GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Badamdarı “dara çəkən” Həbib Əsədov - FOTOLAR

Badamdarı “dara çəkən” Həbib Əsədov - FOTOLAR

Tarix: 4-04-2014, 10:33 Bölmə :Manşet Baxış: 1 090
Badamdarı “dara çəkən” Həbib Əsədov - FOTOLAR
Bələdiyyə sədrinin əməllərinə Səbail rayon
İcra Hakimiyyətindən niyə reaksiya verilmir?


Türkiyədə 30 Mart tarixində baş tutan bələdiyyə seçkilərini xatırlayanda adamın yadına Azərbaycan bələdiyyələri düşür. Bizdə bələdiyyə orqanlarının fəaliyyəti elə səviyyədədir ki, onların adına hardasa rast gəlməsən ümumiyyətlə belə bir qurumun olduğunu xatırlamaq belə mümkünsüzdür. Türkiyədə bələdiyyələrin formalaşdırılması ümummilli iş səviyyəsində həll olunduğu halda bizlərdə bu struktur daha çox yerli icra orqanlarının “Şilləvuranı” funksiyasını yerinə yetirir. Dünya praktikasına baxsaq görərik ki, bələdiyyə idarəetməsi dövlətin əsas sütunlarından biri hesab olunur. Vətəndaşlar seçkilər yolu ilə layiq bildikləri namizədlər vasitəsilə yerli idarəetmə orqanlarını formalaşdırır, yaşadıqları ərazinin problemlərinin həllində aktiv iştirak edirlər. Bələdiyyəyə seçilmiş üzv isə seçiciləri qarşısında məsuliyyət daşıyır, onlara hesabat verir. Bələdiyyə institutları fəaliyyət göstərən bütün ölkələrdə onların ərazinin sosial, iqtisadi problemlərinin həllində rolu böyükdür. Küçələrin təmizliyindən tutmuş bütün infrostrukturun işinin təşkilinə qədər hər şey bələdiyyədən asılıdır.
Amma, necə deyərlər, bura Azərbaycandır. Bizim bələdiyyələrimiz də heç bir ölkənin bələdiyyəsinə bənzəməz. Bizdə dərdinə çarə axtaranda bələdiyyə üzvü tapmaq olmur, ancaq iki daşı üst-üstə qoyub toyuq hini tikmək istəsən bələdiyyə üzvləri o dəqiqə başının üstünü alıb “haqqını”tələb eləyər. Azərbaycan bələdiyyələri torpaq satmaq üzrə, vergi toplamaq sahəsində “ixtisaslaşıblar”, onların başqa səlahiyyətləri “yoxdur”. Əslində isə qanunlarımız bələdiyyələrə kifayət qədər böyük səlahiyyətlər verib. Cəmisi 15 illik fəaliyyəti dövründə yerli idarəetmə orqanları tamamilə etimadı itirərək “ölü canlara” dönüblər. İlk dəfə 1999-cu ildə bu struktur yaradılanda hamının böyük ümidləri var idi. Hamı düşünürdü ki, yeni yaradılan bu orqanlar xalqın uzun illər yığılıb qalan problemlərinin həllinə yardımçı olacaq, əhatə etdiyi ərazini əsl “cənnətə” döndərəcək. Axı bələdiyyələr yerləşdiyi ərazinin bütün infrostrukturuna cavabdehlik daşıyır. Məktəb, xəstəxana, rabitə, yol çəkilişi, küçələrin, parkların abadlaşdırılması və daha çox işlər bu strukturun üzərinə düşən vəzifələrdir. Heyhat, daşa dəyib çiliklənən çox arzular kimi xalqımızın “bələdiyyə arzuları” da boşa çıxdı. Bu gün Azərbaycanda 1718 bələdiyyə orqanı fəaliyyət göstərsə də onların işi nəzərə çarpmır. Məlumatlara görə bu bələdiyyələrin illik gəliri 35 milyon manatdan çoxdur. Ancaq nədənsə bələdiyyələrin gəliri ancaq öz işçilərinin əmək haqqını verməyə çatır. (Baxmayaraq ki, Badamdar Bələdiyyəsinin sədri Həbib Əsədov mənə maaş verməyə “vəsait tapmadı”). Bu heç də o demək deyil ki, bələdiyyələr tamamilə gəlirsiz sahədir. Hamıya məlumur ki, bələdiyyələr bu gün əhalidən həm əmlak, həm də torpaq vergiləri toplayır, eyni zamanda əllərinə olan torpaqları icarəyə verməklə və satmaqla məşğuldurlar. Elə rəsmi statistika da bunu açıqca ortaya qoyur. Verilən məlumatlara görə, ötən il bələdiyyələrin gəlirlərinin yarıdan çoxu , yəni 55,5 faizi torpaq satışından, 20,3 faizi torpaqların icarəyə verilməsindən, əldə olunub. Dövlət tərəfindən hər il bələdiyyələrə 5,2 milyon manat dotasiya ayrıldığını da nəzərə alsaq ortaya ciddi rəqəm çıxar. Amma, reallığa baxsaq görərik ki, bələdiyyələr bu vəsaiti tələbatı üzrə xərcləmir, mənimsəmə və korrupsiya halları baş alıb gedir. Nə vaxt dindirsən vəsait çatışmamazlığından az qala dəsmal götürüb ağlayan bələdiyyə əməkdaşlarının şəxsi həyatlarına nəzər salsaq görərik ki, bələdiyyələr heç də “pulsuz məşğuliyyət” deyilmiş. Bələdiyyə torpaqlarının əsl sahibinə çevrilən işbaz sədrlər “ay alan, məmləkəti Rey satıram” deyib eninə-uzununa satdıqları torpaqlarının dəyərini sənədlərdə qəpik-quruş göstərib yerdə qalan böyük məbləği isə “ortaqları” ilə bölüşürlər. Xalqın “seçdiyi” bələdiyyələr xalqın torpaqlarının alverçisinə çevrilib böyük sərvət sahibləri olduqları halda yerləşdikləri ərazinin xırda bir probleminin həllinə “vəsait tapmırlar”.
Bələdiyyə orqanlarının fəaliyyətindən “əli bala batan” ərazilər içərisində Badamdarın adını çəkməmək günah olardı. Bu gün Badamdarda yaşayan hər kəs bələdiyyənin, onun əvəzedilməz sədri Həbib Əsədovun “şanlı əməllərinin” nəticələrini gündəlik həyatında hiss edir. Sakinlərin bir dəfə küçəyə çıxması kifayətdir ki, H.Əsədovun Badamdar üçün necə can yandırdığının şahidi olsunlar. Qışda palçıqdan, yayda ifunət iyindən keçilməz olan bu küçələr əsl cəhənnəmi xatırladır. Həbib Əsədov və komandası Vətənin azadlığı yolunda canından keçərək cənnətə gedən şəhidlərimizin adlarını daşıyan küçələri cəhənnəmə çevirməklə öz “vətənpərvərliklərini” sübut edirlər. Bunu görmək üçün çox da uzğa getməyə ehtiyac yoxdur. Həbib Əsədovun şəhidlərə və bələdiyyə sədri olduğu əraziyə münasibəti elə onun özünün də yaşadığı küçədən aydın olur. Şəhid Tofiq Məmmədovun adını daşıyan küçədə yaşamasına baxmayaraq, bələdiyyə sədri buranın bərbad görünüşündən, xarabazarı xatırladan vəziyyətindən əsla narahat olmur. Çünki, Badamdarın bütün ərazilərinin halı elə bu gündədir. Badamdar qəsəbəsinə “ürəkdən bağlı olan” Həbib Əsədov isə bir küçənin abad olmasındandırsa bütün ərazinin bərbad olması daha yaxşıdır prinsipini əsas tutaraq əlini ağdan qaraya vurmur. 3-cü yaşayış massivinin yolları isə ümumiyyətlə Badamdarın göz muncuğudur. Baxımsızlıqdan dağılıb gedən, zir-zibil yığınına çevrilən bu yollardan H.Əsədova nə qədər şikayət olunsa da sədr dediyindən dönməyərək tədbir görmür ki, görmür. Müxtəlif mətbuat orqanlarında, tədbirlərdə bələdiyyənin əhalidən vergi yığa bilməməsindən ağızdolusu danışan Əsədovun Badamdarda xüsusi vergitoplama metodları vardır. Buranın vergi yığımı sanki, Həbib bəyə iltizama verilib.(Orta əsrlərdə imkanlı adamlar dövlətə çatacaq vergi məbləğini xəzinəyə ödəyir, sonra həmin ərazidən kefləri istəyən qədər vergi toplayırdılar). İlin istənilən vaxtında bələdiyyə vergi yığanlarının sakinləri “divara dirədiyinin” şahidi olmaq olar. Özü də bu vergilərdə “hallı halına görə” prinsipi qorunub saxlanılır. İmkanlılardan daha çox, bir az kasıblardansa nisbətən az pul aldırmaqla Həbib Əsədov insafını hələ əldən vermədiyini göstərir. Toplanan vergilərin isə nə altı olur, nə də üstü. Həbib Əsədovun “rasxodunun” çox olmasından ötən yazımızda ətraflı bəhs etdiyimiz üçün sədrin “benzin pulu”, “obed pulu” kimi əməllərini bir daha sadalamaq istəmirik. Odur ki, əhalidən toplanan vəsaitdən bir qara qəpik də olsun Badamdarın abadlığına sərf olunmur, yoxsa qəsəbənin vəziyyəti indiki acınacaqlı durumda olmazdı. Bələdiyyə sədrinin kreditlərini bağlamaq kimi strateji hədəflər olduğu halda küçələrin cəngəlliyi xatırlatmasına hər bir Badamdar sakini “məmuniyyətlə dözməlidir”.
Həbib Əsədov bələdiyyənin qanunsuz əməllərini əsl “ziyalısayağı” yollarla ört-basdır etməkdə də əvəzsizdir. Heç kimə bəlli olmayan şəraitdə diplom alaraq adını geniş elmi ictimaiyyətin sırasına yazdıran H.Əsədovun “təhsil yollarına” işıq salınsa, onun “elmi fəaliyyətinin” bir çox gizlinlərini üzə çıxartmaq olar. Başqalarının alimlik dərəcəsi aldığı bir yaşda diplom alan bələdiyyə sədrinin “elmi fəaliyyəti” əsl təhqiqat obyektidir.
Badamdarın bu dar günlərində sakinlərin səsinə hay verən yoxdur. Deyəsən burada ən yüksək səs Həbib Əsədova məxsusdur, yoxsa bütün əhalinin etiraz səsini də eşidən olardı. Sanki, Həbib Əsədov Badamdarı özəlləşdirib, heç kimin buraya müdaxilə etməsi mümkünsüzdür. Bəlkə ona bu “səlahiyyətləri” gözəgörünməz hamiləri veriblər? Səbail rayon İcra Hakimiyyətinin Həbib Əsədovun “fəaliyyətindən” xəbəri yoxdurmu? Hörmətli icra başçısı Asif Əskərov, onun səlahiyyətli müavinləri Badamdar sakinlərini problemlər girdabında boğan Həbib Əsədovun əməllərinə niyə son qoymurlar? Bu suallar hər bir Badamdar sakinini narahat etsə də, nədənsə səlahiyyət sahibləri susmağa üstünlük verirlər. Sanki, Həbib Əsədovun etdiyi qanunsuzluqlar onların ürəyindəndir! Badamdar qəsəbəsini bərbad vəziyyətə salan bələdiyyə sədrinin fəaliyyəti dərindən araşdırılarsa, çox mətləblərə aydınlıq gələr. Artıq icra başçısı Asif Əskərovun, digər əlaqədar qurumların hərəkətə keçməsi vacibdir. Yoxsa sonra gec ola bilər. Onsuz da yetərincə gecikilib!
ELMAN AYDINOĞLU

Badamdarı “dara çəkən” Həbib Əsədov - FOTOLAR
Badamdarı “dara çəkən” Həbib Əsədov - FOTOLAR
Badamdarı “dara çəkən” Həbib Əsədov - FOTOLAR
Badamdarı “dara çəkən” Həbib Əsədov - FOTOLAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə dəhşətli partlayış- 42 ölü, 100 yaralı +Ən son  FOTOLAR

    Türkiyədə dəhşətli partlayış- 42 ölü, 100 yaralı ...

    11-05-2013, 22:19

  • 
  • Azərbaycanlı namizəd Türkiyədə bələdiyyə sədri seçildi

    Azərbaycanlı namizəd Türkiyədə bələdiyyə sədri ...

    1-04-2014, 11:32

  • 
  • Türkiyədə bələdiyyə seçkilərində silahlı qarşıdurma yaranıb, 9 nəfər yaralandı

    Türkiyədə bələdiyyə seçkilərində silahlı ...

    30-03-2014, 14:48

  • 
  • Bələdiyyə binasında ölüm

    Bələdiyyə binasında ölüm ...

    10-02-2014, 13:06

  • 
  • İcra başçısı 23 bələdiyyəyə xərac kəsib

    İcra başçısı 23 bələdiyyəyə xərac kəsib ...

    8-11-2013, 14:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu