Adı Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda hallandırılan mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov keçmiş millət vəkili ilə məhkəmə çəkişməsinə hazırdır.
A.Məmmədov açıqlamasında G. Əhmədovanın onu və S.Babayevanın anası Zəhra xanımı böhtan atmaqda günahlandıraraq istintaqa müraciət etməsinə münasibət bildirib: “Gülər Əhmədovanın əlindən nə gəlirsə, eləsin. Əgər bizi məhkəməyə verirsə, qoy versin, bunun heç bir problemi yoxdur. Mən artıq Gülər Əhmədova ilə maraqlanmıram”.
Məlumat üçün bildirək ki, Gülər Əhmədovanın vəkilləri Sevinc Babayevanın oğlu Ayxan Məmmədov və anası Zəhra Bayramova ilə bağlı istintaq orqanı qarşısında vəsatət qaldıracaqlarını bildiriblər.
“Biz onların cinayət məsuliyyətinə cəlb olunmaları və yaxud hansısa tədbir görülməsi üçün istintaq irqanı qarşısında vəsatət qaldıracağıq. Hazırda sənədləri hazırlayırıq. Hər iki şəxs mətbuat orqanlarına verdikləri müsahibələrində müdafiə etdiyim şəxsə böhtan atıblar. Ayxan hər zaman iddia edirdi ki, anasını Gülər Əhmədova zəhərləyib. Lakin belə bir şey baş verməyib. Bunu ekspertizanın rəyi də təsdiq edib” deyə vəkil Raqif Mustafayev bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?