Sürücülər sərnişinlərin suallarını cavablandırarkən biletlərin qiymətlərinin artımının tələbatın artımı ilə əlaqələndiriblər Avtovağzaldan rayonlara işləyən avtobuslarda qiymət artımı müşahidə olunur. Bundan narazı qalan sərnişinlər ANS PRESS-ə bildiriblər ki, 6 manata olan biletlərin qiyməti 10 -15 manata qalxıb.
Sərnişinlərin sözlərinə görə, Bakı-Gəncə marşrutu ilə işləyən avtobuslarda gediş haqqı artırılıb. qiymət artımının süni şəkildə edildiyini deyən sərnişinlərin sözlərinə görə, avtovağzalın kassalarında satılan biletlərin qiymətində də artımlar müşahidə olunur: "Biletlər qabaq sıralar üçün 15 manata, arxa sıralar isa 10 manata satılır".
Avtovağzalın məlumat burosundan isə qiymət artımı ilə bağlı deyilənlər təkzib edildi. Xidmətin xanım əməkdaşı ANS PRESS-ə bildirdi ki, qiymət artımı ilə bağlı rəhbərlikdən onlara hər hansı bir göstəriş verilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?