GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Meliorasiya və Su Təsərrüfatı ASC yenə də diqqət mərkəzindədir

Meliorasiya və Su Təsərrüfatı ASC yenə də diqqət mərkəzindədir

Tarix: 12-03-2014, 17:18 Bölmə :Manşet Baxış: 1 366
Meliorasiya və Su Təsərrüfatı ASC yenə də diqqət mərkəzindədir
Əhməd Əhmədzadənin vəzifədən alınacağıgündəmə gəldi

Su aydınlıqdı deyiblər. Eyni zamanda ilkin həyatın suda başlandığını nəzərə alsaq, su həyatdır deyiminə də haqq qazandırmaq olar. Lakin, Azərbaycanda adı suyla bağlı olsa da aydınlıqdan, həyat əlamətindən çox-çox uzaq olan bir qurum var. Bu Meliorasiya və Su Təsərrüfatı ASC adlanan dövlət təşkilatıdır və bu ASC-nin fəaliyyətini azacıq araşdıran kimi burada baş verənlərin təsirindən adamı tər-su yuyub aparır. Kənd təsərrüfatının çox mühüm sahəsi olan əkinçiliyin inkişafı üçün zəruri olan suvarma sistemlərinin işinin təşkilinə və torpaqların şoranlaşmasının qarşısının alınmasına məsul olan bu təşkilat hər il dövlət büdcəsindən kifayət qədər vəsaitlə təmin olunsa da, kəndlilərin problemləri bitib tükənmək bilmir. Statistik məlumatlara əsasən, təkcə 2005-2012-ci illər ərzində ASC-yə dövlət büdcəsindən 1,1 milyard dollar vəsait ayrılıb.Bundan əlavə olaraq beynəlxalq maliyyə institutlarından 600 milyon dollar kredit alınıb. Son on il ərzində meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına bu sahəyə əsaslı kapital qoyuluşu isə 48 dəfəyə qədər artıb. İlk baxışdan bu qədər ciddi investisiya qoyuluşundan sonra meliorasiya sahəsində artıq elə də ciddi problemin olmadığını düşünmək olar. Təəssüf ki, bütün sahələrdə olduğu kimi,burada da korrupsiya suyun aydınlığını bulandıra bilib.Büdcədən ayrılmış vəsaitin çox böyük hissəsi Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli şöbələrinin vasitəsilə məmimsənildiyi üçün bu sahədə həllini gözləyən problemlərin sayı gündən-günə artmaqdadır.Tərkibində 120-dən artıq idarə və təşkilatı birləşdirən ASC-nin illik dövriyyəsinin təqribən 1 milyard manatdan çox olduğu bildirilir. 20 ildən artıq müddətdə ASC-yə rəhbərlik edən Əhməd Əhmədzadənin fəaliyyəti nəticəsində bu gün təşkilat ən çoxkorrupsiyalaşmış bir orqan kimi tanınır. Məhz bu “uğurlu fəaliyyət” Əhmədzadəni həmişə mətbuatın diqqətində saxlayıb. Vaxtilə Ali Sovetin deputatı olarkən 1991-ci ildə müstəqillik haqqında aktın əleyhinə səs verməsinə baxmayaraq, müstəqil dövlətimizin ən çox xeyrini görənlərdən bir də elə Ə.Əhmədzadədir. 20 ildir ki, dövlət vəsaitlərini mənimsəyib üstündən də su içən ölkənin baş suçusu həm də böyük sərvətə sahib olan məmur oliqarxlar siyahısında sabitqədəmlərdən biridir.Rəhbərlik etdiyi sahəyə hər il ayrılan milyonlarla vəsaitin 70-80 faizinin təyinatı üzrə xərclənməyib mənimsənilməsinin nəticəsidir ki, bu gün kənd təsərrüfatının ən böyük problemlərindən biri torpaqların şoranlaşmasıdır.ASC-nin sənədlərində Azərbaycan dünyanın ən inkişaf etmiş suvarma və meliorasiya şəbəkəsinə sahib olsa da, əslində bu sistem hələ də sovetlərin dövründə görülmüş işlər hesabına ayaqdadır.Əvəzində isə Ə.Əhmədzadəyə bağlılığı şübhə doğurmayan şirkətlərin müxtəlif tenderlərdə “qalib gəlməsi” ilə külli miqdarda vəsaitlər rahatlıqla mənimsənilir.Belə “tender ulduzlarından” birinin “İlqar MR” MMC şirkəti olduğu bildirilir.Bu şirkətin Meliorasiya və Su Təsərrüfatı ASC-nin əksər tenderlərinin iştirakçısı və qalibi olduğu məlumdur.Bu şirkətin son “uğurlarından” biri Ağsu Suvarma Sistemləri İdarəsi üçün ayrılmış 150 min manatın xərclənməsində özünü göstərib. Belə ki, idarənin hesabına ayrılmış vəsaitin bu MMC tərəfindən hara xərclənməsi haqqında heç bir məlumat yoxdur. Tender oyunlarında daha çox adı keçən müəssisələr siyahısında “Anar-B” MMC-nin də adını çəkmək olar. Maxinasiyaların aparılmasında digər mühüm bir vasitə isə ASC-yə daxil olan Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsidir. Hər il müxtəlif texniki avadanlıqların, ehtiyat hissələrinin alınması adıyla bu idarə vasitəsilə milyonlarla manat vəsait mənimsənilir.Təkcə 2013-cü il ərzində bu idarə vasitəsilə 18 milyon 132 min manat köçürmə əməliyyatı həyata keçirilib.
Ə.Əhmədzadənin rəhbərlik etdiyi ASC kəndlilərə suyu satmaq üçün xüsusi məharət sahibidir.Hər il bu su satışından qanunsuz olaraq əldə olunan milyonlarla manat isə mənimsənilir. Dövlət kənd təsərrüfatının inkişafını təmin etmək üçün böyük məbləğdə subsidiyalar ayırır. Belə yardımlardan biri də kəndlilərin əkin sahələrinin suvarılması üçün istifadə etdikləri suya görə ödədikləri məbləğə tətbiq edilən güzəştlərdir. Amma, bu güzəştlər nəinki nəzərə alınmır, əvəzində kəndlilərə su pulu toplamaq üçün əsl divan tutulur. Kəndlilər və fermerlər istifadə etdikləri hər 1000 kub metr su üçün 50 qəpik ödəməli olduqları halda onlardandəfələrlə artıq pul toplanılır.Əldə etdiyimiz məlumata əsasən, suvarma üçün qanunsuz olaraq hər dəfə 8-10 manat arası pul alınır ki,bu da təxminən ödənilməli olan vəsaitdən 10 dəfə çox deməkdir. Mütəxəssislər bildirirlər ki, hər hektarın suvarılması üçün uzağı 1100 kub metr su sərf olunur və il ərzində 3 dəfə suvarma aparılması lazımdır. Buradan aydın olur ki, kəndlilər hər hektar üçün il ərzində cəmisi 2-3 manata yaxın ödəməli olduqları halda hər dəfə bundan dəfələrlə artıq vəsait ödəyirlər. Aldığımız məlumatlara görə, bu vəsaiti vermək istəməyənlərin sahələrinə demək olar ki,su verilmir. Azərbaycanda ümumilikdə 3,2 milyon hektar əkinə yararlı torpaq sahəsi vardır və bunun 1,3 milyon hektarını suvarılan torpaqlar təşkil edir.Meliorasiya və Su Təsərrüfatı ASC əkin sahələrinə suyun verilməsini təmin etmək üçün fəaliyyət göstərən Suvarma Sistemləri İdarələri vasitəsilə yuxarıda qeyd etdiyimiz kimi, suvarılan hər hektara görə kəndlilərdən və fermerlərdən il ərzində orta hesabla 20-25 manat artıq vəsait toplayır. Fermer və kəndlilərdən bu yolla il ərzində 25-30 milyon manat toplanıldığı bildirilir. Əldə olunan milyonlarla manat vəsait isə ASC rəhbərləri tərəfindən mənimsənilir.Ölkə rəhbərliyinin kənd təsərrüfatının inkişafını təmin etmək məqsədilə imzaladığı fərmanlara məhəl qoymayan Ə.Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC öz fəaliyyəti ilə gəliri torpaqdan olan kəndlilərin vəziyyətini dözülməz həddə çatdırıb. ASC-nin rayon şöbələrində vəziyyət pik həddindədir. Kəndlilərin şikayətləri, problemləri qulaqardına vurulur, əvəzində onlardan toplanan pullar hesabına var-dövlət sahibi olan idarə rəhbərləri komfortlu həyat tərzi keçirir, öz bahalı maşınlarında istədikləri vaxt işə gəlir,istəməyəndə isə günlərlə yoxa çıxırlar.Tamamilə cəzasız qalacaqlarından əmin olan məmurların rayonlarda törətdikləri özbaşnalıqlar haqqında dəfələrlə həyəcan təbili çalınsa da, Ə.Əhmədzadə öz işçilərinə nədənsə “gözün üstə qaşın var” deməyi məsləhət bilmir.
Meliorasiya və Su Təsərrüfatı ASC-də artıq 20 ildən çoxdur ki, şəriksiz hakimiyyətini yaradan Ə.Əhmədzadə eyni zamanda müxtəlif sahələri əhatə edən geniş biznes şəbəkələrinə nəzarət edir.Lakin,onun bu sahədəki fəaliyyəti haqqında geniş məlumatlara rast gəlmək mümkün deyildir. Biznes şəbəkələrini ictimaiyyətin diqqətindən yayındırmağa çalışan Ə.Əhmədzadənin şirkətlərinə oğlu Cuma Əhmədzadənin rəhbərlik etdiyi bildirilir. Daha çox kurasiyasında olan və özünə doğma sandığı Qax-Zaqatala bölgələrində çoxsaylı iaşə obyektləri, otellər,restoranlar, istirahət mərkəzləri bu biznes şəbəkəsinin tərkib hissələridir. Bu obyektlərin Cuma Əhmədzadənin “Uluyurd” MMC şirkətinə daxil olduğu bildirilsə də heç bir rəsmi mənbədə bu barədə hər hansı sənədə rast gəlmək mümkün deyil.Qax rayonunda yerləşən beşulduzlu “El Resort” otelinin də Əhmədzadələrin biznes layihələrindən biri olduğu məlumdur.Lakin, həmişə mediyanın diqqətində olan, adı korrupsiyaner məmurlar siyahısında ilk sıralardan düşməyən Ə.Əhmədzadə öz varidatının təhlükəsizliyini təmin etməyi də yaddan çıxartmayır. Təcrübəli birisi kimi hər an “vurula” biləcəyini gözəl bilən ölkənin baş meloratoru öz biznesini ofşor zonalar daşımaqla gələcək təhlükəsizliyini təmin etməyi planlaşdırır. Verilən məlumatlara əsasən, Cuma Əhmədzadə 2002-ci ildə Londonda qeydiyyatdan keçmiş “Adviserco”LTD adlı şirkəti satın alaraq “Uluyurd” MMC-nin bu ad altında rebrendinqini həyata keşirib. ASC rəhbərinin biznesmen oğlunun əksər vaxtlarda Londonda yaşadığı da məlumdur.
Ə.Əhmədzadənin 20 illik “gərgin fəaliyyətinin” nəticələrini xalqımız 2010-cu ilin Kür daşqınları zamanı yaxşı görmüşdü. Kür daşqınlarının fəlakət həddində olmasının bilavasitə günahkarı kimi bu sahədə lazımi tədbirləri görməyən,vəsaitləri aidiyyatı üzrə xərcləməyərək mənimsəyən Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Ə.Əhmədzadənin adı hallandırılsa da, o vaxt meliorator seldən quru çıxmağı bacarmışdı. Ekspertlərin bildirdiyi kimi 2010-cu il daşqınlarının baş verməsinin ən əsas səbəblərindən biri su təsərrüfatı sistemlərinin düzgünqurulmaması,meliorasiya,drenaj, sahilbərkitmə, bəndvurma işlərinin aparılmaması idi. Dövlət büdcəsinə heç də ucuza başa gəlməyən həmin daşqınlardan sonra Ə.Əhmədzadənin vəzifədən alınacağı və məsuliyyətə cəlb olunacağı gözlənilsə də, bu baş vermədi. Bunun əsas səbəbi isə daşqınlardan sonra cəmiyyətdə yaranmış narazılıq dalğasının hakimiyyətdən uzaqlaşdırılması idi.Çünki, bu məsələdə hakimiyyətdə uzun illər təmsil olunan bir məmurun günühkar olmasının etirafı çox böyük rezonans doğura bilərdi. Bunu nəzərə alan iqtidar strateqləri mümkün narazılıqlardan yayınmaq üçün məsələnin ictimailəşməsinə imkan vermədi. Amma,ƏhmədƏhmədzadənin hakimiyyətin “qara siyahısına” düşdüyü heç kimdə şübhə doğurmur.Təsadüfi deyil ki, iqtidarın əsaslı kadr dəyişikliklərinə gedəcəyi bildirilən kimi adı çəkilən ilk məmurlardan biri yenə də Meliorasiya və Su Təsərrüfatı ASC-nin qocaman rəhbəri oldu. Bildirildiyinə görə, onun vəzifədən gedəcəyi tarix elə də uzaqda deyil. Görünür, ölkənin bir nömrəli melioratoru öz vəzifə kürsüsü ətrafında da lazımi bəndvurma, sahilbərkitmə işləri apara bilməyib. Yəqin ki, bu sel onu da öz ağuşuna alaraq aparacaqdır.Maraqlıdır ki, haralara?
NİCAT MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı

    Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı ...

    1-05-2014, 10:12

  • 
  • Ağdam Suvarma Sistemləri İdarəsində “sel kimi axıdılan” pullar kimin cibinə gedir?

    Ağdam Suvarma Sistemləri İdarəsində “sel kimi ...

    16-05-2014, 10:28

  • 
  • Əhməd Əhmədzadə Belarusdan 88 ekskavatoru necə aldı...

    Əhməd Əhmədzadə Belarusdan 88 ekskavatoru necə ...

    9-01-2014, 16:50

  • 
  • Maaşlar artılırdı

    Maaşlar artılırdı ...

    20-08-2013, 19:27

  • 
  • Oğuzda Əhməd Əhmədzadəni necə aldadıblar?

    Oğuzda Əhməd Əhmədzadəni necə aldadıblar? ...

    14-05-2014, 10:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu