GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Milli Məclisdə hesabat qalmaqalı

Milli Məclisdə hesabat qalmaqalı

Tarix: 16-03-2014, 12:47 Bölmə :Manşet Baxış: 748
Milli Məclisdə hesabat qalmaqalı
Güc nazirliklərinin rəhbərləri adəti üzrə parlamentə gəlməyib

Milli Məclisin növbəti iclası keçirilib. İclasda Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqda hesabatı müzakirə olunub. Hesabatı Azərbaycan hökuməti adından baş nazir Artur Rəsizadə təqdim edib. Baş nazir bildirib ki, hökumətin fəaliyyətinin əsas ana xəttini xalqın rifahını yüksəltmək təşkil edib. Onun sözlərinə görə, bunun üçün ilk növbədə makroiqtisadi sabitlik qorunub saxlanılıb.
Baş nazir əlavə edib ki, 2013-cü il dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri keçirilib: “İndiyə qədər gördüyü xidmətləri layiqincə qiymətləndirən seçicilər İlham Əliyevi dəstəkləyib”.
Konkret olaraq iqtisadi məsələlərdən danışan Artur Rəsizadə bildirib ki, 2013-cü ildə ümumidaxili məhsul 3,2, kənd təsərrüfatı məhsulları 1,5, əhalinin gəlirləri 6,5,orta aylıq əmək haqqı 5,6, təqaüdlərin baza hissəsi 5,2 faiz artıb: “Son 10 ildə 1,2 milyon yeni iş yerli açılıb. Orta aylıq əmək haqqı 423 manata çatdırılıb. Hesabat ilində regionların iqtisadi inkişafını təmin etmək məqsədilə dövlət proqramları qəbul və icra edilib. Son 10 ildə regionların inkişafına ümumilikdə 50,7 milyard ayrılıb. Son on ildə 3.400 kilometrdən artıq su xətti çəkilib. Çəkilən yeni kanalizasiya xəttinin uzunluğu 1200 kilometrdən az olmayıb. Məcburi köçkünlərinin yaşayış şəraitinin və sosial durumunu yaxşılaşdırmaq məqsədilıə işlər hesabat ilində də davam etdirilib. İl ərzində 29 min məcburi köçkün yeni evlərə köçürülüb. Son 10 ildə bu məqsədlərə 3,6 milyard manat sərf edilib. Kənd təsəərrüfatına dövlətin dəstəyini gücləndirmək məqsədilə bu sahə daha 10 il müddətinə vergidən azad edilib. Hesabat ilində 50 elektron ATS istifadəyə verilib. Elektron hökumət portalı genişləndirilib, xidmət sahələri artırılıb”.
Hökumətin humanitar sahədə gördüyü işləri deputatların diqqətinə çatdıran Artur Rəsizadə deyib ki, hesabat ilində bu sahədə işlər davam etdirilib: “Ötən il 300-ə qədər yeni məktəb inşa edilib və ya təmir olunub. Səhiyyə sahəsində aparıcı texnologiyalarla təhciz olunan yeni tibb sahələri, mərkəzlər yaradılıb. Bir çox sahələr üzrə ölüm faktlarında azalma baş verib”.
Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsindən danışan Artur Rəsizadə deyib ki, silahlı qüvvələrin gücləndirilməsi və hər cür texnika ilə təmin edilməsi hökumətin əsas prioritet olub: “Ümumilikdə müdafiə işinə 3 milyard ayrılıb”.
Vətəndaşın bir gün içində sanki dünyası dağılır
Hesabat təqdim olunduqdan sonra onun ətrafında müzakirələr başlayıb. Deputat Fazil Qəzənfəroğlu inkişafın olduğunu deməklə yanaşı xeyli sahədə problemlər qaldığına diqqət çəkib: “Mən bəzi aktual məsələlərə münasibətimizi bildirirəm ki, gələcəkdə hökumət bu məqamları nəzərə alsın. Son zamanlar kiçik və orta sahibkarların fəaliyyətində ortaya çıxan problemlərin həlli üçün hökumət müəyyən addımlar atmalıdır. İndi daha çox metroda ticarətlə məşğul olan sahibkarların fəaliyyəti gündəmdədir. Mən anlayıram ki, metronun giriş-çıxışı açıq olmalıdır. Sahibkarlar yeri almaq üçün pul verir, amma günün birində gəlib deyirlər ki, ərazini sökürük. Bu məqam pərakəndə ticarət yerlərində - “Binə”, “Sədərək” ticarət mərkəzlərində də baş verir. Vətəndaşın bir gün içində sanki dünyası dağılır. Eləcə də Sovetskidə olan problemlər var. İnsanların keçmiş həyatı orda olub, övladı orada oxuyur, xanımları bu ərazidə işləyir. Düzdür, hökumət onsuz da yüksək konsepsasiya verir. Amma məncə, insana hörmət məsələsi də var və fikrimcə, buna diqqət edilməlidir.
Parkı sökən icra başçısı dövlətin vəsaitini göyə sovurur
YAP icra katibi Siyavuş Novruzov isə deyib ki, ABŞ-da fövqəladə hallar zamanı hökumətin vətəndaşlara ev tikmir, bu zaman hər kəsin sığortasına baxılır: “Amma Azərbaycanda bir vətəndaşın evinə nəsə olan kimi hökumət onun evlə təmin edir. Amma heç birinin sığortası yoxdur. Bu günlərdə “Sahil” ticarət mərkəzi yandı, ama o boyda binaın sığortası yoxdur. Eyni zamanda hər kəsin malı, əmlakı var, amma qaldırsan birinin də sığortası yoxdur. Bu məsələ həll edilməlidir. Hesab edirəm ki, ölkədə yüngül sənayenin də inkişafına diqqət ayrılmalıdır. Paltarları Çindən gətirilir, halbuki bunu Azərbaycanda da istehsal etmək mümkündür”.
S.Novruzov ön cəbhədə xidmət edə zabitlərlə bağlı da təklif irəli sürdü: “Təklif edirəm ki, ön cəbhədə olan zabitlərin ezamiyyət, yaşayış, mənzil məsələsi, övladlarının və ailəsinin işlə təmin olunası yüksək səviyyədə təmin olunsun. Bunun nəticəsində bütün zabitlər ön cəbhədə xidmət etməyə can atmalıdır”.
Novruzov daha sonra rayon icra hakimiyyəti başçılarını tənqid edərək narazılığını dilə gətirdi: “Yeni təyin olunan bir icra başçısı özündən əvvəlki başçının qurduğu parkları, xiyabanları söküb yenidən tikir. Bu gün regionların sosial-iqtisadi inkişafı sürətlə inkişaf edir. Amma bu cür problemlərin olduğu da məlumdur. Parkı sökən icra başçısı dövlətin vəsaitini göyə sovurur. Əgər bacarırsan daha yaxşısını tik, daha niyə əvvəlkini sökürsən? Özü də bu parklar iki qat bahasına başa gəlir. Bu da dövlət vəsaitinin mənimsənilməsi ilə müşahidə olunur”.
“Azəriqaz” söz verdi ki, Şəkinin 50 kəndi qazlaşdırılacaq, bunun cəmi 6 faizi yerinə yetirilib
Millət vəkili Əli Məsimli isə deyib ki, Azərbaycanda iqtisadi artım 5, 8 faiz yox, hər il ən azı 8 faiz olmalıdır. Onun fikrincə, buna nail olmaq üçün ən yaxşı yollardan biri regionların potensialını hərəkətə gətirməkdir: “Ölkə üzrə ümumi inkişaf müsbət olsa da, regionlara görə bunu demək çətindir. Mən Şəkinin timsalında deyə bilərəm ki, ümumi daxili məhsulun adambaşına düşən qiyməti 1900 manatdan aşağı olub ki, bu da çox aşağı göstəricidir. Hesab edirəm ki, ölkədə yüngül və yeyinti sənayesi inkişaf etdirilməlidir. Bunun üçün regionlarda kifayət qədər potensial var”.
Hökumətin ümumi fəaliyyətini müsbət qiymətləndirdiyini deyən Ə. Məsimli ayrı-ayrı qurumların fəaliyyətini tənqid edib: “Yenə də Şəkinin timsalında deyəcəm. Şəkidə yolların asfaltlaşdırıması, mətkəblərin tikilməsi normaldır. Ötən il rayonda 7 məktəb təmir edilib və tikilib, 4 bağça təmir olunub. Elə göstəricilər var ki, Bakıdan da yüksəkdir. Amma bəzi sahələrdə fəaliyyət qeyri-məqbuldur. Mən burda Şəki kəndlərinin qazlaşdırılması məsələsini qaldırmışdım. “Azəriqaz” söz verdi ki, Şəkinin 50 kəndi qazlaşdırılacaq. Amma bunun cəmi 6 faizi yerinə yetirilib. Bu gün Şəkinin qazalaşdırılması Azərbaycanın qazlaşdırılmasından 3, ümumi kəndlərə nisbətən isə 5 dəfə aşağıdır. Nə üçün “Azəriqaz” verdiyi sözə əməl etmir? Mən bilmək istəyirəm ki, vəsait ayrılıb, yerinə yetirilməyib, yoxsa vəsait ümumiyyətlə ayrılmayıb? Ölkədə 2 milyona yaxın insan mənzil problemindən əziyyət çəkir. Təklif edirəm ki, bu problemi həll etmək üçün təkcə ipoteka vermək yox, həm də xüsusi xalq evləri tikilsin”.
Kredit faizlərinin aşağı salınması, ipoteka şərtlərinin yüngülləşdirilməsi Mərkəzi Bank tərəfindən həll edilmir
Deputat Vahid Əhmədov əsasən bank kreditlərinin yüksək olmasına diqqət çəkib: “Təəssüf ki, bizim mütəmadi olaraq qaldırdığımız kredit fazilərinin aşağı salınması, ipoteka şərtlərinin yüngülləşdirilməsi ilə bağlı məsələlər Mərkəzi Bank tərəfindən həll edilmir. Baxmayaraq ki, sığorta olunanların faiz dərəcəsini 10 faizə qədər endirib, amma digər vacib məsələlər həll edilməyib. Mən hökuməti bu məsələlərə diqqət yetirməyə çağırıram.”
Hökumətin ötən il gördüyü işləri təqdirəlayiq hesab edən deputat bildirib ki, bir sıra problemlər həll edilib: “Amma adicə iş yerləri problemi hələ də qalır. Xüsusilə, kənd yerlərində insanların işsizliyi yüksəkdir. Təklif edirəm ki, yeni müəssisələrin açılması prosesi daha çox kəndlərdə aparılsın. Mən ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması probleminə toxunmaq istəyirəm. Cənab prezident bu məsələyə xüsusi diqqət yetirir. Amma Azərbaycanda buğda ehtiyatları yetərincə deyil. Təklif edirəm ki, müharibə şəraitində olan Azərbaycan buğda ehtiyatlarının artırılmasına daha çox diqqət yetirilsin. Həmçinin, digər məsələ xaricdən istehsal olunan geni dəyişdrilmiş məhsullarla bağlıdır. Biz hələ Ümumdünya Ticarət Mərkəzinə daxil olmamışıq. Ora daxil olandan sonra bu problemi həll etmək daha çətin olacaq. Belə məhsulların idxalı həm insanlarımızın sağlamlığına mənfi təsir edir, həm də yerli məhsulların satılmasına. Bununla yanaşı, ölkədə qeyri-neft sektorunun da inkişafı, büdcəsinin daha çox bu sahədən təmin edilməsinə çalışmalıyıq”.
“Bəzi məmurların həqiqətən də yarıtmaz fəaliyyətləri ilə yadda qalıb”
Deputat Zahid Oruc isə deyib ki, bu gün vəzifəsindən azad olunan məmurlarla bağlı mənfi rəylər yaradılır: “Mən başa düşürəm ki, bəzi məmurlar həqiqətən də yarıtmaz fəaliyyətləri ilə yadda qalıb. Bunun nəticəsində də cənab prezident öz komandasını yeniləyib. Amma bəziləri ilə bağlı bu düzgün edilmir. Bu günlərdə Tağı Əhmədov işdən azad olundu, ondan sonra metrodakı ticarət mərkəzlərinin bağlanması, yanğınların olmasını onun üzərinə yıxmağa çalışdılar. Axı Kəbirə Məmmədovun Binədə etdikləri ilə bunu eyniləşdirmək lazım deyil. Tağı Əhmədovun işi vaqonlarla idi, ticarətlə deyil”.
Zahid Oruc ötən il hökumətin fəaliyyətini yüksək qiymətləndirib və buna səs verəcəyini deyib: “Amma hesab edirəm ki, hökumətimiz daha yaxşı işləməlidir. Misal üçün təhsildə müəyən problemlər var ki, onların həli hər şeydən öndə olmalıdır. Çünki Qarabağı təhsilimiz qaytaracaq. Müdafiə nazirliyinin burda rolu başqadır. Amma Təhsil Nazirliyi hazırki durumda təhsilin inkişafını daha irəliyə aparmalıdır. Mən təhsil nazirimiz Mikayıl Cabbarovun fəaliyyətini müsbət hesab edirəm. Gəncdir, kifayət qədər savadı var. Amma bu məsələlərə kompleks olaraq baxmalıyıq”.
Qeyd edək ki, hökumətin hesabatnda deputatlar aktiv olublar, bir sıra təkliflərlə çıxış ediblər. Hesabatın müzakirəsi fasilədən sonra da davam etdirilib. Ancaq müşahidələr göstərib ki, güc nazirlikləri hesabatın müzakirəsi zamanı adəti üzrə Milli Məclisə gəlməyiblər.
H.ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Artur Rəsizadə yenə baş nazir oldu

    Artur Rəsizadə yenə baş nazir oldu ...

    22-10-2013, 12:25

  • 
  • Artur Rasizadə hesabat verəcək

    Artur Rasizadə hesabat verəcək ...

    11-03-2013, 09:54

  • 
  • Artur Rasizadə işinin başındadır” - Nazilər Kabinetindən AÇIQLAMA

    Artur Rasizadə işinin başındadır” - Nazilər ...

    15-07-2013, 11:07

  • 
  • Artur Rəsizadəyə yeni vəzifə

    Artur Rəsizadəyə yeni vəzifə ...

    11-12-2013, 12:04

  • 
  • Baş nazir Artur Rəsizadə də Seçki Məcəlləsini pozdu - FOTOFAKT

    Baş nazir Artur Rəsizadə də Seçki Məcəlləsini ...

    3-11-2015, 22:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu