GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Kartofun bahalanmasına səbəb inhisarçılıqdır

Kartofun bahalanmasına səbəb inhisarçılıqdır

Tarix: 15-01-2014, 15:22 Bölmə :İqtisadiyyat Baxış: 789
 Kartofun bahalanmasına səbəb inhisarçılıqdır
3 dekabr 2013-cü ildə Tarif Şurası yanacağın qiymətini qaldırandan bun yana kənd təsərrüfatı məhsulları da daxil ərzağın bütün növləri bahalanıb. Ekspertlərin fikrincə, üçdə bir bahalanma təsadüfi deyil – solyar yağı da bu qədər – 45-dən 60 qəpiyə bahalanıb. Belə ki, baş soğan 8-ci km bazarında 60 yox, 80 qəpikdir ($ 1,1), kök 70 qəpik yox, 1 manat ($ 1,3), kələm 40 yox, 60 qəpikdir ($ 0,75). Göyərtinin qiyməti sabit qalsa da, dəstələr üçdə bir “arıqlayıb”.

Hər gün kənd təsərrüfatı biznesi ilə məşğul olanlar hesab edir ki, tarif artımı idxal inhisarçıları üçün bəhanə olub. Bununla bağlı Turan-ın müxbiri yerli və alınma kartofun inflyasiya zəncirini Gədəbəydən Bakıya kimi izləyib və müəyyən edib ki, kartofun bahalanması yanacağın tarifi ilə yox, nəzarət edilməyən inhisarla bağlıdır. 10-12 yanvar 2014-cü il üçün Gədəbəyin mərkəzindən 8 km bazarına kimi yerli sort kartof (Gədəbəy, Şəmkir, Daşkəsən və Tovuz) 1 – 1,2 manata, bir sıra Bakı bazarlarında 1,5 – 1,8 manatadır. İdxal edilən kartof 67-80 qəpikdir.

Gəncədən olan sürücü Bəxtiyar Bayramovun sözlərinə görə, istixana bitkilərinin bir hissəsi istisna, bütün mallar regionlardan gətirilir. Əgər yeni tariflərə qədər «KamAZ»ı ilə 100 km məsafə qət etmək üçün 40 litr solyar yağına 18 manat verirdisə, indi 24 manat (yüksüz “KamAZ” 5410 25 litr işlədir) xərcləyir. Sürücülər bir qayda olaraq sifarişçidən iki başa pul alır. Onlar 10 yox, 15 ton məhsul götürür. Amma bahalanma tez xarab olan mallara aiddir – kələm, pomidor, xiyar və s. Rayonlardan son kartof oktyabrın ortalarında gətirilib – sahədə onu 50 qəpiyə, həyətdə 60 qəpiyə satıblar, - baha satmaq olmaz.

Belə çıxır ki, sürücü Gədəbəydən Bakıya 450 km yolu 216 manata gəlir, - yəni yol xərci 1 kq məhsul üçün 10 ton yükdə 0,46 qəpik edir. Göründüyü kimi, katrofun qiymətinə yanacağın bahalanmasının təsirindən danışmaq absurddur.

Gədəbəyin 8 km-də Arx Dam kəndinin adının çəkilməsini istəməyən sakini (qorxur ki, torpaq sahəsini əlindən alarlar) deyir ki, onun kimi kiçik fermerlər tərəvəz anbarlarında yer icarəyə götürə bilmir, bu isə məhsulun iri ticarətçilərə satılması ilə nəticələnir. İnhisarçılar yerli məhsulu alıb yenidən satmaq üçün vahid qiymət qoyurlar, bəzən “kənar şəxslərin” həyətyanı sahələrdən, sahələrdən məhsul yığmasını qadağan edirlər, - deyə o şikayətlənir. Hər şey nəzarətdə olmalıdır, - ötən il bir çox xırda fermerlər kartof süni şəkildə 5 qəpik ucuzlaşdığı üçün “yanıblar”, nəticədə 2013-cü ildə istehsal azalıb.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, illik kartof istehlakı norması 129 kq-dır. Beynəlxalq Səhiyyə Təşkilatı bu normanın ildə 140 kq olduğunu bildirir. Azərbaycanda bu norma rəsmən (http://president-az.com/article/az/1047/21) - 73 kq-dır. Demək, rəsmi istehsal 972 min, idxal 76,6 min ton olduğu halda 688,4 min ton satılır. Yəni Azərbaycan hələ kartof ixrac edir. Amma kimə? Axı qonşularda alış qıyməti burdakından ucuzdur.

