Qazax sakini Hacı İbrahim Nehrəmlidən şikayətçidir
Redaksiyamıza Qazax rayonundan müraciət yollayan sakin fevralın 1-də intihar edəcəyini yazır. Sakin bu etirazına görə günahkar olaraq konkret adlar da çəkir. Şikayətçinin yazdıqlarını olduğu kimi təqdim edirik: - Mən Məmmədov Elşad Tofiq oğlu, Qazax rayon sakiniyəm, Aşağı Əskipara kəndində qeydiyatdayam. Ailəliyəm üç körpə övladım var, böyük qardaşım Qarabağ qazisidir. Mənim indiyə qədər minə yaxın şikayətim nəticəsiz qalıb. Əlim hər yerdən üzülüb. Prokurorluq, məhkəmələr hamısı sifariş yerinə yetirir. Bu əmrləri Hacı İbrahim Nehrəmli verir. Hansı ki , mənim əlimdə qanuni sənədlərim var. 2012-ci ilin fevral ayının 1-də "Avesta" konserninin rəhbəri Hacı İbrahim Nehrəmliyə məxsus olan "Həsən-96" MTK-nın sədri Emil Tağıyevdən (Hacı İbrahimin bacanağı) Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması barədə inşaatçı şirkətlə müqavilə bağlayaraq alıb. Mənim qanuni sənədlərimi ( maliyyə arayışını və kassa mədaxil qəbzini ) Hacı İbrahimin mühafizəçisi ölümlə hədələyərək bandotdellə tutduracağını bildirdi. Həmin gündən sonra ailəmin və üç körpə övladımın təhlükəsizliyini təmin etmək üçün Qazax rayonuna köçdüm və kirayələrdə qalmışam. Bu günə qədər minə yaxın şikayət məktublarımın heç bir faydası yoxdur. Milyarder, ilin iş adamı, Nehrəmli, özü bir milyonluq «Rols-Roys»da gəzən, yeddi milyona özünə yaxta alan, qardaşı oğlu Türküyədə üç milyona restoran açan, bir qardaşı Diasporanın sədri olan Nazim İbrahimov, Hacı İbrahim Nehrəmlinin sözündən hansı məhkəmənin qüdrəti və çürəti çatar ki, onun bir sözünü iki edər. Mənim 2014-cü il fevral ayının birində saat 16:00-da Prezident aparatının qarşısında intihar edəcəyimin səbəbkarları Baş Prokuror, Korrupsiya İdarəsindən Nazir Quliyev, 16-cı Polis bölməsinin tədqiqatçısı Tərlan Muradov və sifariş yerinə yetirən məhkəmələrdir. Bu hakimlərə bildirirəm ki, Hacı İbrahim Nehrəmli də sonunda Səttar Mehbalıyev kimi deyəcək ki, mənim nə günahım var, məhkəmələr qərar çıxarıb. Axı mənim əlimdə qanuni sənədlər var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?