GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Dollar ajiotajını banklar yaradır

Dollar ajiotajını banklar yaradır

Tarix: 18-04-2018, 10:47 Bölmə :İqtisadiyyat Baxış: 416
Dollar ajiotajını banklar yaradır


Natiq Cəfərli: “Birdən-birə tələbatın artması banklarda yaranmış sükutu pozdu və...”

Son günlər əhali arasında dollara tələbatın artması , buna paralel olaraq bankların da müştərilərə dollar satmaqdan imtina etməsi valyuta bazarında ajiotaj yaşanmasına səbəb olub. Qonşu ölkələrdə dolların bahalaşması haqda xəbərlərdən narahat olan vətəndaşlar əllərindəki vəsaiti dollara dəyişmək istədiyindən tələbat artıb. Hətta psixoloji təzyiqlər yaranıb ki, rubl və lirədən sonra manat da dollar qarşısında dəyər itirə bilər. Banklarda isə dollar almaq istəyən vətəndaşlara kassada yetərli valyuta olmadığı deyilir. Digər tərəfdən, bankların dolların alış qiymətini artırması da əhalidə şübhə oyatmağa başlayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri İbrahim Alışov isə mətbuata açıqlama verərək bildirib ki, Mərkəzi Bank bankları kifayət qədər valyuta ilə tam təmin edir: “Son bir həftə ərzində Azərbaycanla tərəfdaş ölkələrdə, xüsusən də Türkiyə və Rusiyada milli valyutaların kəskin volatilliyi Azərbaycanda da bir psixoloji gərginlik yaradıb. Amma bankların heç birində nağd valyutaya olan tələbin qarşılanmaması kimi bir hal yoxdur.

Bu, sadəcə, psixoloji amildir. Son bir həftə ərzində adambaşına düşən valyuta alışı 800-1300 dollar arasında dəyişir. Bu onu deməyə əsas verir ki, bu yalnız əhali qrupu arasında yayılan psixoloji gərginliklə bağlıdır. Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur”.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, son dövrlərdə ətraf ölkələrdə çox ciddi proseslər gedir: “Qonşu ölkələrin hamısında milli valyutalar dəyərdən düşüb. Səbəblər müxtəlif olsa da, proses eynidir. Rusiya rublu, Türkiyə lirəsi çox sürətlə dəyərdən düşdü, Qazaxıstan təngəsində 10 faiz ucuzlaşma oldu, İran rialı təqribən 15-20 faiz ucuzlaşdı. Bütün ətraf ölkələrdə, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə milli valyutalar dəyərdən düşüb. Hər bir ölkədə səbəblər müxtəlif ictimai, siyasi, iqtisadi amillərdən qaynaqlansa da, faktiki olaraq belə bir dalğa yarandı. Bu da Azərbaycanda insanlar arasında belə bir narahatlığa səbəb oldu ki, manatla bağlı da oxşar qərar verilə bilər. Bunun ardınca Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov çıxış elədi, heç bir devalvasiya olmayacağını söylədi. Bu da cəmiyyətdə əks effekt doğurdu. Çünki ötən iki devalvasiyaların həmən öncəsində Mərkəzi Bank rəhbəri bu cür bəyanat vermişdi, ancaq tam əksi baş vermişdi. Bu da Mərkəzi Bankın institusional olaraq nüfuzdan düşdüyündən xəbər verir və insanlar bu bəyanata da inanmadılar”.

Natiq Cəfərli diqqətə çatdırdı ki, ətraf ölkələrdə gedən proseslərlə əlaqəli olaraq valyuta alınmasına, sərbəst manat kütləsinin yenidən dollara çevrilməsinə start verildi: “Banklar isə buna hazır deyildilər. Çünki artıq bir ilə yaxındır ki, inzibati yollarla dollar-manat məzənnəsi sabit saxlanılır. Manat digər valyutalara nisbətdə sabit olmasa da, dollar-manat məzənnəsi əsas götürülür. Çünki bu qərarın həm də siyasi səbəbləri olduğu üçün uzun müddətdir ki, inzibati qaydada tənzimlənirdi. Banklar da adət etmişdilər ki, gündəlik tələbat 50 min dollar civarında olsun. Birdən-birə tələbatın artması banklarda yaranmış bu sükutu pozdu. Artıq insanlarda daha çox valyutaya tələb yarandı deyə banklarda olan dollar yetərli olmadı. Mərkəzi Bank buna çox gec reaksiya verdi. Dünəndən başlayaraq bankların valyuta ehtiyatını artırmaq və satışları təmin etmək üçün dolları daha çox verməyə başladı. Lakin bu, ajiotajı daha da artırır. Bir neçə gün banklarda valyuta satışında problemlər yaşananda, əhali arasında dolların tapılmaması ilə bağlı söz-söhbət genişlənəndə tələbat daha da artır, əhalinin banklara axını güclənir”.

N.Cəfərlinin fikrincə, indiki şəraitdə manatın dollara qarşı dəyər itirməsinə elə ciddi bir iqtisadi səbəb yoxdur: “Azərbaycan çox primitiv bir iqtisadi modelə malikdir və əsasən neft qiymətləri ilə bağlıdır. Neft hazırda kifayət qədər yüksək qiymətlərə satılır, Azərbaycan hökumətinin gözləntilərindən daha da yüksəkdədir. Hökumət bu il nefti 45 dollardan götürdü, ancaq hazırda Azərbaycan nefti 72-73 dollara satılır. Yəni ölkəyə kifayət qədər böyük həcmdə dollar daxil olur. Ona görə də yaxın aylarda devalvasiya olması ehtimalı çox aşağıdır. Ancaq ilin sonuna yaxın dünyada və qonşu ölkələrdə gedən proseslərə paralel olaraq manata təzyiqlərin artması baş verə bilər. Bu ilin sentyabrından başlayaraq bu təzyiq daha çox ola bilər.

İqtisadçı-ekspert onu da vurğuladı ki, qonşu ölkələrdə milli valyutanın dəyərdən düşməsi Azərbaycanın həmin ölkələrlə ticarətini də zəiflədəcək: “Rusiya ilə bağlı ticarət dövriyyəsində mənfi saldo artacaq. Hazırda da mənfi saldo müşahidə olunur. Rusiyadan aldığımız məhsulun həcmi bu ölkəyə satdığımız məhsuldan daha çoxdur. Rublun dəyərdən düşməsi bu ölkənin bizə satdığı məhsulların həcmini də artıracaq.

Türkiyəyə isə əsasən qaz və neft məhsulları satırıq. Ancaq Türkiyədən 1000 adda məhsul alırıq. Ərzaq məhsullarından başlamış, geyimə, texnikaya qədər müxtəlif məhsullar idxal edirik. Türk lirəsinin dəyərdən düşməsi idxalı daha da cəlbedici hala gətirəcək. Bu da yeni cücərməkdə olan yerli istehsalı daha da azaldacaq. Qonşu ölkələrdə gedən proseslərin orta və uzunmüddətli dövrdə Azərbaycana daha böyük təsirləri olacaq. O zaman da hökumət məcburən manatın məzənnəsində yumşalmaya gedə bilər"./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Banklarda məzənnə təyin etmə saatı dəyişdi...

    Banklarda məzənnə təyin etmə saatı dəyişdi... ...

    30-08-2016, 13:01

  • 
  • Manatla bağlı bədbin proqnoz

    Manatla bağlı bədbin proqnoz ...

    22-11-2017, 11:59

  • 
  • 1 dollar = 1.82 manat! Valyuta bazarı nəzarətdən çıxdı

    1 dollar = 1.82 manat! Valyuta bazarı nəzarətdən ...

    8-01-2016, 19:56

  • 
  • Dolların məzənnəsi aşağı düşür?

    Dolların məzənnəsi aşağı düşür? ...

    8-02-2017, 00:52

  • 
  • Azərbaycanda dollar qalxır?! - İqtisadçılar danışır

    Azərbaycanda dollar qalxır?! - İqtisadçılar ...

    17-12-2014, 11:26


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu