Gundemxeber.az » İqtisadiyyat » Qazaxıstan neftinin Rusiya üzərindən daşınması azalacaq
Fevralın 17-də Ukraynanın dron zərbəsi ilə Rusiya ərazisində sıradan çıxarılan Kropotkinskaya neft nasos stansiyasının təmiri iki aya yaxın vaxt tələb edəcək.
GUNDEMXEBER.AZ xəbər verir ki, məlumatı Xəzər Boru Kəməri Konsorsiumu açıqlayıb.
Bildirilir ki, hazırda Qazaxıstan nefti sıradan çıxarılmış stansiyadan kənar keçilməklə qəza halı üçün nəzərdə tutulan mexanizmlə ixrac olunur:
"Neftin Tengiz-Novorossiysk boru kəməri sistemi ilə nəqli dayandırılmış neft nasos stansiyasından yan keçməklə həyata keçirilir. Dəniz terminalında ixrac üçün xammalın daşınması adi rejimdə davam edir".
Müəssisədən əlavə ediblər ki, hazırda neftin vurulması üçün yenilənmiş texniki imkanlara uyğun olaraq yükgöndərənlərdən qəbul aparılır.
Qeyd edək ki, Kropotkinskaya neft nasos stansiyası Rusiyanın ən böyük neft nəqletmə stansiyalarından biridir. Onunla 2024-cü ildə 63 milyon tondan çox neft vurulub ki, bunun da təxminən 90 faizi Qazaxıstan nefti olub.
Konsorsiumun məlumatına görə, stansiyanın təmiri müddətində Qazaxıstandan neftin nəqli 30 faiz azala bilər. Bu, təxminən 18 milyon ton neft deməkdir.
Qazaxıstan tərəfi bu həcmin alternativ yollarla daşınmasını təmin etməyə çalışacaq. Belə alternativlərdən biri neftin Aktaudan tankerlərlə Rusiyanın Xəzər sahilindəki Mahaçkala terminalına, oradan daxili kəmərlərlə Qara dəniz limanlarına daşınmasıdır.
Başqa bir alternativ Aktaudan neftin Bakıya, oradan isə boru kəmərləri ilə dünya bazarına çatdırılmasıdır. İndiyədək Qazaxıstanın Kaşaqan yatağından neftin bu marşrutla daşınması həyata keçirilib, bu ilin yanvarından isə Tengiz yatağının neftinin də daşınmasına başlanılıb. Azərbaycanın tranzit neft daşıma gücü ildə 30 milyon tondan yuxarıdır.
GUNDEMXEBER.AZ
18-12-2018, 11:25
18-11-2013, 12:57
4-07-2019, 13:23
10-01-2014, 12:11
9-01-2013, 11:55
Sorğu
Yeni dizaynımız necədir?