"gundemxeber.az" saytı xəbər verir ki, Rusiyanın Krıma görə Ukraynayla yaşadığı gərginlik iqtisadiyyatına əks olunub. Rusiya hökuməti investorların bu ilin ilk üç ayında ölkədən 70 milyard dollarlıq xarici investisiya çıxışı olduğunun təxmin edildiyini açıqladı. Rusiya İqtisadiyyat nazirinin müavini Andrei Klepaç yaşanan olayların təsiriylə ilin ilk üç ayında ölkədən 70 milyard dollar investisiyanın geri çəkilmiş ola biləcəyinə qeyd edib. İnvestorların Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan narahat olduğu və bunun təsiri ilə kapitallarını geri çəkdiyi ifadə edilir. Klepaç eyni zamanda ilin ilk yarısında Rusiyanın iqtisadi cəhətdən inkişaf etməyəçəyini bildirib. "Tam olaraq geriləmə gözləməsək də, ancaq durğunluq uzun müddət çəkə bilər" deye fikrini ifadə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?