İranın Astara gömrüyündən Azərbaycana kartofun buraxılmadığı bildirilir. azadliq.org-a istinadən xəbərə görə , sərhədyanı ticarətlə məşğul olanların dediklərinə görə, İranın özündə də kartof günü-gündən bahalaşır. Məsələn, ötən il İran Astarasında kartofun bir kiloqramı 10 qəpiyə olub, indi isə 60 qəpiyədir.
İran gömrüyündən Azərbaycan vətəndaşlarına kartofun buraxılmayacağı ilə bağlı xəbərdarlıq edildiyi də bildirilir.
Ancaq iqtisadçı Vidadi Mirzəyev deyir ki, belə qadağalar İranda kartof qıtlığı ilə bağlı deyil. Onun sözlərinə görə, İran Azərbaycanda kartofa ehtiyac olduğunu bilir. Ona görə belə addım atırlar.
Yada salaq ki, Azərbaycanın Astara rayonunun bazarında kartofun 1 kiloqramının qiyməti indi 80 qəpikdən 1 manata qədər dəyişir. Paytaxt Bakı bazarlarında isə kartofun 1 kiloqramı 1 manat 20qəpik, hətta 1 manat 50 qəpiyə qədər bahalaşıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?