GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Devalvasiya ilə bağlı iddialar nə qədər realdır? - “Bu məzənnə uzun dövrü əhatə edə bilməz“

Devalvasiya ilə bağlı iddialar nə qədər realdır? - “Bu məzənnə uzun dövrü əhatə edə bilməz“

Tarix: 29-08-2024, 15:54 Bölmə :İqtisadiyyat Baxış: 474

Devalvasiya ilə bağlı iddialar nə qədər realdır? -
Bir müddətdir ki, Azərbaycanda devalvasiya olacağı, dolların qiymətinin artacağı barədə informasiyalar, şayiələr dolaşır. Son olaraq belə həyəcanlı xəbər iki gün öncə media və sosial şəbəkələri bürüdü.

Həmçinin, bir çox banklar iki gün ərzində dollar satışını da məhdudlaşdırdılar. Mərkəzi Bank dollar satışında məhdudiyyət tətbiq edilmədiyini bəyan etsə də, bir çox banklarda 20-21 avqustda vətəndaşlara dollar satılmayıb və ya 100 dollardan çox verilməyib.

Bu ajiotajın səbəbi nədir? Azərbaycanda dolların bahalaşması, devalvasiya ehtimalı varmı?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, adətən istənilən məhsula tələbin qəfildən kəskin artması və bir neçə gün ərzində bu dinamikanın qalması, daha sonra prosesin səngiməsi burada spekulyativ davranışların olduğundan xəbər verir:

"Məhz spekulyasiyanın nəticəsi olaraq belə halın yaşanması mümkündür. Təbii ki, spekulyativ davranışlar nəticədə ajiotaj yaradır və daha sonra gücləndirir. Belə hallarda mütləq şəkildə tələbin qarşılanmasına ehtiyac var. Çünki süni artırılmış tələb qarşılanmayacağı təqdirdə müəyyən ajiotaj yarada bilir. Bu da nəticədə real tələbi artıra bilir. Ona görə də düşünürəm ki, bütün hallarda dollara olan tələbin ödənilməsi lazım və mütləqdir. Heç bir halda hansısa təsərrüfat subyektinin bundan imtina etməsinə imkan vermək olmaz. Çünki bu real problemlər ortaya çıxara və dollara olan tələbatı kəskin artıra bilər".

Azərbaycanda dolların bahalaşması və devalvasiya olması ehtimalı haqqında da danışan iqtisadçı bildirib ki, hazırda devalvasiyanın olmasını məcbur edən heç bir şərait yoxdur:

"Manatın dollara olan nisbətdə məzənnə siyasəti bilavasitə inzibati yollarla tənzimlənir. Mərkəzi Bank tərəfindən bir hədd müəyyənləşdirilib və dayanıqlı saxlanılıb. Yalnız o zaman real devalvasiya təhlükəsi yarana bilər ki, neftin qiymətləri kəskin aşağı düşür, ölkəyə valyuta daxil olması azalar, dollara tələbat artar, eyni zamanda valyuta ehtiyatlarında azalma baş verər. Belə olanda dollara olan tələbatın qarşısında dövlət çətinliklər yaşamağa başlayar. Lakin hazırda istər neftin qiyməti, istər ölkənin valyuta ehtiyatları, istər ticarət balansında olan göstəricilər ciddi bir problemin olmadığını deməyə əsas verir. Yəni, devalvasiyanın olmasını məcbur edən bir şərait yoxdur. Bununla belə birmənalı olaraq devalvasiyanın olub-olmaması ilə bağlı nə isə demək doğru olmaz. Bu ilin sonuna qədər devalvasiyanın olacağını gözləmirəm. Növbəti ildə isə bu məzənnə davamlı və uzun dövrü əhatə edə bilməz".
Eldəniz Əmirovun sözlərinə görə, hər bir ölkənin milli valyutasının arxasında ilk növbədə həmin ölkənin iqtisadiyyatı, daha sonra isə dövlət dayanır:
"İqtisadiyyatı çox güclü olan ölkələrdə milli valyutanın dayanıqlı olmasında dövlət o qədər də böyük güc sərf etmir. Amma inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə isə milli valyuta daim təzyiq altında olur. Bunun da əsas səbəbi ticarət balansının göstəricilərindən və digər makro iqtisadi vəziyyətdən asılı olur. Ticarət balansının durumu milli valyutaya təsir göstərən ən başlıca faktorlardan biridir. Azərbaycanda hazırda ticarət balansının müsbət olması ölkədə manata olan təzyiqin qarşısının alınmasına imkan verir".


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Növbəti devalvasiya gəlir: “Mərkəzi Bankdan istənilən “sürprizi” gözləmək olar”

    Növbəti devalvasiya gəlir: “Mərkəzi Bankdan ...

    24-02-2016, 21:13

  • 
  • BU TARİXDƏ... - Dollar 2 MANAT ola bilər

    BU TARİXDƏ... - Dollar 2 MANAT ola bilər ...

    30-07-2019, 17:07

  • 
  • "Nəzarət olmasa, dollar 2-3 manat ola bilər"

    "Nəzarət olmasa, dollar 2-3 manat ola ...

    21-12-2015, 14:44

  • 
  • SEÇKİDƏN SONRA DEVALVASİYA GÖZLƏNİLİR?

    SEÇKİDƏN SONRA DEVALVASİYA GÖZLƏNİLİR? ...

    10-04-2018, 20:33

  • 
  • Dollar ajiotajını banklar yaradır

    Dollar ajiotajını banklar yaradır ...

    18-04-2018, 10:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu