GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Badamdar bələdiyyəsinin sədri Həbib Əsədovun “Benzin pulu əməliyyatı» gizlinləri

Badamdar bələdiyyəsinin sədri Həbib Əsədovun “Benzin pulu əməliyyatı» gizlinləri

Tarix: 16-03-2014, 12:44 Bölmə :Manşet Baxış: 1 095
Badamdar bələdiyyəsinin sədri Həbib Əsədovun “Benzin pulu əməliyyatı» gizlinləri
Hüquq-mühafizə orqanları baş verənlərə niyə seyriçi mövqe tutur?

Ölkəmizdə bələdiyyə institutu 1999-cu ildən fəaliyyət göstərməsinə baxmayaraq, hələ də tam formalaşmayan, öz funksiyalarını doğru düzgün yerinə yetirməyən bir struktura çevrilib. Azərbaycanda 5 mindən çox bələdiyyə, 80-nə yaxın icra hakimiyyəti var. Lakin, yarandığı gündən bələdiyyələr icra strukturlarından asılı vəziyyətdə fəaliyyət göstərərək, daha çox torpaq alveri ilə məşğul olmaq funksiyasını yerinə yetirib. 1999-cu ildən 2009-cu ilə qədər torpaqlar bilavasitə bələdiyyələrin əli ilə satılırdı. Bu proses isə bələdiyyələrin öz işiylə məşğul olmasından çox makler rolunu oynamasına səbəb olurdu.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, yaranmasından 15 ildən çox vaxt keçməsinə baxmayaraq, bələdiyyə strukturunun formalaşdırılmasında, hüquqi normativ sənədlərdə kifayət qədər boşluqlar var. İndiyə qədər yerli idarəetmə qurumlarının nə dəqiq torpaq fondu məlumdur, nə də torpaqların sərhəddini müəyyənləşdirən xəritələr mövcuddur. Bu isə bir çox “fərasətli” bələdiyyə sədrlərinə əməlli-başlı bazar açmaq üçün şərait yaradıb. Azərbaycanda bir torpaq sahəsini bir neçə müştəriyə satmaq ənənəsi də elə bələdiyyələrin uğurlu tapıntılarından biridir. Və yaxud təzə satılmış torpaqları əvvəlki illərdə satılmış kimi sənədləşdirib xeyli vəsaiti mənimsəmək də bələdiyyələrin yazılmamış qanunlarındandır. Seçkili orqan olan, yerli idarəetmə funksiyası daşıyan bələdiyyə təşkilatını öz qanunları ilə idarə edən, bu sahədə bir çox “tarixi ilklərə” imza atan sədrlərdən biri də Badamdar bələdiyyəsinin rəhbəri Həbib Əsədovdur. O, idarəetmə sahəsində xüsusi metodlardan istifadə edərək Badamdar ərazisini özü üçün gəlirli bir “toçkaya” çevirib. Bu gün Badamdara qədəm basan hər kəs o dəqiqə hiss edir ki, buranın çox “zəhmətkeş” bir bələdiyyə sədri var. Sürücülər Badamdar yollarındakı çala-çökəkləri saya-saya ətrafa üfunət iyi yayan zibilliklərin əhatəsindən keçdikcə bu ərazinin bələdiyyə təşkilatını “böyük məhəbbətlə” yad edirlər. Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin adını daşıyan küçələr baxımsızlıqdan cəngəlliyi xatırladır. Adi sanitariya qaydaları belə təmin olunmur. Kanalizasiya xətlərinin köhnəlməsi, yararsız vəziyyətdə olması səbəbindən küçələr gölməçələrlə doludur. Amma, bütün bunlar Həbib Əsədovu əsla narahat etmir. Çünki, onun alınmaz qalaya çevirdiyi idarə binasına kimsənin gəlməyə və bu problemlər haqqında danışmağa imkanı yoxdur. Ətrafına yaxınlarını ,doğmalarını toplamaqla etibarlı “mühafizə “ sistemi formalaşdıran bələdiyyə sədri üçün Badamdar ərazisi ancaq gəlir gətirən obyektlərdən ibarətdir. Yerdə qalan ərazilər, əhalinin problemləri isə o qədər də əhəmiyyət daşımır. Həbib Əsədovun rəhbərlik etdiyi bələdiyyədə onun ürəyincə olmayan, etibar etmədiyi heç bir kadr işləyə bilməz. Çünki, burada aparılan və az qala dövlət sirri səviyyəsində qorunan qaranlıq əməllərdən, əməliyyatlardan kənar şəxsin xəbərdar olması arzuolunan deyil. Hətta, onun rəhbərlik etdiyi bələdiyyə orqanına müdaxilə etməyə özündən yuxarı səlahiyyət sahiblərinin belə imkanı çatmır.
Sırf ixtisasım Bələdiyyə sahəsinə aid olduğu üçün əmək fəaliyyətimə ərazisində yaşadığım Badamdar bələdiyyəsində başlamaq istədim. Qafqaz Universitetinin Dövlət və Bələdiyyə İdarəetməsi fakultəsinin ilk məzunlarından biriyəm. Bələdiyyə strukturu, bu sahənin hüquqi-normativ sənədləri ilə yaxından tanışam. Odur ki, qazandığım biliklərlə yaşadığım əraziyə daha çox fayda verməyi düşünürdüm. Amma, elə bələdiyyə sədrinə ilk müraciətimdəcə hiss etdim ki, deyəsən Badamdar bələdiyyəsində Azərbaycan qanunları işləmir. Çünki, Həbib Əsədov hər dəfə məni işə götürməmək üçün elə arqumentlərə əl atırdı ki, bunların heç biri reallığa uyğun gəlmirdi. Xeyli get-gələ məruz qalandan sonra Həbib Əsədov maneəsini aşmağın mümkünsüzlüyünü görüb daha yuxarı instansiyalara müraciət etmək qərarına gəldim. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə bələdiyyə strukturlarında ixtisaslı kadrlara daha çox ehtiyac olduğunu bildirərək mənim Badamdar bələdiyyəsində işləməyimin ümumi işin xeyrinə olacağını bildirdi. Onun tövsiyyəsindən sonra Həbib Əsədov könülsüz də olsa, məni bələdiyyədə işlə təmin etməyə məcbur oldu. Amma, elə ilk iş günündən hiss etdim ki, mən Həbib Əsədov üçün bələdiyyədə heç də arzuolunan kadr deyiləm. Çünki, onun formalaşdırdığı idarəetmə üsuluna, komandaya uyğun gəlmirdim. Badamdar bələdiyyəsinin hüquqşünası olmağıma baxmayaraq, mən əsas işlərə yaxın buraxılmırdım. Hüququ pozulan və bu səbəbdən məhkəmə orqanlarına üz tutan vətəndaşların proseslərinə isə məni yaxın buraxmamaq üçün H.Əsədov bütün vasitələrdən istifadə edirdi. Hüquq təhsili olmayan, amma, bələdiyyə sədrinin əməllərini pərdələmək sahəsində “əvəzolunmaz “ kadrlar olan şəxslər şübhəli məhkəmə proseslərində H.Əsədovun “hüquqlarını” qoruyurdular. İştirakçısı olduğum bir neçə prosesdə isə Badamdar bələdiyyəsində hökm sürən ab-havanın necə olması haqqında az-çox məlumat toplaya bildim. Həbib Əsədovun torpaq sahibi olmaq istəyən hər kəsə şərait yaratmasının isə çox maraqlı bir üsulu olduğunun şahidi oldum. Heç kimə “yox” demək istəməyən bələdiyyə sədri xalqın “mənafelərini” nəzərə alaraq eyni ərazini bir neçə şəxsə satmaqdan belə çəkinmədiyi üçün çoxlu şikayətlərlə üzləşirdi. Lakin, öz işinin mahir “ustası” olan H.Əsədov məhkəmələrdə “işləri yoluna qoymağı” çox məharətlə bacarır. Təbii ki, bu işlərdə ona ixtisaslı hüquqşünas lazım olmadığı üçün tezliklə mənimlə vidalaşmağa qərar verildi. 2013-cü ilin fevralından məni Badamdar bələdiyyəsində görmək əzabına qatlaşan Həbib Əsədovun hövsələsi ancaq 8 ay dözdü. 2013-cü ilin sentyabrında bələdiyyənin mənə əmək haqqı verməyə imkanı olmaması kimi absurd səbəblə işdən azad olundum. Mənim bələdiyyədəki fəaliyyətimdən bir “xeyir” görməyən H.Əsədov bunun heyfini işdən azad olunmağımdan çıxmağı bacarıb. Belə ki, 2013-cü ilin sentyabrında işdən azad olunsam da, əmək kitabçasında mənim 2014-cü ilin fevralında işdən çıxarıldığım qeyd olunub. Yəqin ki, Həbib müəlim aradan keçən aylarda mənim adıma yazılan əmək haqlarını Badamdar qəsəbəsinin sosial iqtisadi inkişafına sərf edib. Amma, bu yaxınlarda Lider kanalında efirə gedən bir süjetdən sonra başqa bir ehtimal ortaya çıxdı. Badamdar qəsəbəsindəki acınacaqlı durumu, dözülməz şəraiti işıqlandıran kanalın əməkdaşlarına “benzin pulu” təklif edən Həbib Əsədovun nə qədər çox xərcə düşdüyünü görəndən sonra anladım ki, mənə əmək haqqı verməyə niyə bələdiyyənin imkanı çatmır. Sən demə problemləri işıqlandıran, Badamdarın mövcud ağır durumundan söz açanlar üçün Həbib müəllim zapravka açıbmış, mənim də xəbərim yoxmuş. Öz qanunsuz fəaliyyətini rüşvətlə, “benzin pulu” ilə ört-basdır etməyə çalışan bələdiyyə sədrinin daha bir əməli də beləcə faş olundu. Bütün ölkə çapında prezidentin bilavasitə göstərişi və nəzarəti altında antikorrupsiya əməliyyatları aparıldığı, rüşvətxorluğa qarşı mübarizənin kəskinləşdiyi bir vaxtda Həbib Əsədov kameralar önündə rüşvət təklif etməyə belə cəsarət edir. Görəsən, ona bu arxayınlığı, toxunulmazlığı kim verib? Həbib Əsədovun dövlət siyasətinə, prezidentin göstərişlərinə münasibəti budurmu? Sivil cəmiyyətlərdə belə vəziyyətə düşən vəzifə sahibləri ən yaxşı halda istefa verərək əməllərini etiraf etdiyi halda H.Əsədov hələ də heç nə olmayıbmış kimi Badamdar bələdiyyəsinin əvəzolunmaz sədri kimi fəaliyyətini davam etdirir. Bəs görəsən, hüquq mühafizə orqanları, Korrupsiyaya qarşı Mübarizə İdarəsi hara baxır? Ortalıqda bu boyda fakt olmasına baxmayaraq, Həbib Əsədovu hansı əsasla müdafiə edirlər? Yoxsa antikorrupsiya kompaniyasının, rüşvətxorluğa qarşı mübarizənin bələdiyyə sədrlərinə, konkret olaraq Həbib Əsədova aidiyyatı yoxdur? Bu barədə cavabdeh orqanlar tezliklə öz sözünü deməli, Badamdar bələdiyyəsində açılmış qanunsuz yanacaqdoldurma məntəqəsini qapatmalıdırlar. Əks təqdirdə Həbib Əsədovun benzinkolonkasında baş verə biləcək hər hansı partlayışın tüstüsü çox uzaqlara yayılacaqdır. Bu məsələyə Səbael rayon prokurorluğunun da seyriçi mövqe tutması, heç bir tədbir görməməsi də bir çox suallar ortaya çıxarır. Bəlkə, Həbib Əsədovun belə “zapravkaları” çoxdur, amma biz bilmirik. Mövzunu diqqətimizdə saxlayacağıq.
ELMAN AYDINOĞLU
[color=#FFCCFF][/color]
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Bələdiyyələr nə işlə məşğul olur

    Bələdiyyələr nə işlə məşğul olur ...

    26-03-2014, 23:43

  • 
  • Ərdoğan: "Buqələmunə hörmətsizlik olar, amma bunlar ondan da betərdirlər"

    Ərdoğan: "Buqələmunə hörmətsizlik olar, amma ...

    23-07-2016, 01:25

  • 
  • Badamdar bələdiyyəsinin şok fırıldaqları

    Badamdar bələdiyyəsinin şok fırıldaqları ...

    17-04-2014, 10:17

  • 
  • Badamdarı “dara çəkən” Həbib Əsədov - FOTOLAR

    Badamdarı “dara çəkən” Həbib Əsədov - FOTOLAR ...

    4-04-2014, 10:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu