Banqladeşin müvəqqəti hökuməti 1975-ci ildə hərbi çevriliş zamanı öldürülən ölkənin ilk prezidenti Mucibur Rəhmanın təsviri olmayan yeni Banqladeş taka əskinaslarını çap etməyi planlaşdırı.
Gundemxeber.az xəbər verir ki, bu barədə "Daily Bangladesh" ölkənin Maliyyə Nazirliyindəki mənbələrə istinadən yazıb. Mucibur Rəhman avqustda etirazlar fonunda istefa verən və ölkəni tərk edən keçmiş baş nazir Şeyx Hasinanın atasıdır.
Nazirlik artıq Banqladeş Bankına əskinasların yeni dizaynını sifariş edib. Mucibur Rəhmanın şəkilləri ən azı dörd əskinasdan silinməlidir: 20, 100, 500 və 1000 taka. Yeni əskinasların dövriyyəyə buraxılması prosesi ən azı 1,5 il çəkəcək.
Mucibur Rəhmanın şəkili indi Banqladeşdə 2 takadan 1000 takaya qədər bütün əskinaslarda, bəzilərinin hər iki tərəfində təsvir edilib. Onun portreti sikkələrdə, Banqladeş paisalarında da var.
taka Rəhman Banqladeşin ilk prezidenti olub və 1975-ci ildə bir qrup narazı hərbi qulluqçu tərəfindən öldürülüb. Onun böyük qızı Şeyx Hasina 2009-cu ildən Banqladeş hökumətinə rəhbərlik edib. Bu ilin avqustunda tələbələrin o cümlədən yüksək işsizlikdən narazı olanların kütləvi etirazları fonunda istefa verib. Xanım Hasina ölkəni tərk edib və Banqladeşdə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun başçılığı ilə müvəqqəti hökumət yaradılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?