Malayziyanın itmiş Boeing 777 təyyarəsinin axtarışlarında iştirak edən yeddi ölkənin təyyarələri və gəmiləri Çin axtarış gəmisinin avialaynerin "qara qutusundan" aldığı siqnalların mənbəsi olan sahəyə üz tutublar. "gundemxeber.az" Rusiya mətbuatına istinadən bildirir ki, siqnalın gəldiyi yerdən təxminən 90 km aralıda Çin təyyarəsi bəyaz rəngli naməlum əşyalar qeydə alıb. Eyni zamanda, Avstraliyanın baş naziri Toni Abbot xəbərdarlıq edib ki, həmin siqnallarla bağlı tələsik qərarlar vermək lazım deyil: "Çox erkən nəticələrlə bağlı ehtiyatlı olmalıyıq". Bir qədər əvvəl axtarışda iştirak edən Çin gəmisi axtarış bölgəsində itmiş avialaynerin "qara qutularının" işləməli olduğu tezlikdə siqnallar alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?