GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Ağdam Suvarma Sistemləri İdarəsində “sel kimi axıdılan” pullar kimin cibinə gedir?

Ağdam Suvarma Sistemləri İdarəsində “sel kimi axıdılan” pullar kimin cibinə gedir?

Tarix: 16-05-2014, 10:28 Bölmə :Maraqlı Baxış: 0
Ağdam Suvarma Sistemləri İdarəsində “sel kimi axıdılan” pullar kimin cibinə gedir?
Dövlət pullarının “sel kimi axıdıldığı” təşkilatlardan biri “Melorasiya və Su təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və onun yerlərdəki idarə, müəssisələridir. Əhməd Əhmədzadənin rəhbərlik etdiyi su şəffaflığından uzaq olan bu ASC zaman-zaman dəhşətli korrupsiya faktları ilə diqqətə düşüb. ASC-nin strukturuna daxil olan bütün təşkilatlarda total korrupsiya adi hal alıb. Ölkənin suvarma sistemlərinin işinin təşkilinə məsul olan təşkilat öz fəaliyyəti ilə daha çox bu sahənin inkişafına əngəl törədən bir quruma çevrilib. Əhməd Əhmədzadənin yerlərdəki kadrları “sudan pul çıxarmağın” metodlarını çox gözəl bilirlər.
Düşünmək olardı ki, ölkənin bütün bölgələrində korrupsiya tüğyan etsə də düşmənlə üz-üzə duran cəbhə bölgələrində vəziyyət bir qədər fərqli olar. Lakin, təəssüf ki, ASC-nin Ağdam Suvarma Sistemləri İdarəsinin fəaliyyətinə nəzər yetirdikdə bunun tam əksini müşahidə etmək olar. Aldığımız məlumatlara əsasən, burada tamamilə özbaşınalıq hökm sürür. İdarənin müdiri Hafiz Əzimzadənin yarıtmaz fəaliyyəti nəticəsində Ağdam Suvarma Sistemləri İdarəsində korrupsiya, talançılıq gündəlik iş prinsipinə çevrilib. Əsas vəzifəsi Ağdamın mülkiyyət növündən asılı olmayaraq bütün torpaqlarının suvarılması, kanalların, arxların, dren-kollektor və yığıcı kollektorların lil və bitki örtüyündən təmizlənməsi, hidrotexniki qurğuların işlək vəziyyətdə saxlanması, Qarqarçaydan və Xaçınçaydan gələn sel sularının, daşqınların qarşısının alınması olan bu idarədə qeyd etdiyimiz işlərdən başqa hər işlə məşğul olurlar. Yetər ki, bolluca maliyyə vasitəsi olsun. İdarədə onu necə “sərf etməyin” xüsusi metodları var. İdarənin balansında 365 kilometr suvarma kanalı, 27 kilometr dren-kollektor şəbəkəsi, 129 hidrotexniki qurğu, 4 suyığıcı göl, 11 kəhriz, 2 qaynama olmasına baxmayaraq Ağdam əhalisi problemlər içərisində qalıb. Hafiz Əzimzadə idarəni xüsusi mülkiyyətinə çevirərək istədiyi kimi idarə edir.Yuxarıda sadaladığımız qurğuların işinin keyfiyyətli təşkili üçün hər il dövlət büdcəsindən külli miqdarda vəsait ayrılsa da işlər ancaq “kağız” üzərində görülür. Hər ay yüz minlərlə manat dövlət vəsaiti saxta sənədlər tərtib etməklə mənimsənilir. Odur ki, bu gün Ağdamın suvarma sistemləri çox bərbad durumdadır. Bəzi ərazilərdə suvarma sistemləri istifadəyə yararsız vəziyyətdədir. Lakin, Hafiz Əzimzadənin sənədlərində bu sistemlər dəfələrlə yüksək səviyyədə təmir olunub. Əldə etdiyimiz məlumatlara əsasən, idarə müdiri rayon rəhbərliyi, həmçinin “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin məsul şəxsləri ilə əlbir olaraq saxta sənədlər tərtib etməklə, “kağız üstü” işlər görməklə külli miqdarda vəsaiti ələ keçirir. Daxil olan məlumatlara əsasən rayonun Quzanlı, Qaravəli, Qasımbəyli kəndlərinin drenləri illərdir ki, təmir olunmadığı üçün yararsız duruma düşüb. Ancaq, Hafiz Əzimzadənin sənədlərində bu məqsədlə yüz minlərlə manat dövlət vəsaiti sərf olunub. Rayondan bildirilir ki, yalnız o sistemlər təmir olunur ki, onlardan idarə müdirinin iiqat qazanmaq inkanları olsun. Belə ki, imkanlı şəxslərin, məmurların şəxsi təsərrüfatlarında görülən işlər üçün əldə olunan vəsaitlər birbaşa idarə müdiri Hafiz Əzimzadə tərəfindən mənimsənilir. Beləcə həm dövlət vəsaitləri, həm də şəxsi hesablardan əldə olunan pullar mənimsənilir.
Hafiz Əzimzadə idarənin fəaliyyətini “ölü” duruma saldığı kimi, ştat cədvəlində də xeyli sayda “ölü canlar” saxladığı haqqında məlumatlar var. Əldə etdiyimiz bilgiyə görə, Suvarma Sistemləri İdarəsində 170 nəfər işçi çalışmalıdır. Lakin, bu işçilərin yalnız cüzi bir hissəsi işləyir. Təqribən 130-dan çox işçinin adına əmək haqqı yazılsa da onları görüb, tanıyan yoxdur. Adları idarədə gedən bu işçilərin əmək haqqlarını isə Hafiz Əzimzadə hər ay özü alır. Doğrudan da, idarə müdirinin fəaliyyəti “təqdirə layiqdir”. Bir nəfərin 130-dan çox adamın yerinə “çalışması” faktına dünya praktikasında yəqin ki, hələ rast gəlinməyib. Hafiz Əzimzadənin sevimli metodlarından biri də dövlət vəsaitlərinin “nağdlaşdırma” üsulu ilə ələ keçirilməsidir. Belə ki, idarə müxtəlif işlərin görülməsi üçün digər müəssisələrlə müqavilələr bağlayır. Heç bir iş görməyən belə müəssisələrin hesablarına köçürülmüş pullar müvafiq vergilər tutulandan sonra nağdlaşdırılır və idarənin özünə qaytarılır. Bu yolla külli miqdarda dövlət vəsaiti mənimsənilir.
Ağdam Suvarma Sistemləri İdarəsinin fəaliyyəti barəsində dəfələrlə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyinə, digər qurumlara şikayətlər olunsa da, vəziyyət dəyişməyib. Dövlət pullarını Ağdamda beləcə mənimsəyib üstündən də su içirlər. Amma, bu idarə torpaqların suvarılmasını təmin etmək üçün yaradılıb, konkret şəxslərin maraqlarını təmin etmək üçün yox!
Nicat MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hafiz Əzimzadənin qaranlıq oyunları

    Hafiz Əzimzadənin qaranlıq oyunları ...

    22-05-2014, 10:16

  • 
  • Əhməd Əhmədzadənin Oğuzdakı adamı nə işlə məşğuldur?

    Əhməd Əhmədzadənin Oğuzdakı adamı nə işlə ...

    10-04-2014, 10:05

  • 
  • Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı

    Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı ...

    1-05-2014, 10:12

  • 
  • Əhməd Əhmədzadənin sağ əli Ağcabədidə meydan sulayır

    Əhməd Əhmədzadənin sağ əli Ağcabədidə meydan ...

    29-01-2014, 12:29

  • 
  • Əhmədzadənin QARANLIQ CAHANI... - İDDİA

    Əhmədzadənin QARANLIQ CAHANI... - İDDİA ...

    18-07-2019, 11:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu