GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » 602 nəfərlik korrupsioner məmur ordusu...

602 nəfərlik korrupsioner məmur ordusu...

Tarix: 10-03-2014, 13:35 Bölmə :Manşet Baxış: 948
602 nəfərlik korrupsioner məmur ordusu...
Büdcədən talan

Nazirlər Kabineti ötən ilin yekunları ilə bağlı açıqladığı illik hesabatında dövlət büdcəsindən mənimsəmə halları ilə bağlı çox maraqlı sayılacaq rəqəm açıqlayıb.Nazirlər Kabinetinin hesabatında göstərilir ki,prokurorluq orqanlarının məktubları və məhkəmə qərarlarına əsasən dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda aparılan yoxlamalar nəticəsində 5 milyon 425,9 min manat mənimsəmə halları aşkar olunub və yoxlama materialları aidiyyatı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Buradan belə aydın olur ki,ötən il ərzində büdcədən maliyyələşən təşkilatlarımız dövlət pulundan cəmi cümlətani 5 milyon manat çırpışdırıblar.Adamın sevindiyindən atılıb düşməyi,oynamağı gəlir.Sən demə ölkəmizdə korrupsiya halları rus demişkən “poşti-şto” yox imiş.Sadəcə olaraq, düşmən dəyirmanına su tökən qüvvələr,inkişafımızı gözləri götürməyən ünsürlər aranı qarışdırmaq üçün “rüşvət,korrupsiya baş alıb gedir “ deyərək, aranı qarışdırırlarmış.Təkcə hərbi büdcəsi düşmən Ermənistanın dövlət büdcəsindən çox olan bir ölkə üçün 5 milyon manat nədir ki?Buna el arasında “qənfet pulu” deyirlər ki,gərək hörmətli Nazirlər Kabineti bu cüzi məbləği açıqlayıb düşmən dəyirmanına su tökənlərin əlinə düdük verməyəydi.Bu qədər inkişafın,tərəqqinin kölgəsində 5 milyonun lafımı olur,arkadaş? Mənimsəmə halları yüz milyonlarla ölçülmədisə, o nə korrupsiyadır? Yoxsa, indi hansısa məmurlar şeytana uyaraq nəfsini saxlamayıb beşcə milyonu çırpışdırıbsa,bundan ötrü onun təmiz adını ləkələməyə dəyərmi?Hesabatda o da vurğulanıb ki,dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda aparılan nəzarət tədbirləri nəticəsində aşkar olunan nöqsanların aradan qaldırılması,artıq ödənilmiş vəsaitlərin təqsirkar tərəfindən bərpa edilməsi və vəzifəli şəxslərin cəzalandırılması məqsədi ilə müvafiq rayon(şəhər) İcra hakimiyyətlərinin başçılarına məktublar göndərilib.Vallah,adam deməyə də utanır,ki,işi-gücü qurub yaratmaq olan zəhmətkeş İcra başçılarımıza belə bir məktub göndərməklə onların əlini işdən soyutmağa dəyərdimi?İndi onlar düşünməzmi ki,necə olur ki,biz çox vaxt abadlıq işlərinə pul çatmayanda maaşımızdan,pensiya kartımızdan qoyub işləri axsatmadığımız halda belə rüşvətxorlar dövlətin ana südü kimi halal 5 milyonunu oğurlayıblar.Amma,sağ olsun prokurorluq orqanlarında çalışan operativ əməkdaşlarımız.Dərhal aşkar olunan 3080,5 min manat artıq ödənişlərin 2666,1 min manatını anındaca büdcəyə qaytarmağa nail olublar.
Amma,işin başqa bir təhlükəli tərəfi də odur ki,bu 5 milyonu büdcəmizdən heç də beş-altı adam çırpışdırmayıb.Hesabatda bildirilir ki,dövlətimizin dünyadakı şəffaf imicinə ləkə vuran bu əməldən ötrü büdcə təşkilatlarında nöqsanlara yol vermiş nə az-nə çox,düz 602 nəfər vəzifəli şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 291,6 min manat məbləğində cərimələnib və dövlət büdcəsinə ödənilməsi təmin edilib.Bu onu göstərir ki,vaxtında və ciddi şəkildə işə müdaxilə olunmasaydı inkişaf sürətinə görə çoxdan NASA-nın kosmik gəmilərini geridə qoyan ölkəmizin bu 602 nəfər vətəndaşı tamamilə rüşvətxor və korrupsioner ola bilərdi.Amma,çox-çox sevindirici bir haldır ki,bu 602 nəfərin arasında bir nəfər də olsun iri məmur yoxdur.Hamısı beşinci,onuncu dərəcəli xırda məmurlardır ki,onlar da dövlətçiliyimiz üçün elə də potensial təhlükə mənbəyi deyillər.Şükürlər olsun ki,bizim nazirlərdən,onların müavinlərindən bir nəfər də olsun nəfsinə aldanaraq dövlətin bir qara qəpiyinə belə əl uzatmayıblar.Yoxsa qiymətlərin əl yandırdığı indiki zəmanədə cüzi maaşlarından cərimə verməklə necə dolanardılar?Həm də sağ olsun Prokurorluq və hüquq mühafizə orqanlarımız ki,bu yolunu azmış haramzadalara qarşı böyük humanizm nümayiş etdirərək, onları cərimələməklə kifayətlənib.Yoxsa beş-üç milyon manatdan ötrü kiminsə isti yuvasına su calamaq kimə gərəkdir?
Nazirlər Kabinetinin hesabatından sonra bir daha aydın oldu ki,gərək adam hər deyilən sözə inanmasın.Yoxsa bəzi para qəzetlər ağızlarını Allah yoluna qoyub bizim hörmətli nazirlərimiz,digər iri məmurlarımız haqqında məbləği yüz milyonlarla manat həcmində ölçülən korrupsiya əməllərindən danışırlar.Adamın az qala heyrətdən gözləri bərəlsin.Amma,bu hesabatdan sonra çox bulanıq sular aydınlandı.Məlum oldu ki,602 nəfər xırda məmuru çıxmaqşərtiylə ölkəmizdə bir nəfər də olsun haramxor məmur yoxmuş.Bu sevindirici,ürəkaçan xəbər münasibətilə uca millətimizə bir daha göz aydınlığı verir,canı dildən təbrik edirəm.Daha hamımız rahat nəfəs alaraq arxayın ola bilərik ki,milli sərvətlərimiz olan neftin,qazın satışından ölkəmizə gələn pullar tamamilə etibarlı əllərdədir.Bu sevindirici xəbərdən sonra adam istəyir ki.hər ay aldığı maaşın bir hissəsini elə aparıb məmurlarımıza versin ki,halal əllərdə olduğundan tam əmin olsun.Nə deyirsiniz, “prob” eləyəkmi?
NİCAT MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 2013-cü ilin “bahalı seçkisi” - İndiyədək büdcədən ən çox məbləğ builki seçkiyə ayrılıb

    2013-cü ilin “bahalı seçkisi” - İndiyədək ...

    10-10-2013, 11:36

  • 
  • Bir sıra təşkilatlarda əməkhaqları artırıldı

    Bir sıra təşkilatlarda əməkhaqları artırıldı ...

    2-03-2016, 00:24

  • 
  • Artur Rasizadəyə bağlı korrupsiya

    Artur Rasizadəyə bağlı korrupsiya ...

    18-01-2013, 10:39

  • 
  • Artur Rasizadəyə bağlı korrupsiya

    Artur Rasizadəyə bağlı korrupsiya ...

    20-01-2013, 13:28

  • 
  • 143 məmur 100 cinayəti necə bölüşdü

    143 məmur 100 cinayəti necə bölüşdü ...

    15-07-2016, 13:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu