İŞİD terror təşkilatının yeni lideri onun ideoloqlarından biri olan Əmir Məhəmməd Səid Əbdül Rəhman əl-Maul seçilib.
Gundemxeber.Az bildirir ki, bu məlumatı “Qardian” yayıb. Qəzet Əmir Əbdül Rəhmanın İŞİD-in keçmiş lideri Əbubəkr Bağdadinin yaxınlarından biri olduğunu yazıb. Onun əslən İraqdan olduğu vurğulanıb.
ABŞ bu şəxsin yaxalanmasıyla bağlı verilən informasiyaya görə 5 milyon dollar mükafat təyin edib.
“Qardian” Bağdadi ilə Rəhmanın 2004-cü ildə ABŞ-ın İraqdakı Kemp-Bukka həbs düşərgəsində tanış olduğunu bildirib. Əmir Əbdül Rəhmanın qruplaşmanın təsisçilərindən biri olduğu və onun ideologiyasının yaranmasında yaxından iştirak etdiyi vurğulanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?