Pərakəndə satıcılar topdansatış qiymətinin artma səbəbini bilmir. Bakıxanov qəsəbəsindən satıcı Abbas Abbasov hesab edir ki, onların işi topdan mal alıb əhaliyə satmaqdır. “Meyvəli” bazarının topdan satıcıları problemi anlayışla qarşılayırlar. Onlar Rusiya, Belarus, Gürcüstan, Türkiyə və Pakistandan mal tədarükünün arxasında duranları adbaad bilirlər. Əvvəllər birincilik İran kartofunun imiş (gömrüyə çatdırılmaqla 10-15 qəpik), indi İrandakı böhran və iritonnajlı daşımalara qadağa ilə bağlı seyrəlib, deyə onlar bildirir. Bu bazarda Rusiya, Gürcüstan, Türkiyə malı 60-70 qəpik və ya $ 0,75-0,9-dır. Rusiya saytları (http://www.agroru.com/spros/kartofel-opt/ct-67453-p0.htm) Azərbaycan biznesmenlərinin sorğuları ilə doludur в (1-ci sort süfrə kartofunun 1 kq-ı müşayiət sənədləri ilə birgə 15 rubl və ya $0,45). Rəsmən onlar süfrə və universal sortlarla ticarət edir, amma əsasən yem sortları gətirirlər. Tanınmış topdan satış satıcısının fikrincə, bu gəlir mənbəyi tükənməzdir, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsi nümayəndələrinin yerli məhsulların təkrar istehsalı ilə bağlı bəyanatlarına baxmayaraq, idxal təxminən yerli ehtiyatlara uyğundur. Belə ki, ötən ilin 23 iyulunda hələ məhsulun çoxu torpaqda olanda nazirlik 400 min ton tələbata qarşı 1 mln ton kartof yetişdirildiyini bildirdi (adambaşına 105 kq). İlin sonunda statistika yerli məhsulun 992,7 min ton, hektardan məhsuldarlığın 15,26 ton olduğunu bildirdi. Maraqlıdır ki, Dövlətstatkom kartof yetişdirənlərin keyfiyyət göstəricilərini artırır –2012-ci ildə 65,8 min ha-dan 968 min ton, 2013-cü ildə 65,3 min ha-dan 992,7 min ton məhsul yığılıb.

Gerçəkdən belədirsə, bu qədər idxal nəyə görədir? Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, idxal malının təzyiqi ciddi ekspertizanın olmaması ilə bağlıdır. Azərbaycana yem və texniki sortlar gətirirlər, amma spirt yox, müxtəlif sıxılmış məmulatlar üçün. Bu malın çox ucuz olması və böyük mənfəət güclü axın yaradır.

Gömrük Komitəsinin məlumatına görə, ötən il 76,6 min ton kartof idxal edilib. «Meyvəli» topdansatışçıları deyir ki bu rəqəm azaldılıb, bir rübdə Bakıda bu qədər satılır. Axı əhalinin ucuz mal aldığı yarım milyonluq Gəncə, əhalisi sıx olan Lənkəran regionu və başqa ərazilər var.

Yerli kartofa gəlincə, Vahid Məhərrəmov bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi və Dövlətstatkomun məhsuldarlıq rəqəmləri əsaslandırılmayıb. Çünki 2013-cü ildə Şəmkir, Tovuz və Gədəbəydə kartof güvəsi istehsalçılara ciddi ziyan vurub.

Biz İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə [email protected] ünvanına müraciət etdik və (+99412) 498 15 01 və 498 15 04 telefonlarla zəng etdik. Birinci telefon daim məşğuldur, ikincidə dedilər ki, mətbuat xidmətinin əməkdaşı analıq məzuniyyətindədir. Şöbə müdiri Şahin Nağıyev məlumat verdi ki, bu sorğulara (+99412) 493 88 67 telefonla mətbuat xidməti cavab verir.

Orda da aydın cavab verilmədiyi üçün, agentlik nazirliyə Bakı, Üzeyir Hacıbəyli küçəsi, 40 və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə Bakı, AZ1011, Zərdabi pr., 88А ünvanına müraciət etdi. İnanırıq ki, bu informasiya adıçəkilən qurumlara inhisarçılıq təzahürləri barədə rəsmi bildiriş olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran Astarası gömrüyündən kartof qadağası

    İran Astarası gömrüyündən kartof qadağası ...

    17-02-2014, 17:22

  • 
  • Bölgələrdə Yeni il öncəsi “qış möcüzəsi” (FOTO)

    Bölgələrdə Yeni il öncəsi “qış möcüzəsi” (FOTO) ...

    25-12-2013, 15:28

  • 
  • Yanvar ayından yanacağ yenidən bahalaşacağ

    Yanvar ayından yanacağ yenidən bahalaşacağ ...

    20-12-2013, 11:10

  • 
  • "Bazarlarda real qiymət artımı martda baş verəcək" (VİDEO)

    "Bazarlarda real qiymət artımı martda baş ...

    23-12-2013, 01:09

  • 
  • Maaşlar artmamış qiymətlər qalxdı

    Maaşlar artmamış qiymətlər qalxdı ...

    23-08-2013, 18:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu