“gundemxeber.az” xəbər verir ki, bu sözlər Rusiyanın çöküşü ilə bağlı təqdim edəcəyimiz növbəti videoda yer alıb. Aparıcı tam real faktlarla Rusiyanın artıq öz məhvi ərəfəsində olduğunu bildirir. O, Rusiya iqtisadiyyatının artıq öz yerində saydığını deyir. Aparıcı son bir neçə ildə ölkədən təkcə oliqarxların qeyri-qanuni çıxartdığı pulların hesabının 360 milyard dollar olduğunu deyir. O, həmçinin, Rusiyanın inkşaf tempinə nəzər yetirməyə də çağırır. Rusiyanın Ruanda və Flippin kimi ölkələrdən geri qalmasını vurğulayır. Aparıcı daha sonra Rusiyanın qaz imperiyasının sona yetdiyini bildirir. O, artıq Qərbin Rusiya qazından asılılığını azaltdığı ilə bağlı faktlar irəli sürür. Sonda aparıcı Soçi Olimpiadasının Rusiya üçün son ən mühüm hadisə olduğunu bildirir. Rusiyanın çöküşünü faktlarla özündə əks etdirən videonu təqdim edirik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?