyatları 3 milyard dollara yaxın azalıb

    Azərbaycanın valyuta ehtiyatları 3 milyard ...

    14-02-2017, 23:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu