GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İtmiş təyyarə ilə bağlı dəhşətli faktlar var - FOTO

İtmiş təyyarə ilə bağlı dəhşətli faktlar var - FOTO

Tarix: 26-03-2014, 13:22 Bölmə :Manşet Baxış: 639
İtmiş təyyarə ilə bağlı dəhşətli faktlar var - FOTO
Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin yoxa çıxmış "Boeing 77-200 ER" sərnişin təyyarəsi ilə bağlı yeni iddialar səslənib. Həmin iddialara görə, təyyarəni pilot bilərəkdən qəzaya uğradıb.
"gundemxeber.az" The Telegraph-a istinadən bildirir ki, mütəxəssislər təyyarənin izlənməsi sistemini sıradan çıxara biləcək və ya laynerin kursunu dəyişəcək yanğının, yaxud nasazlığın olmadığını deyirlər.
Əksinə, təyyarə radarlardan itəndən sonra rasional hərəkət edib. Yəni layneri bütün əməllərinə cavabdeh olan insan idarə edib.
Təyyarənin kapitanı Zahir Əhməd Şah uçuşdan bir qədər əvvəl nömrəsi başqa insanın adına qeydə alınmış şəxslə telefonla danışıb.
Bundan başqa, təyyarəyə saxta sənədlərlə iki sərnişinin mindiyi də vurğulanır.
"Təyyarə ilə bağlı dəhşətli təfərrüatlar var. Onları açıqlaya bilmərəm. Rəsmi bəyanat olmalıdır. Yalnız onu deyə bilərəm ki, itmiş avialaynerlə bağlı çox maraqlı faktlar üzə çıxıb", - adının çəkilməsini istəməyən mənbə The New Zeeland Herald-a bildirib.
Təyyarənin ikinci pilotu, 27 yaşlı Fariq Həmidlə bağlı da bir sıra müəmmaların olduğu deyilir. Belə ki, Fariq Həmidin Malayziyadakı radikal islamçı qruplaşmalardan biri ilə sıx əlaqələr saxladığı vurğulanır.
O, uçuşdan əvvəl guya "dost"larından birinə yazıb: "Sizlərə hədiyyəm olacaq. Gözləyin, çox maraqlı uçuşdan xəbər tutacaqsınız".
Martın 8-də Kuala-Lumpurdakı beynəlxalq hava limanından göyə qalxaraq MH370 reysi ilə Pekinə uçan Boeing 777–200 ER təyyarəsi iki saat sonra yoxa çıxıb.
Təyyarədə 227 sərnişin və 12 heyət üzvü vardı.
ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) mütəxəssislərinin dediklərinə görə, laynerin kapitanı Zahir Əhməd Şah depressiyada olub. Uçuşdan bir neçə gün əvvəl onu arvadı Faizə Xanum Mustafa Xan tərk edib və iki övladını da özü ilə aparıb.
Şahın dostlarının dediklərinə görə, pilot bu uçuşu son avantüra sayıb: "Onun təyyarəni bilərəkdən okeana saldığı istisna olunmur. Bunu nə sərnişinlər, nə də heyət üzvləri bilə bilməzdilər".
Təyyarə okeana düşməzdən əvvəlki 12 dəqiqədə laynerdə oksigenin bitdiyi və sərnişinlərin huşlarını itirdikləri də vurğulanır.
"Malaysia Airlines"in baş direktoru Əhməd Cauhari Yəhyanın dediyinə görə, təyyarə Hind okeanının cənubunda, Avstraliyanın qərb sahillərindən 2500 km aralıda suya düşüb.
Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsindən verilən məlumata görə, dünən okeanda tufan və qasırğa olduğundan dayandırılmış axtarışlar bərpa olunub. Axtarışlarda 7 hərbi və 5 mülki təyyarə də iştirak edir.
Axtarış zonası ilkin olaraq 23 min kvadrat kilometr idisə, indi həmin bölgə 80 min kvadrat kilometrə qədər artırılıb.
Avstraliya Hərbi-Dəniz Qüvvələrinin "Sucess" gəmisi və Çinin "Syuelun" buzqıran gəmisi də axtarışlara qatılıb.
Malayziyanın Pekindəki səfirliyinin binasının qarşısında isə etiraz aksiyası keçirilib. Təyyarə sərnişinlərinin onlarla qohumu və ailə üzvləri Malayziyanın hakimiyyət dairələrini suçlayıblar, "Malayziya hökuməti qatildir!" qışqırıblar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İtmiş təyyarənin sirləri artır

    İtmiş təyyarənin sirləri artır ...

    28-03-2014, 10:59

  • 
  • Təyyarə yoxa çıxdı

    Təyyarə yoxa çıxdı ...

    24-07-2014, 15:09

  • 
  • Dəhşətli təyyarə qəzasında ölənlərin sayı açıqlandı

    Dəhşətli təyyarə qəzasında ölənlərin sayı ...

    4-11-2015, 16:34

  • 
  • Malayziyanın itmiş təyyarəsindən xəbər var

    Malayziyanın itmiş təyyarəsindən xəbər var ...

    6-04-2014, 14:41

  • 
  • Təyyarə qəzaya uğradı: pilot öldü

    Təyyarə qəzaya uğradı: pilot öldü ...

    5-07-2016, 16:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu