GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bələdiyyələr nə işlə məşğul olur

Bələdiyyələr nə işlə məşğul olur

Tarix: 26-03-2014, 23:43 Bölmə :Ölkə Baxış: 1 858
Bələdiyyələr nə işlə məşğul olur
Mehdi Səlimzadə:
"Dövlət büdcəsi necə yaradılırsa, necə təsdiqini və icrasını
tapırsa, bələdiyyənin də büdcəsi eyni qaydada işlənməlidir"


Türkiyədə bələdiyyə idarəetməsi dövlətin əsas sütunlarından biri sayılır. Vətandaşların bu seçkidəki fəallığı isə namizədlərin seçkiqabağı təbliğatında aktiv iştirakları ilə bir daha sübut olunur. Bəs vətəndaşın bələdiyyədən gözlədiyi nədir? Türkiyədə vətəndaş bələdiyyədə təmsil olunmaq üçün seçdiyi namizəddən sözün əsl mənasında iş tələb edir. Küçələrin təmizliyindən tutmuş, şəhərlərin infrastrukturu hər şey bələdiyyədən asılıdır. Bəs Azərbaycanda vətəndaşın bələdiyyədən gözlədiyi niyə olmur?
Bələdiyyələrin fəaliyyətsizliyi müzakirə mövzusudur.
Azərbaycan nə Türkiyədir, nə də bizdə bələdiyyələr Türkiyə bələdiyyələrinə oxşayır. Baxmayraq ki, qanun bələdiyyələrə tam müstəqillik və o qədər də səlahiyyət verib ki, istifadə edə bilsələr heç gözümüz qonşu dövlətlərin təcrübəsində qalmaz. Amma bizdə bələdiyyələr sanki torpaq satmaq üçün yaradıldı və indi də təkcə missiyasını bitirmiş yox, həm də ömrünü başa vurmuş qoca təəssüratı yaradır. Hərçənd, Azərbaycanda bələdiyyənin vur-tut 15 yaşı var. 1999-cu ildə ölkədə ilk dəfə bələdiyyə seçkiləri keçiriləndə bu qurumdan gözləntilərimiz çox idi. Bələdiyyə bizi əhatə edən infrastruktura sözün əsl mənasında cavabdehlik daşımalıydı. Məktəb, xəstəxana, rabitə, yol və su çəkilməsi, parkların abadlaşdırılması... Qısası, saymaqla qurtarmayacaq qədər işlər bələdiyyələrin boynundaydı. Amma o nə etdi?
Bələdiyyədən narazı Adil Məmmədov: "Bələdiyyə özü kəndə sapoxla gəlir. Yollarımız nə gündə. Camaat özü özünə nə edirsə edir öz başına".
Bəs bələdiyyə niyə ondan gözləntiləri doğrultmadı? Niyə biz bələdiyyələri icra hakimiyyətlərinin vassalı kimi tanıdıq? Və bələdiyyənni sözün əsl mənasında bələdiyyə olması üçün nə işlər görülməlidir?
Yeri gəlmişkən, bu gün Azərbaycanda 1718 bələdiyyə fəaliyyət göstərir. Və məlumatlara görə, bu bələdiyyələrin illik ümumi gəliri 35 milyon manatdan bir qədər çoxdur. Statistika göstərir ki, bələdiyyələr əllərində olan vəsaitlə yalnız öz işçilərinin maaşlarını verə bilirlər.
Amma bu o demək deyil ki, bələdiyyələr gəlirsiz sahədir. Bələdiyyələr bu gün əhalidən həm əmlak və torpaq vergisi toplayır, həm də əllərində olan torpaqları icarəyə vermək, satmaqla məşquldurlar. Bu rəsmi statistikada da açıq-aydın görünür. Ötən il bələdiyyələrin gəlirlərinin yarıdan çoxu yəni 55.5 faizi torpaq satışından, 20.3 faizi torpaqlarının icarə verilməsindən ibarət olub. Üstəlik hər il dövlət büdcəsindən bələdiyyələrə 5,2 milyon manat dotasiya da ayrılır. Amma reallıq budur ki, bələdiyyələr hətta əllərində olan bu vəsaitləri də düzgun istifadə etmir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi də bələdiyyələrin yarıtmaz fəaliyyətini etiraf edir.
Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə: "Dövlət büdcəsi necə yaradılırsa, necə təsdiqini və icrasını tapırsa, bələdiyyənin də büdcəsi eyni qaydada işlənməlidir, hazırlanmalıdır, təsdiq olunmalıdır və icra edilməlidir. Amma təəssüflər olsun ki, bəzi hallarda daxil olan vəsait nəzərdə tutulan istiqamətə deyil, tamamilə səmərəsiz bələdiyyənin inkişafına xidmət etməyən istiqamətlərə xərclənir".
"Səndən yar, sənə yar şikayətim var" xarakterli bu açıqlama hər halda ilk növbədə bələdiyyələrin özünü, bu qurumu genişləndirmək isə hamımızı düşündürməlidir. Uzağa getməyək, hətta Ermənistanda belə ərazi nazirliyi var. Bələdiyyələri bir nazirliyin qanadı altına alsaq, bəlkə o zaman biz də doğurdan da nəyəsə nail ola bilərik. Hələlik biz bu bələdiyyələrlə yalnız özümüzü aldatmağa nail olmuşuq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Badamdarı “dara çəkən” Həbib Əsədov - FOTOLAR

    Badamdarı “dara çəkən” Həbib Əsədov - FOTOLAR ...

    4-04-2014, 10:33

  • 
  • Qərib Məmmədovdan start siqnalı

    Qərib Məmmədovdan start siqnalı ...

    6-05-2013, 23:58

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Bələdiyyələrin statusu necə olacaq?

    Bələdiyyələrin statusu necə olacaq? ...

    25-05-2014, 12:48

  • 
  • Badamdar bələdiyyəsində Həbib Əsədov sayağı “kadr siyasəti”

    Badamdar bələdiyyəsində Həbib Əsədov sayağı “kadr ...

    3-03-2014, 17:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu