GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Google terroru

Google terroru

Tarix: 6-03-2014, 16:33 Bölmə :Manşet Baxış: 867
Google terroru
Beynəlxalq axtarış sistemi Azərbaycan məmurlarını necə ifşa edir?

Vallah,adamın bu vətəni sevməkdən başqa çarəsi yoxdur.Düzdür adını müxalifətçi,müstəqil qoyan bəzi para qəzetlər var ki,ölkəmizin bu günkü dinamik inkişafını,sürətli tərəqqisini gözləri götürməyərək ağızlarına gələn bəzi para sözləri yazaraq düşmən dəyirmanına su tökürlər.Eyni zamanda bizim dünyada analoqu,ataloqu,nə bilim xalaloqu olmayan bu inkişafımıza qəsdən,düşməncəsinə maneçilik törədən daxili və xarici qüvvələr də mövcuddur ki,onlar gecə-gündüz yatmayaraq paxıllıqdan çatlayaraq,partlayaraq bütün vasitələrlə milli dövlətçiliyimizi gözdən salmaq istəyirlər.
Adam oturub bir saat AzTv-yə,Liderə baxanda istəyir ki, sevindiyindən durub özünü yandırsın,körpüdən atsın,lap elə gedib prezident aparatının qabağında minnətdarlıq əlaməti olaraq dizçökmə aksiyası keçirsin.Amma,neyləyəsən ki,lənətullah xarici qüvvələr bu xoşbəxtçiliyi axıra qədər yaşamağa imkan vermirlər.Dünyanın dağılhadağılda olduğu indiki dövrdə xain avropalılar öz texniki imkanlarını işə salaraq bütün ömrünü xalqın inkişafına,tərəqqisinə sərf edən,özü günlərlə ac-susuz qalıb son tikəsini həmvətənləri ilə bölüşən,çox vaxt işə imkansızlıqdan velosipedlə,samakatla işə gedən çox hörmətli məmurlarımız haqqında ağızlarına gələn məlumatları yayımlamaqla öz mənfur niyyətlərini ortaya qoyurlar.Əvvəldən demokratiya aşiqi olan atalarımız öz folklorunda hələ illər öncə belə xain qüvvələr haqqında adamın dədəsinə od vuran zərb-məsəllər yaradaraq deyiblərki,mərdimazar olmasa bağ çəpəri neyləyər.Müasir dillə desəək,mərdimazar olmasa məmur Avropa Şurasını,ABŞ Dövlət Departamentinin illik hesabatlarını,canım sənə desin sosial şəbəkələri,Googlu neyləyər.
Sözümü qəribliyə salmadan qeyd edim ki.bu həzin,vətənpərvərlik ruhunda olan sətirləri yazmağa məni məcbur edən çox mühüm səbəblər vardır.Buna necə dözəsən ki,oturub AzTv-nin xoşbəxtlik,səadət soraqlı verilişlərinə baxandan sonra peşiman olub ya sosial şəbəkələrə,ya da üzdəniraq Googla daxil olasan və bir az əvvəl az qala milli qəhrəman səviyyəsində təsəvvür elədiyin məmurlarımız haqqında qərəzli fikirlərə rast gələsən.İşdən yorğun-arğın gəlib hökumətimizin qətiyyən xəbəri olmadan tam müstəqil,qərəzsiz,vicdanlı olaraq çalışan Tv-lərimizin xəbərlərinə baxıb özünü dünyanın ən bəxtəvər vətəndaşı hesab etdiyin bir vaxtda bu şoğəriblər adamın əməlli başlı çortunu pozurlar.Məsələn,ağız ləzzəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun xalqımız qarşısında göstərdiyi əzmkar fəaliyyət haqqında məlumat alandan sonra istəyirsən ki,bu fədakar xalq oğlunu daha yaxından tanıyıb onu oğul-uşağa misal göstərəsən.Girirsən Googla və sənin şirin xəyalların bir anda zəhərə çevrilir.Başlıqlara baxın:”Səlim Müslümovun Naxçıvanlı genosidi” ,”Səlim Müslümovun müdafiə etdiyi qumarbaz məmur kimdir?”,”Səlim Müslümovun adamlarından yeni maxinasiyalar” və sair.O dəqiqə başa düşürsən ki,qərb kütləvi informasiya vasitələri yenə öz xain əməllərini davam etdirirlər.Yaxud gənc yaşlarından öz ömrünü millətin səadətinə həsr edən Kərəm müəllim Həsənovu yaxından tanımaq istəsən yenə də əlin boşa çıxacaqdır.”Kərəm Həsənov həbs təhlükəsi ilə üz-üzə”,”Kərəm Həsənov Ramiz Mehdiyevin qəzəbinə gəlib”,”Kərəm Həsənov gözümə görünməsin,rədd olsun”,”Kərəm Həsənov qruplaşmasının balıqçılıq sektorundakı maxinasiyaları”.Belə bədbin əhval ruhiyyədən sonra heç olmasa bir ürəkaçan xəbər oxumaq ümidiylə uca millətimizin yollarında az əməyi olmayan Ziya Məmmədov haqqında oxumaq istəsən yenə də əlin boşa çıxar.Görün bu insafsızlar,siyasi səbatsızlar nələr yazırlar:”Ziya Məmmədov Göyçayı özəlləşdirib”,”Ziya Məmmədov Almaniya kəşfiyyatının hədəfində”,”Ziya Məmmədov büdcədən 1,3 milyard qopardı” və sair.Adam bu xəbərləri oxuyandan sonra sabahısı gün hər zaman getdiyi çala-çökək,dağılmış yollardan bir daha keçməyə utanır.İstəyir ki,bu sətirləri yazanları tutub ayı kimi parçalasın.Amma,”ya səbir” deyib bu böhtan xarakyerli yazılar yazanların dövlətçiliyimiz üçün zərərli toxumlar səpdiyini düşünərək Vergilər Nazirimiz Fazil Məmmədovun həyat və yaradıcılığını dərindən araşdırmaq qərarına gəlirsən.Heyif,yenə də düşmən qüvvələrin fitnəsi ilə üzləşmək zorunda qalırsan.”Fazil Məmmədov sahibkarlara qarşı hücuma keçdi”,”Fazil Məmmədovun Şəmkir imperiyası”,”Fazil Məmmədovun qanunsuz əməlləri” kimi başlıqlara rast gələndə bir daha Allaha dönə-dönə şükür edirsən ki,nə yaxşı belə yazıları uşaq-muşaq oxumur.Yoxsa onların vətənpərvərlik ruhunda çırpınan ürəkləri belə təxribatçı şaiələrə dözməzdi.Odur ki,çalışıb belə düşmən dəyirmanına su tökən məlumatları yayanlardan uzaq olmaq lazımdır ki,gələcək nəsillərimiz tam məmurpərvərlik,tfu,çaşdım vətənpərvərlik ruhunda böyüsünlər.Həm də nə qədər belə böyüklərimizə oxşasalar o qədər yaxşıdır.Bəlkə,biz də bir görərik dayna...
NİCAT MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Halal “google” açıldı

    Halal “google” açıldı ...

    14-07-2013, 19:09

  • 
  • 602 nəfərlik korrupsioner məmur ordusu...

    602 nəfərlik korrupsioner məmur ordusu... ...

    10-03-2014, 13:35

  • 
  • İlham Əliyev: Bizim ölkəmizi məhv etmək istəyirlər

    İlham Əliyev: Bizim ölkəmizi məhv etmək istəyirlər ...

    15-09-2015, 15:59

  • 
  • Demokratik Qüvvələr Birliyi indi nə istəyir?

    Demokratik Qüvvələr Birliyi indi nə istəyir? ...

    24-07-2013, 14:03

  • 
  • Arif Hacılı: “Onun müxalifətə rəhbərlik etməsi qeyri-mümkündür”

    Arif Hacılı: “Onun müxalifətə rəhbərlik etməsi ...

    4-12-2013, 12:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (80)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu