Müzakirə zamanı qlobal iqtisadiyyatda baş verən son və əsas hadisələrə toxunulub
G7 ölkələrinin mərkəzi bank və İqtisadiyyat nazirliklərinin rəhbərləri dünən bir araya gəlib. ANS PRESS-in məlumatına görə, onlar Ukraynaya iqtisadi yardım məsələsini müzakirə edib. “Müzakirə zamanı qlobal iqtisadiyyatda baş verən son və əsas hadisələrə toxunulub. O cümlədən, Ukraynadakı vəziyyət , onun iqtisadi ehtiyacları və dünya ictimaiyyətinin buna münasibəti də müzakirə mövzularından olub”,- deyə görüşün nəticələri haqqında bəyanatda bildirilir. ABŞ, Kanada, Yaponiya, İtaliya, Böyük Britaniya, Almaniya, Fransanın Mərkəzi bankları və Maliyyə nazirliklərinin rəhbərləri Ümumdünya Bankı və BVF-nun yaz toplantısından əvvəl görüşüb. BVF martın sonunda Ukraynaya 14-18 milyard dollar dəyərində stabil kredit haqqında razılığa gəldiyini, onun 3 milyardının isə yaxın aylarda veriləcəyi haqqında bəyanat yaymışdı. Kiyev müqabilində, pensiya islahatını aparmaq və dövlət xərclərini azaltmaq və yaşayış - kommunal ximətlərinin tariflərini tədricən qaldırmağı təmin etməlidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?