GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Sevinc Babayevanin işi ilə bağli yeni sensasiya

Sevinc Babayevanin işi ilə bağli yeni sensasiya

Tarix: 4-01-2013, 15:11 Bölmə :Manşet Baxış: 1 029
Sevinc Babayevanin işi ilə bağli yeni sensasiya
“Gülər Əhmədova anama deyirdi ki, Ramiz Mehdiyevlə, kompozitorla danışmışam. Kompozitor deyəndə o, Kəmaləddin Heydərovu nəzərdə tuturdu”[i][/i]

Ayxan Məmmədov: “Mən bu işi belə qoymayacam. Nə Gülərdən qorxuram, nə də Ramiz Mehdiyevdən”

Fəaliyyəti dayandırılmış ABU-nun hazırda Fransada mühacirətdə yaşayan rektoru Elşad Abdullayevin yaydığı məlum videolarda iştirakçılardan biri, dekabrın 26-da İstanbulda müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov növbəti dəfə açıqlamalar verib. Bu dəfə o, “xeberle.com” portalına danışıb.
- Ayxan bəy, müsahibələrinizdə demisiniz ki, bu işin axırına çıxacaqsınız. Nəyi nəzərdə tuturusunuz?
- Onu nəzərdə tutmuşam ki, onsuz da Gülər Əhmədovaya heç nəyi sübut etmək olmur. Elşad Abdullayevin əlində olan faktlara, videolara rəğmən Gülər Əhmədovaya heç nəyi sübut etmək olmur. Anamın son səs yazısı, mənim əlimdə olan faktlar da var. Amma ona sübut etmək olmur. Gülər Əhmədova niyə indiyədək həbs olunmur? Niyə ona yalnız ev dustağı kimi müvəqqəti cəza kəsirlər? Bu qədər fakt olan yerdə onu sadəcə istintaqa verirlər. Əslində isə Gülər Əhmədova heç kimdir. Onun arxasında duranlar var. Niyə axı Gülər Əhmədova anamı ora göndərməyinə baxmayaraq bir dəfə də olsun, onunla maraqlanmayıb. Gülər Əhmədova bildirir ki, mən 100 000 verərək ev dustaqlığını aldım. Deyir ki, mənim heç bir pulum yoxdur. Mən hər yerə pul verirəm. Anamı ora göndərməyinə baxmayaraq, heç bir köməklik etməyib. Anam ölməmişdən qabaq onun əri Fikrət Əhmədov ora gedərək anama 650 manat pul verib. İndiyədək o həbs olunmayıb. Mən cavabların dəyişdiriləcəyini də gözləyirəm. Bunlardan hər şey gözləmək olar. Mən bu işin axırına gedəcəm. Bu işi belə qoymayacam.
- Siz bu açıqlamalarınızdan sonra həyatınıza hansısa təhlükə hiss edirsinizmi?
- Həyatıma təhlükə deyəndə ki..., mənim anamdan başqa heç kimim yox idi. Bir quru canımdır, istəyirlər, onu da alsınlar.
- Bəziləri deyir ki, sizi danışdıran hansısa bir qurum var. Məsələn, deyirlər, Milli Təhlükəsizlik Nazirliyi sizdən Ramiz Mehdiyevə qarşı istifadə edir. Bu məsələyə münasibətiniz necədir?
- Nə MTN?! Əsla! Sizə səmimi deyirəm ki, mənim heç bir qurumla əlaqəm yoxdur. Elşad Abdullayevlə də əlaqəm yoxdur. İndi oxuyuram ki, Gülər Əhmədova deyir, guya məni Elşad Abdullayev qorxudub onun əleyhinə müsahibələr verməyə təhrik edir. Amma bu belə deyil. Elşad Abdullayev mənə pul verib?! O, müsahibələrində deyib ki, Sevinc Babayevanın günahı yoxdur. O, pulu alıb aparıb verib Gülər Əhmədovaya ki, çatdırsın Ramiz Mehdiyevə. Pulu onlar yeyiblər. Mənim anam nə edib ki?! Mənim anam neçə ildir, Gülərlə düşmən olub ki, kişinin pulunu niyə yeyirsiniz. İşi alındıra bilmirsinizsə, kişinin pulunu qaytarın getsin.
- Ayxan bəy, ananızla sonuncu dəfə nə barədə danışmışdınız?
- Anam deyirdi ki, Gülərə tez-tez zəng vur, de ki, bura - Türkiyəyə məni necə göndərib, elə də geri qaytarsın. Dəfələrlə onunla danışmışdım. Hətta bir dəfə Gülər Əhmədovanın oğlu telefonu götürərək məni nalayiq söyüşlərlə təhqir etdi. Mən də dedim ki, sən qarışma bu işə.
- Gülər Əhmədova nə deyirdi bu işə?
- Onu bildirirdi ki, Ayxan bir az təmkinli olsa, hər şey yaxşı olacaq. Anama da həmin sözləri deyirdi: hər şey yaxşı olacaq, düzələcək. Sonuncu dəfə Türkiyədə olarkən, xalam da buna şahiddir, bu gün də istintaqda bu barədə ifadə vermişəm, Gülər Əhmədova deyirdi ki, 10-15 günə orda olarsan. Ramiz Mehdiyevlə danışmışam, kompozitorla danışmışam, hər şey yaxşı olacaq. Anamla “Skayp”la danışırdı: Sənə təzə iş verəcəklər. Kompozitor deyəndə Gülər Əhmədova nazir Kəmaləddin Heydərovu nəzərdə tuturdu. Deyirdi ki, Gömrükdə sənə təzə iş verəcəklər. Boş-boş vədlər verirdi. Mən isə anama deyirdim ki, inanma bunlara.
- Ananız rəhmətə gedəndən sonra Gülər Əhmədova sizinlə əlaqə saxlayıbmı?
- Anam rəhmətə gedəndən sonra mən onu yığmamışam.
- Sizinlə özü əlaqə saxlayıbmı?
- O, mənimlə heç bir əlaqə saxlamayıb. O sevinir. O bilirdi ki, mənim anam yeganə şahiddir. Onu da aradan götürdülər. Anam hər şeyi mənə danışırdı.
- Dövlət adamlarından sizinlə əlaqə saxlayan olubmu?
- Mənə Prokurorluq və Türkiyədəki konsulluq tərəfindən anamın cənazəsinin Azərbaycana gətirilməsində köməklik olundu. Hətta anamın ölüsünü belə incitdilər. Anamı morqda çox saxladılar. Neçə nəfər gəldi baxdı. Nəyə lazımdır bu qədər ekspertiza? Onsuz da mən bilirəm ki, ekspertizanın cavabları dəyişdiriləcək. Onsuz mən bunları gözəl bilirəm.
- Ekspertiza Azərbaycanda aparılıb?
- Türkiyədə də aparılıb, Azərbaycanda da. Mən prokurora belə bir sual verdim ki, yaxşı, sizin apardığınız ekspertiza ilə Türkiyədə aparılan ekspertiza üst-üstə düşməsə, necə olacaq? Prokuror tutuldu qaldı, mənim sualıma cavab verə bilmədi. Mən heç kimdən qorxmuram. Nə Gülərdən qorxuram, nə də Ramiz Mehdiyevdən! Mənim anamdan başqa heç kimim yox idi. Mən dekabrın 26-da aeroporta getdim. Aeroporta məni buraxmadılar. Dedilər ki, çıx get evə...
- Ananızın başqa şəxslərlə problemi olmamışdı ki?
- Bildiyimə görə, olmayıb. Onu sizə deyim ki, Gülər Əhmədova fırıldağın biridir. Əlavə edim ki, Türkiyə polisində də bununla bağlı araşdırma aparılır. Anamla Gülər Əhmədova arasında olan söhbəti mən eşitmişəm. “Skayp”da Gülər Əhmədova anamı arxayın edirdi ki, sənə iş verəcəklər gömrükdə.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sevinc Babayevanın oğlu sabiq millət vəkilinə meydan oxudu

    Sevinc Babayevanın oğlu sabiq millət vəkilinə ...

    27-05-2013, 15:08

  • 
  • Sevinc Babayevanın oğlu həbs oluna bilər

    Sevinc Babayevanın oğlu həbs oluna bilər ...

    24-01-2013, 11:00

  • 
  • Sevinc Babayevanın oğlu arvadını bıçaqlayıb

    Sevinc Babayevanın oğlu arvadını bıçaqlayıb ...

    4-02-2016, 20:52

  • 
  • “Mən Sevinc Babayeva deyiləm, söz verirəm, ölməyəcəyəm”

    “Mən Sevinc Babayeva deyiləm, söz verirəm, ...

    12-11-2013, 14:19

  • 
  • Gülər Əhmədova ilə Ayxan Məmmədov arasında sövdələşmənin şok detalları

    Gülər Əhmədova ilə Ayxan Məmmədov arasında ...

    13-01-2013, 13:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu