GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Sabiq məmurlar indi nə işlə məşğul olur?

Sabiq məmurlar indi nə işlə məşğul olur?

Tarix: 31-01-2014, 13:12 Bölmə :Manşet Baxış: 1 606
Sabiq məmurlar indi nə işlə məşğul olur?

Füzuli Ələkbərov, Heydər Babayev, Əlixan Məlikov, Nizaməddin Rzayev və Əvəz Ələkbərovun vəzifədən sonrakı həyatları
Onların bir neçəsi biznes sahəsində fəaliyyət göstərir

Prezidentin imzaladığı sərəncamlarla bu günə qədər onlarla məmur işsiz qalıb. Sözsüz ki, işdən azad edilən keçmiş vəzifə sahiblərinin yetərli hissəsinin maliyyə imkanları yüksək səviyyədədir. Yəni dolanışıqları pis deyil, əksinə çox yaxşıdır. Onlar vəzifədə olduqları vaxtlarda gələcəkləri üçün belə desək «gün ağlayırlar». Vəzifənin verdiyi imkanlardan istifadə edərək müxtəlif ticarət obyektləri tikdirən məmurların sayı kifayət qədərdir. Yüksək postlarda çalışan şəxslər işdən azad olunandan sonra heç də boş dayanmırlar. İlk öncə keçən ilin oktyabr ayında görəvdən alınan eks-əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdan başlayaq. Bizə verilən xəbərlərə görə, sabiq nazir hələlik heç bir işlə məşğul olmur və vaxtının çoxunu istirahət etməklə keçirir. Hətta nazir dincəlmək məqsədilə işdən azad olunandan dərhal sonra xaricə yollanıb. Keçmiş məmura yaxın mənbələrdən öyrəndiyimiz bilgilərə görə, Füzuli Ələkbərov yenidən «İmprotex Group»un başına keçmək niyyətindədir. Vurğulayaq ki, o, nazir postuna təyin olunana qədər məhz bu şirkətin rəhbəri olub. Nazir keçəndən sonra isə şirkətdəki bütün işlərini, o cümlədən biznesini həyat yoldaşı ilə oğluna həvalə edib. Bəzi mənbələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq rəhbərinin yaxın zamanlarda yenidən vəzifəyə gətiriləcəyini iddia edir. Bu bir tərəfdən inandırıcı, digər tərəfdən isə real görünmür. O səbəbə görə ki, indiyə qədər işdən çıxarılan yüksək rütbəli şəxslərə sonradan heç bir görəv həvalə olunmayıb. Sabiq məmurlardan biri də İqtisadi İnkişaf Nazirliyinin keçmiş rəhbəri Heydər Babayevdir. Vəzifədən kənarlaşdırıldıqdan sonra mətbuata heç bir açıqlama verməyən keçmiş nazirin hazırda Moskvada olduğu deyilir. Xatırladaq ki, Heydər Babayev rəhmətlik Heydər Əliyevin vaxtında vəzifəyə gətirilmişdi. O, 1997-ci ildən Rusiyadakı "Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi işləyib. 1999-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib. 2005-ci ildə isə iqtisadi inkişaf naziri postuna gətirilib. 2008-ci ildə isə tutduğu vəzifədən kənarlaşdırılıb.
O gündən sonra Bakıda az-az görünən Heydər Babayev daha çox Rusiyada yaşayır və bu ölkədəki biznesini idarə edir. «Azəriqaz» Qapalı Tipli Səhmdar Cəmiyyətinin (QTSC) keçmiş sədri Əlixan Məlikovdan da xəbər var. Əldə etdiyimiz məlumatlara görə, sabiq məmur heç yerdə işləmir və biznes obyektlərinin idarəçiliyi ilə məşğul olur. Məlumatlı şəxsin sözlərinə inansaq, Əlixan Məlikovun paytaxt ərazisində bir neçə şadlıq sarayı, super marketi və internet klubları var. 2009-cu ildə Əkbər Hacıyevlə əvəz edilən Məlikov bu yaxınlara kimi yeni vəzifə alacağı ümidi ilə yaşayıb. Amma buna baxmayaraq, ölkə rəhbərliyi ona yenidən etimad göstərməyib. Qeyd edək ki, Əlixan Məlikov qaz sızmasından baş verən aramsız partlayışların güdazına getmişdi. «Azərsu»nun keçmiş sədri Nizaməddin Rzayevlə bağlı əldə etdiyimiz bilgilərdə onun biznes fəaliyyəti ilə məşğul olduğu qeyd olunur. Verilən xəbərə əsasən, vaxtilə «Azərsu»ya rəhbərlik etmiş şəxsin ölkənin bir sıra rayonlarında fermer təsərrüfatı, həmçinin Bakıda yüzdən çox ticarət obyekti var. Nizaməddin Rzayev də «vurulan» bəzi məmurlar kimi müxtəlif şəxslərə yenidən hansısa quruma rəhbər qoyulması ilə bağlı xahiş edib. Lakin bu arzusu gerçəkləşməyib. Uzun müddət yüksək vəzifələrdə çalışan sabiq maliyyə naziri Əvəz Ələkbərov isə hazırda elmi fəaliyyətlə məşğul olur. Mediaya verdiyi açıqlamada keçmiş nazir iqtisad elmləri doktoru dissertasiyasını müdafiə etdiyini, iqtisadiyyatla bağlı iki kitabının işıq üzü gördüyünü deyib. O həm Bakıda, həm də İstanbulda yaşayır. Elmi araşdırmalarla yanaşı, özəl sektorda da fəaliyyət göstərir.
Növbəti saylarımızda vəzifədən azad olunan digər şəxslərin nə işlə məşğul olduğunu araşdıracağıq.
P.S. «Gündəlik Bakı»
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Füzuli Ələkbərov: “Biznesə qayıdıram”

    Füzuli Ələkbərov: “Biznesə qayıdıram” ...

    13-11-2013, 12:07

  • 
  • Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi

    Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi ...

    13-10-2013, 14:53

  • 
  • İşdən çıxarılan Füzuli Ələkbərov danışdı

    İşdən çıxarılan Füzuli Ələkbərov danışdı ...

    23-10-2013, 11:49

  • 
  • Səlim Müslümov daha bir məmuru işdən azad etdi

    Səlim Müslümov daha bir məmuru işdən azad etdi ...

    21-11-2013, 01:39

  • 
  • Füzuli Ələkbərovun daha bir iddiası

    Füzuli Ələkbərovun daha bir iddiası ...

    25-12-2012, 12:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu