Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki proseslər təhlil edilərkən vəziyyətin gərgin olaraq qaldığı görünür. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı jurnalistlərə deyib.
Nazirin sözlərinə görə, Azərbaycan hazırda konkret məsələlər üzərində gedən danışıqların davam etdirilməsinə tərəfdardır. Bu məsələlər bir sıra təkliflərlə Yerevana yola düşəcək ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirə olunub.
Nazir deyib: "Əgər biz Ermənistan tərəfinin konstruktiv reaksiyasını görsək, onda danışıqlar davam etdirilə bilər". Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Erməni Silahlı Qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozub. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfəyə yaxın pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib.
Tovuzun Əlibəyli kəndi istiqmətində isə erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib. Əlibəyli kəndinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?