GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Avtovağzalda süni qiymət artımı başladı

Avtovağzalda süni qiymət artımı başladı

Tarix: 30-12-2013, 11:34 Bölmə :İqtisadiyyat Baxış: 1 492
 Avtovağzalda süni qiymət artımı başladı
Kassaların önündə uzun növbələr yaranıb; kəmfürsət sürücülər isə qaz-vurub qazan doldurmağa çalışırlar...
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin sıxlığı yaşanır. Bayramı rayonda keçirmək üçün buraya üz tutanlar süni qiymət artımından şikayətlənirlər.
Ümumiyyətlə, sərnişindaşımada hər bayram qabağı biletlərin qiymətlərinin artırılması artıq ənənə halını alıb. Mövcud vəziyyətlə daha yaxından tanış olmaq üçün həmin məkana - avtovağzala yollandıq. Kassaların qarşısında uzun növbələr var idi. Hər kəs qabağa düşüb bilet almağa tələsirdi. Kassaların şüşəsində rayonlara olan biletlərin qiymətləri yazılmışdı. Ancaq kassirlərin dediyi qiymət, yazılan qiymətdən xeyli yuxarı idi.
Məsələn, pəncərəyə yapışdırılan qiymət tablosunda Şəkiyə biletin qiyməti 5 manat 60 qəpik qeyd olunmuşdu. Kassir isə bileti 6 manat 20 qəpikdən satırdı. Bu vəziyyətlə barışıb biletini alıb sakitcə kənara çəkilən sərnişin də vardı, buna etiraz edən də.
Gəncəyə getmək üçün bilet aldığını deyən Vahid Ağayev biletin bahalaşmasından şikayətlənənlər sırasında idi: “Dekabrın 31-ə bir təhər bilet tapdım. Yeni ili Gəncədə ailəmlə birgə keçirmək istəyirəm. Bileti baha satdılar. Amma nə edim, almalıyam. Öyrəşmişik hər bayram qabağı qiyməti ceyran belinə qaldırmalarına”.

Qazaxa getmək istəyən Səkinə xala isə satışda bilet olmadığını deyirdi: “Deyirlər biletlərin hamısını satmışıq. Kassir deyir ki, biletləri 10 gün qabaqdan almağa başlayıblar. Guya bayram qabağı əlavə avtobuslar verəcəklər. Əgər əlavə avtobuslar gedəcəksə, onların biletini niyə satmırlar?”

Bir tələbə qız ilə kassirin mübahisə etdiyinin də şahidi olduq. Tələbə biletin qiymətinin əvvəl 6 manat olduğunu və üstündə də 6 manatdan artıq pul olmadığını bildirdi. Kassir isə kobud tərzdə “ay xanım, biletin qiyməti qalxıb, pulunuz yoxdur getməyin” deyirdi.
Buradan ayrılıb avtobusların yola düşdüyü 3-cü mərtəbəyə qalxırıq. İlk öncə tərpənməkdə olan Şəki avtobusuna yaxınlaşırıq. Avtobusun qarşısı bilet ala bilməyən sərnişinlərlə dolu idi. Onlar sürücüyə artıq pul təklif edərək onlara yer verməsini istəyirdilər. Hətta sərnişinlər arasında artıq pul verməyə də razı olanlar var idi. Sürücü isə israrla yeri olmadığını bildirirdi. O, avtobusun salonunu da sərnişinlərlə doldurmuşdu. Sürücü iki oturacaqların ortasına kiçik stullar düzərək sərnişinlərə həmin yerləri satırdı.
Burada yer tapa bilməyən sərnişinlər kiçik “Ford” avtobuslarının dayandığı tərəfə üz tuturdu. Ancaq Yeni ilin gəlməsinə 3-4 gün qalmasına baxmayaraq burada sərnişinlə dolu idi. Avtobus gəlib saxlayan kimi sərnişinlər bir-birini itələyərək avtobusa minməyə çalışırdılar. Bu avtobusları qarşılayıb yola salan dispetçer isə sərnişinlərə bayramla əlaqədar yenə avtobuslar veriləcəyini deyirdi. Bu avtobuslarda da qiymət 6-7 manat arasında dəyişirdi.

Qəbələ avtobusunda isə sərnişinlər həmişə qiymətlərin bayrama 1 gün qalmış artırdıqlarını dedilər. Onlar 6 manata getdiklərini, ancaq həmişə bayrama iki gün qalmış biletin qiymətinin 6 manatdan 7-8 manata qalxmasından narazılıq edirdilər.
Bayramın gəlişindən istifadə edən taksi sürücüləri də sərnişin çoxluğundan istifadə edib qiymətləri qaldırmışdılar. Belə ki, əvvəl “20 yanvar” metrosu yaxınlığından Lənkərana taksi 10 manata gedirdisə , indi bu qiymət 15-20 manat olub. Şəkiyə isə əvvəl 15 manata gedən taksi indi 20 manata gedir. Sürücülərdən qiymətləri niyə artırdıqlarını soruşduqda onlar “ayda-ildə bir dəfə bayram olur, imkan verin bir az da biz pul qazanaq” şəklində cavab verirdilər. Görünür, bayramın gəlişindən ən çox qazanan elə sürücülər olacaq.
Əlavə edək ki, Yeni il bayramı ilə əlaqədar Bakı Avtovağzalı dekabrın 28-dən yanvarın 6-dək gücləndirilmiş iş rejimində çalışacaq. Əhalinin tələbatını ödəmək üçün yeni marşrutlar buraxılacaq və avtobusların sayı artırılacaq. Adi günlərdə xətdə 300-350 avtobus olduğu halda, bayram günlərində onların sayı 650-700-ə çatdırılacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rayonlara işləyən avtobuslarda gediş haqqı bahalaşıb

    Rayonlara işləyən avtobuslarda gediş haqqı ...

    2-02-2014, 18:39

  • 
  • Bakı-Sumqayıt marşurutunda qiymət 2 dəfə qalxdı: 1 manat!

    Bakı-Sumqayıt marşurutunda qiymət 2 dəfə qalxdı: ...

    5-12-2014, 17:43

  • 
  • Nazir süni qiymət artımı ilə bağlı tapşırıq verdi

    Nazir süni qiymət artımı ilə bağlı tapşırıq verdi ...

    7-01-2014, 18:22

  • 
  • Gediş haqlarında qəfil bahalaşma

    Gediş haqlarında qəfil bahalaşma ...

    4-01-2014, 13:40

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu