GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kərəm Həsənov ölkədə balıqçılığı ələ keçirir

Kərəm Həsənov ölkədə balıqçılığı ələ keçirir

Tarix: 6-03-2014, 16:35 Bölmə :Manşet Baxış: 1 115
Kərəm Həsənov ölkədə balıqçılığı ələ keçirir
Komitə sədri bütün ölkə boyu balıqçı-sahibkarları əzmək qərarı verib

Dövlət Əmlak Məsələləri üzrə Komitənin sədri Kərəm Həsənov uzun illərdir ki, ölkənin əmlakının talan edilməsi ilə bağlı olaraq adı hallanır. Kərəm Həsənovun qardaşı millət vəkili Malik Həsənov bir neçə dəfə mediada çıxışldar edərək qardaşını müdaifə etməyə də çalışıb. Lakin çox maraqlıdır ki, komitə sədri hər dəfə hansısa iri oliqarx məmurun manapoliyasında olan biznes şəbəkəsinə müdaxilə etdiyinə görə cəzalandırılıb və geri çəkilib. 2005-ci ildə iqtisadi inkişaf naziri Fərhad Əliyevin tutduğu vəzifədən çıxarılmasından sonra Kərəm Həsənovla bağlı mediada çox ilginc məlumatlar yayılmağa başladı.
Bu məlumatların yayılmasından sonra isə məlum oldu ki, əslində Əliyev qardaşlarının həbs edilməsi ilə bağlı olaraq Kərəm Həsənovun da rolu olub. 2005-ci ildə məhz həmkəndlisi Fərhad Əliyevin himayəsində işləyən Həsənov cəmi bir neçə aydan sonra yüksəlməyə başladı. Bundan sonra isə mediada iddialar dolaşmağa başladı ki, komitə sədri əslində keçmiş məhbus-nazir Fərhad Əliyevin bütünəmlaklarının siyahısını müvafiq dövlət qurumlarına təqdim edib. Bundan sonra isə ortaya kifayət qədər ilginc bilgilər çıxmağa başladı. Və məlum oldu ki, əslində bütün bu baş verənlər komitə sədrinin mühim iddiaları ilə bağlı olub. Bu iddialarından sonra isə Həsənov iqtisadi sektorda oliqarxa çevrilmək sevdasına düşdü. İlk olaraq Həsənov tikinti sektoruna daxil oldu. Lakin qısa bir zamanda onun barəsində yayılan informasiyalar sözün bütün mənalarında ilginc idi. Məlum oldu ki, əslində K.Həsənov Azərbaycan daxilindəki biznesini hansısa xarici ölkəyə daşımaqla bağlı olaraq cəhdlər edib. Hətta ölkə boyu iri obyektlərin hərraca çıxarılması ilə bağlı ortaya müdhiş faktlar çıxdıqdan sonra isə bütün hallarda bununla bağlı olaraq kifayət qədər araşdırmalar aparıldı. Məlum oldu ki, əslində bununla bağlı olaraq ortada olan faktlar da kifayət qədər mühüm əhəmiyyət kəsb edirdi.
Kərəm Həsənov artıq 2012-ci ilin əvvəllərindən etibarən ölkədəki iri biznesini kənara çıxarmağa çalışmağa başladı. Məlum oldu ki, bu cəhdləri ilə bağlı olaraq komitə sədri ağır vəziyyətə düşdükdən sonra isə bununla bağlı olaraq ilkin olaraq ortaya kifayət qədər mühüm olan məlumatlar daxil olmağa başladı. Məlum oldu ki, Kərəm Həsənovla bağlı olaraq ən yüksək dairələrdən, tikinti sektorundan çıxmaqla bağlı olaraq göstəriş verilib. Bundan sonra isə Kərəm Həsənov fərqli bir istiqamətdə fəaliyyət göstərməyə başlayıb.
Bundan sonra isə iri metallurgiya obyektlərini hərrac vasitəsilə talan edən Kərəm Həsənov armatur istehsalına, xüsusilə də ağır metal sənayesinə baş vurmağa çalışdı. Lakin bu sektorda da çox ağır zərbə alaraq geri çəkilmək zorunda qaldı. Bundan sonra isə komitə sədrinin və qardaşının şirkətlərinin ofşor zonalardakı hesablarına dair mətbuatda informasiyalar yayılmağa başladı və məlum oldu ki, əslində bununla bağlı olaraq ortaya kifyaət qədər mühim faktlar çıxıb.
Dünən isə redaksiyamıza Kərəm Həsənovla bağlı olaraq mühüm məlumatlar daxil oldu. Bu məlumatlarda Kərəm Həsənovun balıqçılıq biznesinə girdiyi və bu sahədə inhisar yaratmaq istəməsinə dair bilgilər yer alırdı. Xəbərlərdən belə aydın olurdu ki, əslində bununla bağlı olaraq ortada kifayət qədər mühüm məqamlar var. Daxil olan məlumatlara əsasən, Azərbaycanda balıqçılıq sahəsində sahibkarları şantaj etmək, onların əmlaklarını mənimsəmək adi hala çevrilib. Artıq Azərbaycanda balıqçılıqla məşğul olan əksər sahibkarlar məcburiyyət qarşısında qalıb səhmlərini təhvil verir, canını qurtarır.
Daxil olan bu məlumatlar kifayət qədər diqqəti çəkəndir. Müraciət müəllifləri yazır ki, bu sahə ilə məşğul olmaqda israrlanan bəzi sahibkarlara isə başqa yollarla təzyiqlər edilir. Artıq Mingəçevir Balıq Zavodu, Lənkəran Balıq zavodu, Astara Balıq Zavodu və Neftçala Balıq Zavodu bu cür maxinasiyalarla sahibkarların əlindən alınıb və artıq Kərəm Həsənovun «himayəsinə» verilib. Bu zavodlar ayrı-ayrı adamların adlarına rəsmiləşdirilərək mənimsənilib. Həmin şəxslər belə obyektlərin sahibkarlarını müəyyən yollarla sıxışdırır, onların səhmlərini saxta məhkəmə prosesləri ilə sıxışdırır. Nəticədə də məhkəmələr həmin məmurların tapşırığı ilə böyük səhm sahiblərinin səhmlərini əlindən alır.
Redaksiyamıza müraciət edən daha bir balıqçı-sahibkar, “Xudat Balıq”ASC-nin uzun müddət direktoru işləmiş və müəssisənin ən çox səhm sahibi olan Güləhməd Güləhmədov da bu cür özbaşınalıqlara məruz qalıb. Güləhməd Güləhmədov deyir ki, o 1998-ci ildə Xudatda Xaçmaz Rayon İcra Hakimiyyətinin 298 saylı sərəncamı ilə 100 hektar torpaq sahəsini icarəyə götürüb. Bundan əlavə, icra başçısının sərəncamı ilə 30 hektar ərazi Xudat Balıq zavodunun balansına qatılıb. 1999-cu ildə o Xudat Balıq zavodunun direktoru təyin edilən G. Güləhmədov həmin gündən zavodun balansındakı torpaq sahələri barədə araşdırma aparmağa başlayıb. Məlum olub ki, zavodun 1519 ha torpaq sahəsi olmalıdır. Lakin həmin vaxt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz şöbəsinin müdiri Adıgözəl Tağıyev bu rəqəmi saxtakarlıqla 680 ha-a çatdırıb, qalan əraziləri isə müəyyən yollarla satıb. G.Güləhmədovun bu günə qədər zavodun torpaq balansını bərpa etmək istəyi reallaşmayıb. Yüksək çinli məmurların müdaxiləsi nəticəsində bu gün zavod da əldən çıxıb.
Şikayətçi deyir ki, 2001-ci ildə bütün balıq zavodları özəlləşməyə açıq elan olundu. Və bu işdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov əsas rol oynadı. Belə ki, o balıq zavodlarının səhmdarlarının səhmlərini geri qaytararaq, həmin müəssisələri istədityi şəxslərin adına özəlləşdirib.Xudat Balıq Zavodunun səhmdarları hüquqlarından istifadə edib özəlləşməyə qatılsa da, Kərəm Həsənovun göstərişi ilə zavodun əmək kollektivinə şərait yaradılmayıb. Əmək kollektivi 15 faiz səhmin 13,2 faizinə sahib olaraq auksiyona qatılıb. G.Güləhmədov isə zavodun 55 fazi səhmini almaq üçün auksiona 11054 çek təqdim edib. Lakin auksionda zavodun 55 fazilik səhminin 52,6 faizi Kərəm Həsənov və onun yaxın adamı olan Məmmədşa Həsənovun vasitəsilə Elnur Verdiyev adlı zavoda aidiyyəti olmayan bir məcburi köçkünün adına rəsmiləşdirib və G.Güləhmədov kənarda qalıb. Məmmədşa Həsənov sahibkarla görüşüb və ona bu işdən əl çəkməyi tapşırıb. Bildirib ki, o hazırda Fövqladə Hallar naziri olan Kəmaləddin Heydərovun adamıdır və bu məsələ onun nəzarətindədir.
Məmmədşa Həsənov Güləhməd Güləhmədova bildirib ki, o auksiondakı çeklərdən əl çəkməli, əvəzində zavodun 30 faiz səhminin pulunu almalıdır. Səhm sahibi isə bundan imtina edib və qanuni səhmlərinə sahib çıxmaq iddiasından əl çəkməyib. Nəticədə müəssisə saxta sənədlərlə auksiona çıxarılaraq Məmmədşa Həsənovun köməkliyi ilə Elnur Verdiyevin adına rəsmiləşdirilib.
Güləhməd Güləhmədov deyir ki, həmin vaxtdan etibarən bu günə qədər məhkəmələrdə sürünsə də, onun qanuni hüquqlarının bərpası üçün məhkəmələr heç bir addım atmır. Hələ də zavod Məmmədşa Həsənov və Kərəm Həsənov tərəfindən zəbt edilib. Bu şəxslər məhkəmələrə də Kəmaləddin Heydərov və Prezidentin Mühafizə Xidmətinin rəhbəri Bəylər Əyyubovun adından istifadə etməklə təzyiqlər edir, sahibkarın hüquqlarının müdafiəsinə mane olurlar. Həmin şəxslər qruplaşma yaradaraq digər balıq zavodları kimi Xudat Balıq Zavodunun da əmlakını və torpaq sahəsini zəbt edib mənimsəyib. Aidiyyəti dövlət qurumları isə bu barədə nə araşdırma aparır, nə də bir tədbir görür. Hazırda sahibkar Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun başçılıq etdiyi qruplaşmanın qurbanına çevrilib: “ İllərdir ki, mübarizə aparmağıma baxmayaraq, bu qruplaşmaya qalib gələ bilmirəm. Ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı halda Kərəm Həsənov qruplaşması barədə niyə tədbir görülmür? Adi hallarda bir hektar torpaq sahəsi satan bələdiyyə sədri və hansısa kiçik məmur həbs edilir, amma bu boyda korrupsiya faktının üstü açılmır. Səbəb nədir? Korrupsiyaya qarşı mübarizə aparan qurumlar Kərəm Həsənovdan niyə qorxur? Bu gün Kərəm Həsənovla əlbir olub balıqçılıqla məşğul olan sahibkarlara qarşı tələ quran Məmmədşa Həsənov Azərbaycanın ən böyük düşmənidir. O, vaxtilə Azərbaycanı parçalamaq istəyən, özünü qondarma “Talış-Muğan Respublikası”nın prezidenti elan edən və hazırda Azərbaycanın bir nömrəli düşməni olan ermənilərlə işbirliyi qurub ölkəmizə qarşı təxribat hazırlayan Əlikram Hümmətovun müavini olub. Belə bir şəxsin indi Azərbaycanda balıqçılıq sahəsini manapoliyaya götürməsi çox maraqlıdır”.
Çox maraqlıdır ki, hələlik sahibkarın dedikəri bununla yekunlaşmır. İş adamı iddia edir ki, onun payının əlindən alınması prossesində birbaşa olaraq Kərəm Həsənov başçılıq edib. Neftçala rayonundan da analoji şikayətlər daxil olmaqdadır. Redaksiyamıza şikayət edəniş adamları artıq dövlət mülkiyyətində olan böyük ərazilərin demək olar ki, K.Həsənovun adamları tərəfindən balıq vətəgələri yaratmaq üçün ayrılır. Şikayət edən sahibkarlar deyirlər ki, Neftçala rayonundakı bütün balıq vətəgələrinə qarşı sərt inzibati tədbirlər görülməyə başlayıb. Məlumatlara əsasən, Kərəm Həsənov hətta onun «himayəsi»nə girmək istəməyən başıqçıların suyunu belə kəsdirməyə nail olub. Maraqlıdır ki, bütün bunlarla bağlı olaraq hələlik rəsmi qurumlar heç bir reaksiya vermirlər. Onu da əlavə edək ki, balıqçı-sahibkarlar Azərbaycana Gürcüstandan gətirilən balıqların da daxili bazara ciddi təsir etdiyini və qiymətlərin aşağı olması səbəbindən vəziyyət drammatikləşib. Məsələ burasındadır ki, bütün bunlarla bağlı olaraq ölkə daxilində yaşanan problemlər də demək olar ki, dərinləşməkdədir.
Rüfət ƏLİCANLI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənov hədəfdə

    Kərəm Həsənov hədəfdə ...

    13-12-2012, 12:37

  • 
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • Kərəm Həsənovun qara günləri başlayıb

    Kərəm Həsənovun qara günləri başlayıb ...

    9-05-2014, 12:26

  • 
  • HƏSƏNOV İDARƏLƏRİ SÖKDÜRÜB YERİNDƏ VİLLALAR TİKDİRDİ

    HƏSƏNOV İDARƏLƏRİ SÖKDÜRÜB YERİNDƏ VİLLALAR ...

    11-02-2016, 20:13

  • 
  • Qərib Məmmədovla Kərəm Həsənovun ədavəti böyüyür

    Qərib Məmmədovla Kərəm Həsənovun ədavəti böyüyür ...

    15-05-2014, 10:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (80)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu