GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ziya Məmmədovun «taksi biznesi»nin gizlinləri

Ziya Məmmədovun «taksi biznesi»nin gizlinləri

Tarix: 17-03-2014, 16:05 Bölmə :Manşet Baxış: 984
Ziya Məmmədovun «taksi biznesi»nin gizlinləri
Bakı küçələrindən oğurlanmış milyonlar

Tanış bir taksi sürücüsü var, hər səhər Sumqayıtdan 40 kilometr yol basaraq Bakının Səbayel rayonuna gəlir. Gün ərzində burada taksi xidməti göstərir və yenidən 40 kilometr yolu geri qət edərək Sumqayıta qayıdır. Dost-tanış soruşur:
- Niyə Sumqayıtda, yaxud yaxın ərazilərdə taksiçilik eləmirsən? Hər gün niyə 80 kilometr əlavə yol sürürsən?
- Mən əvvəllər Səbayeldə kirayədə qalırdım, ona görə də taksiçiliyə burda başladım. İndi mənim Sumqayıta keçməyim üçün imkan olmalıdır. Gərək hansısa dayanacaqda yer boşalsın ki, mən ora keçə biləm.

Taksi sürücüsünün sözləri nəqliyyatdan başı çıxan hər kəsi təəccübləndirir və ölkədə şəhər nəqliyyatı sahəsindəki vəziyyətə heç uyğun gəlmir. İndiki qanunvericliyə görə, ölkədə ayda 56 manat lisenziya pulu ödəmiş hər bir kəs istənilən yerdə taksiçilik fəaliyyəti göstərə bilər, yəni Səbayeldə işləyən taksi sürücüsü rahatlıqla Sumqayıtda da xidmət göstərə bilər.
Araşdırmalarımızın nəticəsi olaraq bildirək ki, vəziyyət heç də kağız üzərində olan kimi deyil və Bakıda çoxdan qeyri-rəsmi taksi dayanacaqları fəaliyyət göstərir. Bu dayanacaqların formalaşması üçün də heç bir rəsmi və ya qeyri-rəsmi göstəriş verilməyib. Sadəcə taksi sürücüləri çoxdan şəhərin müştəri olan nöqtələrini müəyyənləşdiriblər və təcrübə əsasında hər belə bir nöqtədə neçə taksi sürücüsünün pul qazana biləcəyini də müəyyənləşdiriblər. Prinsip belədir ki, müştəri həmin nöqtəyə gələn zaman orada mütləq 1 və ya 2 taksi olmalıdır ki, gözləməsin və ya başqa nöqtəyə üz tutmasın. Buna görə də nöqtəni hər hansı sürücü tərk edən zaman onun yerinə mütləq yenisini dəvət edirlər.
Qədərindən artıq taksi isə başqa sürücülərin qazancının azalmasına gətirir. Taksi sürücülərinin verdiyi məlumata görə, Bakıda 1 avtomobilin gündəlik qazancı gün ərzində 20-25 manatı keçmir.
“30-35 manat və ya daha çox da qazanmaq olar. Amma, bunun üçün gecə vaxtı işləmək lazımdır. Adətən bu zaman müştərilər sifarişlə görüşə çıxan qadınlar olurlar. Onlarla da işləmək nisbətən gəlirlidir, çünki pulu müştərinin özü yox, onu sifarişə çağıran kişi ödəyir, qadınlar adətən kişilərdən 5 manatlıq yola 10 manat alırlar. Amma, bu yolla pul qazanmaq haram olduğu kimi həm də risklidir. Yəni hər cür manyaka rast gəlib kriminal xəbərlərinin qəhrəmanına çevrilmək olar” - deyə Yasamal rayonunda işləyən taksi sürücülərindən biri belə bildirir.
Taksi sürücülərinin dediklərindən belə anlamaq olur ki, bu bazar heç bir kənar müdaxilə olmadan özü-özünü tənzimləyir və artıq 10 ildən çoxdur ki, Bakı qeyri-rəsmi fəaliyyət göstərən taksi dayanacaqları arasında bölünüb, hər belə bir dayanacaqda da təxminən 7-10 avtomobil xidmət göstərir. İlk baxışdan bu mənzərə həm rəsmi dairələr, həm də sürücülər üçün əlverişli görünür - adamlar vergilərini verirlər, kənar müdaxilələr olmadan özləri öz bazarlarını tənzimləyirlər.
Amma, sürücülər arasında aparılan araşdırma fərqli mənzərəni ortaya çıxarır. İlk növbədə bu sektorda qeyri-rəsmi fəaliyyətin rəsmi fəaliyyəti üstələdiyi ortaya çıxır. Rəsmi statistkaya görə, Bakıda 5 minə yaxın sürücü taksi fəaliyyəti ilə məşğul olur, yəni bu sürücülər ayda təxminən 280 min, ildə isə 3,36 milyon manat vergi ödəyirlər.
Amma, real vəziyyətlə maraqlandıqda paytaxtda 10 minə yaxın sürücünün də qeyri-rəsmi şəkildə taksi xidməti göstərdiyi aşkar olur. Bu sürücülər kimlərəsə ayda təxminən 30 manat ödəyirlər və beləcə kobud hesabla ildə təxminən 6,72 milyon manat lisenziya pulu büdcədən kənarda qalmış olur. Amma, hesablamamıza görə, əgər şəhərdə rəsmi taksi dayanacaqları formalaşdırılarsa və bunun hesabına taksilərə sağyac quraşdırılarsa, büdcəyə ödəniləcək vəsait qat-qat çox olar. Yəni indiki şərtlərlə taksinin rentabelli işləməsi üçün gün ərzində ən azı 30 manatlıq xidmət göstərməsi vacibdir - bu, təxminən 4-5 müştəri deməkdir. Bu məbləğə təkcə 18%-lik əlavə dəyər vergisi tətbiq edilərsə, bir taksi dövlət büdcəsinə gün ərzində ən azı 5,4 manat pul ödəməlidir, il üzrə isə bu, 1971 manat deməkdir. Yəni taksi dayancaqları rəsmiləşərsə, təkcə ƏDV-dən dövlət büdcəsinə 30 milyon manata yaxın vəsait daxil olar. Şirkətin ödəyəcəyi mənfəət vergisi və işçilərdən tutulacaq gəlir vergisi də nəzərə alındıqda bu məbləğ iki dəfəyə qədər arta bilər.
Göründüyü kimi, taksi dayanacaqlarının rəsmi fəaliyyət göstərməsi büdcəyə ödəniləcək vəsaitləri 20 dəfəyə qədər artıra bilər. Həmçinin rəsmi taksi dayanacaqlarında 3-4 minə qədər yeni iş yeri də yarana bilər. Yəni istənilən taksi dayanacağına sahibkarla yanaşı dispetçer, gözətçi, çayçı kimi işçilər də tələb ediləcək.
Taksi dayanacaqlarının bu cür xaotik qeyri-leqal formalaşması şəhər nəqliyyatına da problem yaradır. Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərovun bildirdiyinə görə, taksilər əsasən yol kəsişmələrində və avtobus dayanacaqlarında toplaşırlar ki, bu da nəqliyyatın hərəkətinə mane olur, bəzən hətta piyada keçidi üçün nəzərdə tutulmuş səkilərə də çıxan taksilərə rast gəlinir.
İB sədri haqlıdır, istənilən gur avtobus dayanacağının ətrafı taksilərlə çəmbərlənir və bəzən avtobuslar dayanacağa girə bilmirlər. Camaat, xüsusilə də yaşlı insanlar bundan xeyli əziyyət çəkirlər, bəzən avtobusa qədər gedib çata bilmirlər və növbəti avtobusu gözləməli olurlar. Yolda 2-ci və 3-cü xəttə çıxmağa məcbur olan avtobuslar isə tıxaclara səbəb olur.
Nəqliyyatın təşkili üzrə ekspert Azər Allahverənovun fikrincə, problemləri həll etmək üçün taksi fəaliyyətini tam nəzarətə götürmək lazımdır.
“Bu gün taksi fəaliyyətinə nəzarət yalnız lisenziyaların təmini ilə bağlıdır. Nəqliyyat Departamenti məhz bunu təmin etməyə çalışır. Dövlət Yol Polisi də ara-sıra reydlər keçirərək avtobus dayanacaqlarının taksilər tərəfindən tutulmasının qarşısını almağa çalışır. Amma bu, problemin tam həlli demək deyil, ilk növbədə taksilər üçün xüsusi dayanacaqlar yaradılmalıdır” - deyə Azər Allahverənov bildirib.
Nəqliyyat ekspertinin fikrincə, bu zaman Bakının 20-25 il qabaqkı təcrübəsindən istifadə etmək lazımdır: “Vaxtilə Bakıda ayrıca taksi dayanacaqları vardı və taksilər aid olduqları qarajdan asılı olmayaraq heç bir problemsiz orada növbəyə dururdular, camaat da rahatca gələrək ilk sırada olan taksiyə minirdi. Həmin vaxtlarda taksilər digər nəqliyyat vasitələrinin yoluna girmirdilər. 1960-70-ci illərdə Bakıda kifayət qədər təkmil taksi sistemi olub”.
Ekspertin sözlərinə görə, Bakıda ilk növbədə taksilərin dayanması üçün xüsusi yerlər yaradılmalıdır ki, bütün taksilər sahibindən asılı olmayaraq dayana bilsinlər. “Bu, ilk növbədə başqa nəqliyyat növlərinin hərəkətinə edilən maneçilikləri aradan qaldıra bilər. Daha sonra buna paralel şəkildə xüsusi taksi dayanacaqlarının yaradılmasına da başlana bilər”- deyə Azər Allahverənov bildirib.
ELMAN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Taksi sürücüsü müştərisini döyüb zorladı

    Taksi sürücüsü müştərisini döyüb zorladı ...

    9-12-2014, 00:40

  • 
  • Bakıda taksi sürücüsünü soydular

    Bakıda taksi sürücüsünü soydular ...

    16-09-2015, 12:39

  • 
  • Bakıda nəqliyyat müfəttişləri taksi sürücüsünü maşınla vurdular - FOTOLAR

    Bakıda nəqliyyat müfəttişləri taksi sürücüsünü ...

    6-02-2015, 23:12

  • 
  • Ziya Məmmədovun yeni hücum planı

    Ziya Məmmədovun yeni hücum planı ...

    15-12-2012, 15:18

  • 
  • “London taksi”sində əxlaqsız təklif

    “London taksi”sində əxlaqsız təklif ...

    1-08-2014, 01:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu