GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Əliyev Ukraynanın xilası üçün pul ayırır

Əliyev Ukraynanın xilası üçün pul ayırır

Tarix: 4-02-2014, 15:32 Bölmə :Siyasət Baxış: 918
Əliyev Ukraynanın xilası üçün pul ayırır
Avropa İttifaqının sensasion planı məlum oldu, Azərbaycan da bu plana dəstək verənlərdən biridir

Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali komissarı Ketrin Eşton Brüsselin Ukraynadakı siyasi böhranının həllinə dair yeni planını təqdim etmək üçün Kiyevə gedir.

Virtualaz.org saytının “EU Observer” nəşrindən əldə etdiyi məlumata görə, bu plan siyasi böhranının həllinin əvəzində Kiyevə iri məbləğdə maliyyə yardımının edilməsini nəzərdə tutur. Məsələnin sensasion tərəfi odur ki, Azərbaycan da bu planda yer alanlardan biridir.

Xəbərə görə, plan fevralın 3-də Brüsseldə Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsinin iclasında müzakirə olunub. Ketrin Eştonun nümayəndələri Aİ ölkələrinin səfirlərinə planın bütün detallarını bildirməsə də bəzi detalları çatdırıblar. Plana görə, prezident Viktor Yanukoviç güzəştə gedərək müxalifətin qalan tələblərini də yerinə yetirsə, Ukraynaya iri həcmdə maliyyə yardımı ediləcək.

K.Eştonun nümayəndələri məbləği açıqlamayıblar. Lakin deyiblər ki, pullar beynəlxalq sponsorlar qrupundan, o cümlədən Avropa İttifaqından, ABŞ-dan, habelə Azərbaycan, Yaponiya və Norveçdən daxil olacaq.

Komitənin iclasında həmçinin Litvanın Yanukoviçin yaxın ətrafına daxil olan şəxslərə qarşı sanksiyaların tətbiq olunmasına dair təşəbbüsü geniş dəstək qazanıb. Ketrin Eşton bu gün axşam Kiyevə səfər edir. Onun müxalifət və hakimiyyət nümayəndələri ilə danışıqları gözlənilir.



Avropa İttifaqının Ukraynaya yeni maliyyə yardımı təklifi Rusiyanın Ukraynaya vəd etdiyi 15 milyard dollarlıq krediti dondurmasından sonra irəli sürülür. Moskva həmçinin Yanukoviçi xəbərdar edib ki, Ukraynanın qaza görə 2,7 milyard dollar borcu yaranıb. Rusiya bu addımları Yanukoviçin müxalifətin irəli sürdüyü tələblərin bir neçəsini qəbul etməsindən, o cümlədən baş naziri istefaya göndərməsindən sonra atıb.

Brüsseldəki mənbə deyib ki, Aİ-nin təklif etdiyi maliyyə yardımının əvəzində Yanukoviç hökumətdə iqtisadiyyat bloku nazirliklərini müxalifət nümayəndələrinə verməli, seçki islahatları aparmalı, növbədənkənar prezident seçkilərinin vaxtını təyin etməli və prezidentin səlahiyyətlərinin azaldılaraq parlamentə verilməsini həyata keçirən onstitusiya düzəlişləri etməlidir.

Virtualaz.org Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Ketrin Eştonun səfəri ərəfəsində Avropa İttifaqının Kiyevdəki səfirləri Ali Radada görüşlər keçirir. Müxalifət liderləri də Ali Radaya dəvət olunub. Ukrayna parlamentinin binası qarşısında Azərbaycan səfirliyinin xidməti avtomobili də park edib və bu, ölkəmizin Kiyevdəki diplomatik təmsilçisinin Avropa İttifaqının sözügedən planı ilə bağlı müzakirələrdə yer aldığını göstərir.

Bəs Azərbaycan Ukrayna üçün pul ayırmağa niyə hazırdır və nədən rəsmi Bakı Aİ-nin bu ölkədə hakimiyyətin Qərbmeylli müxalifətə keçməsinə imkan yaradan planına dəstək verir?



Bu sualın cavabını Ukraynanın Azərbaycan üçün nə dərəcədə mühüm ölkə olmasında axtarmaq lazımdır. Çünki Ukraynada gedən proseslər Qərbin məğlubiyyəti və Rusiyanın qələbəsi ilə başa çatsa, o zaman Azərbaycanın da müstəqil siyasət yürütməsi xeyli çətinləşəcək.

Deməli, Azərbaycanın Aİ-nin Ukrayna planına yer alması bilavasitə ölkənin uzunmüddətli milli maraqları nəzərə alınmaqla atılmış addımdır.

Keçmiş sovet məkanında Azərbaycanla Ukrayna həmişə koordinasiyalı xarici siyasət yürüdüblər və təsadüfi deyil ki, ötən ilin payızında prezident Viktor Yanukoviç Aİ-nin Şərq Tərəfdaşlığı sammiti ərəfəsində - Avropa ilə assosiasiya sazişinə dair qərar qəbul etmək ərəfəsində olanda Azərbaycan prezidenti ilə məsləhətləşmələr aparmağa ehtiyac görmüşdü.

Həmin sammit ərəfəsində Kiyevə səfər edən prezident İlham Əliyev Viktor Yanukoviçlə onun iqamətgahında yüksək məxfilik şəraitində uzun müzakirələr aparmışdı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ketrin Eşton İrana belə gəldi- Fotolar

    Ketrin Eşton İrana belə gəldi- Fotolar ...

    9-03-2014, 13:00

  • 
  • Ketrin Eşton İrana zəmanət vermir

    Ketrin Eşton İrana zəmanət vermir ...

    9-03-2014, 14:10

  • 
  • AB Misirdəki hadisələri "çevriliş" adlandırmadı

    AB Misirdəki hadisələri "çevriliş" ...

    4-07-2013, 14:30

  • 
  • Avropa İttifaqı: “Azərbaycan Ukraynaya pul verməyə hazırdır”

    Avropa İttifaqı: “Azərbaycan Ukraynaya pul ...

    28-02-2014, 13:50

  • 
  • Avropa İttifaqı Misirin yeni hökumətini tanıdı

    Avropa İttifaqı Misirin yeni hökumətini tanıdı ...

    19-07-2013, 00:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu