Gundemxeber.az » İqtisadiyyat » Səhifə 128
Azərbaycanda problemli kreditlərlə bağlı hər bir bank üzrə tədbirlər planı hazırlanacaq.
Mərkəzi Bankın sədri Elman Rüstəmovun manatın 2017-ci ildə tam üzən məzənnəyə keçməsi ilə bağlı bəyanatı iqtisadçılar arasında birmənalı qarşılanmayıb.
Əgər Azərbaycan gündəlik neft hasilatını 35 min barrel azaltsa, bu, o deməkdir ki, cari qiymət səviyyəsində ölkəmiz gündə 1,925 milyon dollar, ayda isə 57,5 milyon dollar ixrac gəlirlərindən məhrum ola bilər, deyə məşhur iqtisadçı Qubad İbadoğlu hesab edir.
2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən illə müqayisədə 12,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən bildiriblər ki, 1 ildə ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz artıb.
Yeni İl və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Azərbaycanda dalbadal 7 gün – dekabrın 31-dən yanvarın 6-dək qeyri-iş günü elan edilib. Bu barədə Nazirlər Kabinetinin müvafiq məlumatında bildirilir.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarına dəyişiklik edib.
Biz bu ilin əvvəlindən artıq üzən məzənnə rejimində çalışırıq. Bunu təsdiq edən fakt odur ki, artıq Mərkəzi Bank fevral ayından bazarda öz valyutasını satmır.
OPEC-ə üzv olmayan ölkələrin neft hasilatını azaltmasına dair dəqiq məlumatlar açıqlanıb. Kartelin şənbə günü Avstriyanın paytaxtı Vyanada müstəqil neft istehsalçıları ilə neft hasilatına dair əldə etdiyi razılığa əsasən, Malayziya onun səviyyəsini sutkada 20 min, Ekvatorial Qvineya 12 min, Bəhreyn isə 10 min barel azaldacaq.
Son zamanlar Azərbaycanda dollar qıtlığı yaranıb. Və artıq «qara bazarda» dollar alverçiləri kifayət qədər aktivləşiblər. Mövzu kifayət qədər aktualdır və bir sıra instansiyalar, ölkədə yaradılmış bu vəziyyətlə bağlı olaraq mühakirələr başlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?