GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » 45 milyard dollara cəmi 10 milyard kubmetr qaz?!

45 milyard dollara cəmi 10 milyard kubmetr qaz?!

Tarix: 3-01-2014, 00:21 Bölmə :İqtisadiyyat Baxış: 707
45 milyard dollara cəmi 10 milyard kubmetr qaz?!
“The Financial Times” Azərbaycan qazını Avropadakı perspektivlərindən yazdı

“The Financial Times” qəzeti Azərbaycan qazının Avropaya nəqli layihəsindən yazıb.

Virtualaz.org saytının xəbərinə görə, qəzetin məqaləsində deyilir ki, Avropa İtttifaqı az qala 10 il ərzində ambisiyalı və hətta absurd plan - Xəzər dənizinin qazını minlərlə kilometr məsafəyə nəql edib Avropanın mərkəzinə çatdırmaq planı üzərində işlədi. Çünki Avropa Rusiyadan güclü qaz asılılığını azaltmağa çalışırdı.

“Plan nəhayət ki, ötən ay, dekabrda işə düşsə də onun perspektivləri hələ də tam aydın deyil” - deyə məqalədə bildirilir.

Qəzet yazır ki, Bakıda imzalanmış razılaşma BP-nin rəhbərlik etdiyi konsorsiumun 28 milyard dollarlıq “Şahdəniz-2” layihəsini başlatmasına imkan yaradıb. Bu yataqdan çıxarılan qaz iki böyük boru kəməri ilə nəql olunacaq. Onlardan biri TANAP adlanır və bütün Türkiyə boyu uzanacaq. Digəri isə TAP adlanır və Yunanıstandan keçərək İtaliyaya daxil olacaq. Bütün bunlar - qazın hasil edilməsi və onu nəql edəcək kəmərlərin çəkilməsi 45 milyard dollara başa gələcək.

Bununla belə Avropa İttifaqına bu kəmərlərlə daxil olacaq qazın həcmi ildə cəmi 10 milyard kubmetr təşkil edəcək. Hansı ki, bu, Avropanın qaza olan 500 milyard kubmetrlik tələbatının cəmi 2 faizini təşkil edir. Rusiyanın “Qazprom” şirkəti Avropaya bundan 15 dəfə çox qaz satır.

“Təəccüblü deyil ki, “Qazprom”un menecerləri şəxsi söhbətlərdə Azərbaycan qazının Avropda “təxminən barbekyu bişirməyə bəs edəcəyini” deyirlər” - deyə məqalədə bildrilir.



“The Financial Times” yazır ki, layihənin tərəfdarları qaz həcminin gələcəkdə arta biləcəyini deyirlər.

“Bu, həm qaz mənbələrinin, həm marşrutların diversifikasiyası üçün böyük məşqdir” - deyə Avropa Yenidənqurma və İnkişaf Bankının energetika və təbii sərvətlər layihələri üzrə meneceri Rikkardo Puliti bildirir. Bank bu günlərdə “Şahdəniz” konsorsiumunun iştirakçısı olan “LUKoil” şirkətinə 200 milyon dollar kreditin ayrılması məsələsinə baxmalıdır.

Cənab Puliti üçün məsələ Azərbaycan qazının daxil olacağı İtaliya və digər potensial bazarlara diqqəti cəlb etməkdir. Bu vaxta qədər Avropa sovet dövründə çəkilmiş nəhəng boru kəmərləri sisteminin hökmranlığı altında idi. Şərqdən Qərbə uzanan bu kəmərlərlə Sibirin zəngin yataqlarından qaz şərqi Almaniyaya və Varşava blokunun üzvü olan digər ölkələrə nəql edilirdi.

“İndi TANAP və TAP kəmərlərindən ibarət Cənub enerji dəhlizi yeni nəql marşrutları əmələ gətirməklə bu sxemi pozur. Bu, hazırda Rusiya qazından asılı olan ölkələr üçün böyük üstünlükdür” - deyə Puliti bildirir.

Məsələn, uzunmüddətli müqavilə çərivəsində Bolqarıstan Azərbaycandan hər il 1 milyard kubmetr qaz alacaq. Gələcəkdə Adriqatik dənizinin sahili boyu İtaliyadan Albaniyaya çəkiləcək kəmər sayəsində qaz Çernoqoriya və Bosniyadan keçməklə Xorvatiyaya daxil olacaq. Bu, hələ də qaz şəbəkəsinə heç bir çıxışı olan Çernoqoriya üçün xüsusən faydalı olacaq.

Cənub dəhlizinin digər əhəmiyyəti budur ki, gələcəkdə bu dəhlizlə digər mənbələrdən də qaz Avropaya daxil ola bilər. “Eurasia Group”dan analitik Lesli Palti-Qusman deyir ki, Türkmənistan, Kipr, hətta İraqın şimalından qazın bu marşrutla nəqli mümkündür.

Doğrudan da “Şahdəniz”in ikinci mərhələsinə dair müzakirələr gedəndə mənzərə ciddi ölçüdə dəyişib. Aralıq dənizinin şərq hissəsində və İraq Kürdüstanında böyük qaz yataqları aşkar olunub. İsrail sahillərində aşkar olunmuş qaz asanlıqla TANAP-a vurula bilər. Eyni zamanda Azərbaycanın özündə “Abşeron” kimi iri qaz yatağı aşkar olunub. Baxmayaraq ki, bu yataqdan qaz hasilatı üçün illərlə vaxt lazımdır.

Cənub dəhlizinin digər müsbət aspekti odur ki, BP və onun tərəfdaşları Avropa alıcıları ilə “Qazprom”dan ciddi fərqlənən alqı-satqı müqaviləsi bağlayıblar. Rusiya şirkəti ənənəvi olaraq müştəriləri üçün qazın qiymətini neftə indeksləşdirməklə müəyyən edir. Baxmayaraq ki, “Şahdəniz”ə dair alqı-satqı müqavilələrinin bir çoxu da neftlə bağlıdır, bununla belə müqavilələrin bir çoxu Avropa qaz bazarındakı qiymətlərə uyğunlaşdırılıb.

Hazırda “Qazprom” Avropada satdığı qazın qiymətini neftə indeksləşdirməyinə görə təzyiqlər qarşısındadır və şirkət xüsusən Qərbi Avropa ölkələrində bu praktikanı aradan qaldırmaq tələbləri ilə üzləşir.

“The Financial Times” yazır ki, “Şahdəniz”ə dair Bakıda müqavilə imzalanması mərasimi nə qədər dəbdəbəli olsa da qeyri-müəyyənlik də qalır. Bəzi ekspertlər hətta sual edir: ümumiyyətlə Avropaya Azərbaycan qazı lazımdırmı?



Qitədə qaza olan tələbat xüsusən iqtisadi geriləmə üzündən kəskin azalır, digər tərəfdən ABŞ-da şist qazı hasilatında yaşanan bumla əlaqədar hasil olunan ucuz daş kömür Avropa üçün ucuz enerji mənbəyinə çevrilir.

Bununla belə əksər proqnozlara görə, Avropanın qaza olan tələbatı növbəti onillikdə yenidən artacaq. Ola bilsin ki, tələbat “Şahdəniz-2”dən ilk qaz hasil olmazdan daha əvvəl artsın. Avropa İttifaqında daş kömürə olan yüksək vergi məcbur edəcək ki, elektrik stansiyaları da qaza keçsin. Avropa Yenidənqurma və İnkişaf Bankının meneceri cənab Pulitinin sözlərinə görə, bu zaman Azərbaycan qazının Avropa üçün əhəmiyyəti böyük olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan 7 milyard dollar axtarır

    Azərbaycan 7 milyard dollar axtarır ...

    11-05-2016, 18:28

  • 
  • Boru yarışı və böyük savaş başladı

    Boru yarışı və böyük savaş başladı ...

    8-05-2013, 14:58

  • 
  • Avropa Azərbaycan qazından asılıdırmı?

    Avropa Azərbaycan qazından asılıdırmı? ...

    6-05-2014, 09:22

  • 
  • Azərbaycana 1.5 milyard dollar borcun verilməsi niyə təxirə salındı?

    Azərbaycana 1.5 milyard dollar borcun verilməsi ...

    8-06-2016, 12:37

  • 
  • TANAP kəməri ətrafında müəmma

    TANAP kəməri ətrafında müəmma ...

    8-12-2013, 23:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu