Banqladeş polisi paytaxt Dəkkədə baş verən etirazları dağıtmağa çalışır. Bu etirazlar keçmiş baş nazirin korrupsiya ittihamları ilə beş il müddətinə azadlıqdan məhrum olunmasına cavab olaraq təşkil olunub.
Xalid Zianın minlərlə tərəfdarı cümə axşamı onunla bağlı hökm oxunandan sonra məhkəmə önündə etiraz edib. Daha sonra isə onlarla polis arasında qarşıdurma yaranıb.
Məhkəmə keçmiş baş naziri uşaq evi üçün nəzərdə tutulan fonddan 250 min dollar pul mənimsəməkdə günahkar tanıyıb. O isə ittihamı siyasi sifariş adlandırıb.
Banqladeş Millətçi Partyasının lideri Zianın dekabr ayına planlaşdırılan seçkidə iştirak etməsinin qarşısını ala biləcək qərarla bağlı apleyasiya şikayəti verəcəyi gözlənilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?